Ötən gün Belarus qoşunları Ukraynanın Çerniqovşina bölgəsinə daxil olub. Ukraynalı rəsmilər məlumatı təsdiqləyərək, bunu Belarusun ölkəyə hücumu kimi qiymətləndiriblər.
Ekspertlər hesab edirlər ki, Belarus qoşunlarının Rusiyaya dəstək məqsədilə döyüşə qatılması müharibənin miqyasının genişlənməsinə, hətta üçüncü dünya müharibəsinin başlanmasına təkan verə bilər.
Bu barədə danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, NATO və Qərb ölkələri üçüncü dünya müharibəsinin olmaması üçün əllərindən gələni edir.
“Təbii ki, Belarusun münaqişəyə qoşulması iki KTMT üzvünün NATO müttəfiqinə hərbi müdaxiləsi kimi dəyərləndirilir. Baş verənlər onu göstərir ki, Belarusa gələcək danışıqlar üçün uyğun platforma kimi baxılmayacaq. Burada daha çox Türkiyə, Azərbaycan, yaxud da neytral qalan Moldova ərazisi daha uyğun olacaq. İstənilən halda Belarus bu davranışlarına görə, hava zərbələrinə məruz qala bilər. Bu zərbəni Ukrayna, yaxud NATO öz ərazisindən endirə bilər”, - deyə ekspert bildirib.
Onun sözlərinə görə, digər tərəfdən Belarus Rusiya kimi maliyyə sanksiyalarına məruz qalır. Ə.Verdiyev hesab edir ki, Belarusun maliyyə potensialı Rusiya ilə müqayisə olunmayacaq qədər zəif olduğu üçün onlar bu sanksiyanın təsirini daha ciddi və kəskin hiss edəcək:
“Görünən odur ki, Rusiya hücumlarını dayandırmaq niyyətində deyil. Əksinə, son iki gündə hücumlar daha intensiv və geniş miqyas alıb. Taktiki qanadlı raketlərin tətbiqi genişlənib. Görünən odur ki, nüvə silahının tətbiqi ilə dünya hər an üçüncü dünya müharibəsinə başlaya bilər. Çünki Rusiya və Belarusun məqsədi sanki Qərbi və NATO-nu bu istiqamətdə sövq etməyə hesablanıb”, - Ə.Verdiyev deyib.
Ekspert hesab edir ki, istənilən halda müharibədə uduzan tərəf Rusiyadır:
“Rusiyanın Kiyevi işğal planı baş tutmadı. Əksinə, Ukrayna buna reaksiya olaraq Rusiya qüvvələrinə qarşı öz potensialını nümayiş etdirir. Silah-sursat cəhətdən Ukraynaya dəstək daha geniş vüsət alıb. Müharibənin yaxın bir həftədə başa çatmaması Rusiya üçün daha böyük fəlakətlər vəd edir. Çünki artıq logistika, daşınmalar və ordunun təchizatında kifayət qədər ciddi problemlər yaşayacaq. Bunlar da döyüş əməliyyatlarının gedişatına öz mənfi təsirini göstərəcək”.
Politoloq Tofiq Abbasov isə Modern.az-a bildirib ki, indiki halda münaqişələr ətrafında beynəlmiləlləşdirmə cəhdləri olur:
“Ermənistanın cəhdlərini gördük ki, onlar KTMT-ni prosesə cəlb etməklə başqa ölkələrdən kömək istəyirdilər. Ancaq burada Belarusla bağlı başqa yanaşma var. Belarusla Rusiya müttəfiq dövlət yaradıblar. Bunlar faktiki olaraq bir cərgədədirlər. Hələ rəsmən Yeltsinin dövründə saziş imzaladılar ki, onlar müttəfiqdirlər. Ona görə də, istər-istəməz Rusiyanın qoşunları Belarus məkanında mövcuddurlar. Orada hava hücumlarından müdafiə sistemləri qurulub. Faktiki olaraq, onlar indiki məqamda həm müttəfiq, həm də vahid qüvvə kimi çıxış edir. Bu beynəlmiləlləşdirmə məqsədi güdmür. Çünki Belarus prezidenti bir gün əvvəl demişdi ki, biz Rusiya ilə bir yerdəyik, çünki müttəfiqik. Hətta ilkin məqamlarda Belarus prezidenti müttəfiq dövlətlərin başçısı da seçilə bilərdi. Çünki 5 il Rusiyanın nümayəndəsi prezident olur, digər beş il isə Belarusun. Ancaq Moskva buna getmədi. İlkin sazişləri bir qədər diqqətdən kənara qoydu”.
Politoloq xatırladıb ki, indiki şəraitdə Qərb sanksiya siyasətini genişləndirir:
“Belarusu Avropanın son diktatoru adlandırırlar. NATO indi Rusiyaya qarşı hansısa hərbi müdaxiləyə getsə, orada Belarusa da pay düşə bilər. Ancaq NATO-nun belə müdaxiləsinə inamıram. Çünki NATO əgər bu proseslərdə əks hücuma keçsə, həqiqətən də, üçüncü dünya müharibəsi başlaya bilər.
Qərb birliyi, Qərb qardaşlığı əsasən siyasi-ideoloji baxımdan, informasiya müharibəsində üstündür. Ancaq döyüş qabiliyyətinə, bacarığına görə, Rusiyanın səviyyəsində deyillər. Düzdür, indi belə fikirlər var ki, Rusiya Əfqanıstandan biabırçı vəziyyətdə çıxdı. Bu sovet dövründə baş verən hadisədir. Ancaq Rusiyanın xüsusi təyinatlı birləşmələri var, bundan başqa onların antiterror birləşmələri və digər qrupları mövcuddur. Rusların döyüş qabiliyyəti və texnoloji imkanları NATO-dan daha üstündür. Onlar bu proseslərdə öz Qərb həmkarlarını xeyli üstələyirlər”.