65 yaşa çatmış müəllimlərin pensiyaya çıxması zaman-zaman müzakirələrə səbəb olur. Müşahidələr göstərir ki, təqaüd yaşlı müəllimlər pensiyaya çıxmağa həvəsli olmur, qalıb işləmək istəyirlər. Bəzən belə hallar mübahisələrə, məhkəmə çəkişmələrinə də səbəb olur. Bu da səbəbsiz deyil, müəllimləri alacaqları təqaüd qane etmir.
Digər tərəfdən, əksər hallarda uzun illərin müəllimi olmuş yaşlı pedaqoqlar pensiyaya elə yola salınır ki... nə təltif olunur, nə də onlar üçün adicə bir yola salma tədbiri keçirilir.
Məsələyə münasibət bildirən sabiq deputat, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov təklif edib ki, müəllimlərin pensiyaya çıxması öz ixtiyarlarına verilməlidir. Onun sözlərinə görə, elmi sahənin adamları yaşa dolduqca əqli səviyyələri maksimuma çatır:
“Öncə bu prosesin necə keçirildiyini və pensiya sözünü analiz edək. Pensiya işləyən insanları iki hissəyə bölə bilər: fiziki və əqli əməklə işləyənlər. Fiziki əməklə işləyənlər həqiqətən yaşa dolduqca fiziki gücü azalır və onların pensiyaya çıxmağına ehtiyac yaranır. Amma intellektual sahənin adamlarının pensiya məsələsinə fərdi yanaşmaq lazımdır. Çünki intellektual sahənin adamları yaşa dolduqca, fiziki gücü azalsa da, əqli gücü artır. Biz onlardan əqli gücü üçün həkim, müəllim kimi istifadə edirik.
Yəni biz insanın əqli gücünün maksimum səviyyədə olduğu vaxtda deyirik ki, səninlə sağollaşmaq zamanıdır. Ona görə müəllimlərin pensiya yaşına çıxmasını 65 yaş qoymaq olar, amma müəllimin öz ixtiyarına vermək lazımdır. 65 yaşı tamam olanda çıxmaq istəsə çıxar, əgər qalıb işləməyə davam etmək istəsə işləyər”,-deyə Şahlar Əsgərov Modern.az-a bildirib.
Ş.Əsgərov sovet dövründə müəllimlərin iş fəaliyyətinə görə pensiyaya çıxanda təltif olduqlarını, amma indi belə bir ənənənin olmadığını deyib:
“Sovet dövründə müharibədən sonra əgər müəllim 20 il qüsursuz işləsəydi, ona “Qırmızı əmək bayrağı ordeni”, əgər 25 il qüsursuz işləsəydi “Lenin ordeni”, 30 il qüsursuz işləsəydi onun pensiya çıxmağı öz ixtiyarına verilərdi. Amma indi elə deyil.
Düzdür, maaş məsələsi də var. Müəllimlərin pensiyası işlədiyi dövrdə aldığı maaş qədər deyil. Deyə bilərəm ki, pensiya zaman məsələsidir. Mən hesab edirəm ki, müharibə qurtarandan sonra bu məsələ də aradan qaldırılacaq. Müəllimlər də ləyaqətli yaşamaq üçün təmin olunacaqdır.
Amma burada əsas məsələ - əqli sahə ilə məşğul olan şəxslərin pensiyaları fiziki sahə ilə məşğul olanlardan fərqlənməlidir. Pensiyaya getmək müəllimin öz ixtiyarına buraxılmalıdır”.