Ana dili xalqın tarixi keçmişi, milli irsi, mənəviyyatı, böyük sərvəti və varlığının ən əsas təminatçısıdır. Hər bir xalqın milli-mənəvi dəyərlərini, tarixini yaşadan məhz onun dilidir.
Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Bu baxımdan, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin qorunması istiqamətindəki tarixi fəaliyyəti danılmazdır. Dahi lider bütün ömrü boyu milli irsimizi, dilimizi, tariximizi, ədəbiyyatımızı yad təsirlərdən qorumuş, gələcək nəsillərə olduğu kimi ötürülməsi üçün əlindən gələni əsirgəməmişdir.
“Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir” , – deyən Ümummilli Lider bu ali məqsəd uğrunda təkcə müstəqillik illərində deyil, həm də Azərbaycanda birinci dəfə hakimiyyətdə olarkən (1969-1982-ci illərdə) çalışmışdır.
Həmin illərdə respublikamızın SSRİ-nin tərkibində olmasına baxmayaraq, Heydər Əliyev böyük qətiyyət nümayiş etdirmiş, Azərbaycan dilinin qorunması və mövqeyinin möhkəmlənməsi üçün yorulmadan çalışmışdır.
Ulu Öndər Azərbaycan dilinin nüfuzunun artırılması üçün islahatlara, ilk növbədə, Sovet Azərbaycanının rəsmi həyatında, mötəbər tədbirlərdə ana dilində danışmaq ənənəsinin əsasını qoymaqla başladı. Bu, həmin dövr üçün son dərəcə cəsarətli bir addım idi.
Heydər Əliyevin Azərbaycan dilinin statusunun möhkəmləndirilməsi və təsdiqlənməsi istiqamətində gördüyü ən mühüm işlərdən biri isə şübhəsiz ki, 1978-ci ildə qəbul edilmiş Azərbaycan SSR-in Konstitusiyasında ana dilimizin rəsmi status alması oldu. Bu, Ümummilli Liderin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Çünki Heydər Əliyev bu addımı ilə gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur.
Ulu Öndər 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan SSR Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış etmiş, 73-cü maddəni aşağıdakı redaksiyada verməyi təklif etmişdir: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Heydər Əliyevin bu tarixi təklifi 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır.
Həmin dövr üçün bu, mümkünsüz bir məsələ idi. Çünki təkcə Azərbaycanda deyil, bir çox SSRİ respublikalarında milli dil ikinci dərəcəli hesab edilirdi. Bundan başqa, 1977-ci ildə qəbul edilmiş SSRİ Konstitusiyasından sonra bütün respublikalarda “vahid dil – rus dili” siyasəti geniş vüsət almışdı. Belə bir şəraitdə Azərbaycan dilinin rus dili ilə bərabər status daşımasına yalnız Heydər Əliyev fenomeni nail ola bilərdi.
Ümummilli Lider müstəqillik dövründəki fəaliyyətində də Ana dilinin qorunması məsələsini daim diqqət mərkəzində saxlamışdır.
Ümumiyyətlə, bu, bir tarixi faktdır ki, dünyanın bütün liderləri içərisində, o cümlədən türk dünyasında Ulu öndər Heydər Əliyev qədər dil məsələsini dövlət siyasəti səviyyəsinə qaldıran ikinci lider olmamışdır.
Heydər Əliyevin təşəbbüsü və fəal iştirakı ilə 1995-ci il oktyabrın 31-də Konstitusiyanın dövlət dili haqqında maddəsi ilə bağlı keçirilən müzakirələr nəticəsində Azərbaycan dilinin qanuni haqqı yenidən özünə qaytarıldı. Belə ki, 12 noyabr 1995-ci il tarixində qəbul edilmiş ilk milli Konstitusiyamızda Azərbaycan dili dövlət dili kimi təsbit edildi.
Heydər Əliyev 2001-ci ilin iyun ayında “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, həmin ilin iyul ayında isə “Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təsdiq edilməsi haqqında” fərmanlar imzaladı. Çox keçmədi ki, Ümummilli Liderin sərəncamı ilə 1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi təsis olundu.
Beləliklə, “İnkişaf etmiş, zəngin dil və mədəniyyətə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir”, – deyən Heydər Əliyevin Azərbaycan dilinin qorunması və zənginləşməsi istiqamətində əvəzsiz xidmətləri olmuşdur.
Ülviyyə Ağayeva Milli Məclisin deputatı