“Global Age Watch Index 2015” hesabatına əsasən, 2015-ci ildə 60 yaşdan yuxarı şəxslərin sayı 901 milyon nəfər və ya dünya əhalisinin 12,3%-i həcmində olub, 2030-cu ildə bu göstəricinin 1,402 milyon nəfər və ya 16,5%, 2050-ci ildə isə 2,092 milyon nəfər və ya 21,5% olacağı proqnozlaşdırılır.
Bu, Hesablama Palatasının rəyində öz əksini tapıb.
Rəydə qeyd edilib ki, orta ömür uzunluğunda müşahidə olunan artımlar 2017-ci il iyul ayının 1-dən etibarən pensiya yaşının yüksəldilməsinə, həmin tarixdən pensiya yaşının mərhələlər üzrə artırılaraq kişilərdə 2019-cu ilin iyulun 1-dən, qadınlarda isə 2026-cı ilin iyulun 1-dən 65 yaşa çatdırılmasına səbəb olub.
Pensiyaçıların sayı üzrə 2022-ci və 2023-cü ilin əvvələrinə tərtib edilmiş proqnoz göstəricilərinə əsasən, əvvəlki illərdə olduğu kimi, növbəti ildə də pensiyaçıların sayında azalma baş verəcək. Belə ki, təqdim edilmiş proqnoz göstəricilərinə əsasən, cari ilin sonunda pensiyaçıların sayı ilin əvvəli ilə müqayisədə 26,5 min nəfər azalacaq ki, bu da yaşa görə pensiya ilə təmin ediləcək şəxslərin sayının 10,1 min nəfər, əlilliyə görə pensiya ilə təmin olunacaq şəxslərin sayının 19,6 min nəfər azalması, ailə başçısını itirməyə görə pensiya ilə təmin olunacaq şəxslərin sayının isə 3,2 min nəfər artması hesabına baş verəcək.
Hesablama palatası bildirib ki, pensiya yaşının artırılması ilə bağlı islahatlar yalnız müvafiq dövr üzrə olmaqla yaşa görə yeni təyin edilmiş pensiya işlərinin sayının azalmasına səbəb olsa da, ümumilikdə pensiyaçıların sayının kəskin azalmasına bu amillə yanaşı, pensiya kapitalı və ya sığorta stajına görə müəyyən edilmiş tələblər təsir göstərib.
“Əvvəlki illərlə müqayisədə 2020-ci ildən başlayaraq müxtəlif səbəblərdən pensiya hüququ dayandırılmış şəxslərin sayında nəzərəçarpacaq artımlar qeydə alınıb. Qeyd edilən bölmə üzrə göstəricilər 2 mənbə əsasında - vəfat etmiş pensiyaçılar və pensiya ilə təmin olunmaq hüququnu itirmiş şəxslər üzrə formalaşmaqdadır.
Son illərdə pensiyaçı sayında baş verən nəzərəçarpacaq azalma fonunda, yeni yaradılan iş yerlərinin sayının, o cümlədən daimi iş yerlərinin sayının artması məşğul əhalinin sayını artırmış olur ki, bu isə 1 pensiyaçıya düşən məşğul əhalinin sayının artması deməkdir”.