Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Kəlbəcər rayon 91 saylı tam orta məktəbində “Xocalıya Ədalət” adlı tədbir keçirilib VIDEO

Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Anım" tədbirləri davam edir.
Goranboy rayonu yuxarı Ağcakənd qəsəbəsi Kəlbəcər rayon 91 saylı tam orta məktəbində “Xocalıya Ədalət” adlı tədbir keçirilib.

Məktəbin direktoru Elməddin İsmayılov tədbiri giriş sözü ilə açaraq Xocalı faciəsinin xalqımızın yaddaşında yanla yazılmış bir faciə olduğunu bildirib. Günahsız insanların başına gətirilən müsibətlərdən söz açan məktəb direktoru qeyd edib ki, ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının tanınmasının əsas səbəbkarı, təşəbbüskarı olmuşdur. Hələ Prezident səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Ali Sovetinin sədri Heydər Əliyev erməni təcavüzünün
qarşısının alınması məqsədilə təcili tədbirlər görülməsi üçün BMT Təhlükəsizlik Şurasının dərhal çağırılması xahişilə Təhlükəsizlik Şurasının sədrinə 26 iyul 1993-cü il tarixli yazılı müraciət etmişdir. 24 fevral 1994-cü il tarixli Milli Məclisin qərarı ilə hər il fevralın 26-sı “Xocalı soyqırımı günü” kimi yad olunması və bu barədə beynəlxalq təşkilatlara məlumat verilməsi ilə Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verilmiş oldu. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə əsrin bu böyük faciəsi dövlət tərəfindən öz qiymətini aldı.
Xocalı qətliamı Azərbaycan xalqının tarixində erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin qanlı izidir. Faciəni əks etdirən kadrlar hər an bu dəhşətli mənzərəni seyr edənləri sarsıdır, sızladır. Meşələrdə əli, ayağı, burnu, qulağı donan, əsir və girov düşən qoca və uşaqların bizim könüllü milli müdafiə əsgərlərinə təhvil verilməsi səhnəsi yüz il bundan sonra da ən möhkəm iradəli insanları belə sarsıdacaq, yandırıb-yaxacaqdır. Körpələri meşələrdə donan, çöhrələrinə ölümün rəngi çökən zavallı anaların ağrılara dönən fəryadı heç vaxt heç kimin yaddaşından silinməyəcək.

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Əliyev Sakit Ərəstun oğluda çıxışı zamanı Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu və bu faciənin heç zaman unudulmayacağını bildiriblər. Xalqımızın başına gətirilən faciələrlə bağlı fikirlərini şagirdlərlə bölüşərək onları torpaqlarımızın bütövlüyü və azadlığı uğrunda mübarizəyə səsləyib.

Sonra şagirdlər Xocalı faciəsinin ağrılarını, düşmənə qarşı nifrət hisslərini vətənpərvərlik ruhunda səsləndirdikləri şeirlər, ifadə ediblər. Videonu təqdim edirik.





Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də