"RegionTV.info
Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin və Azərbaycanın mütləq qələbəsini təmin edən sülh sazişinin imzalanması gözlənilir.
İndi əsas sual budur: Fərz edək ki, sülh müqaviləsi imzalandı. Bu zaman müqavilənin mətnində nələr olacaq? Təbii ki, kommunikasiyaların açılması, iqtisadi əlaqələr bərpa edilməsi mətnə salınacaq. Yəni, birgə bəyanatlardakından fərqli olaraq, bununla bağlı ölkələr arasında hüquqi öhdəliklər qoyulacaq. Bu isə iki ölkə arasında iqtisadi əlaqələrin cücərməsi və sonra inkişaf etməsi deməkdir.
Niyə iqtisadi əlaqələr?
Ona görə ki, Zəngəzur dəhlizi iqtisadi layihədir və Azərbaycanla Ermənistan arasında ticari münasibətləri formalaşdıra bilər.
Elə, ya da belə, dəhliz Ermənistan ərazisindən keçəcəksə, demək ki, bu, Bakı ilə İrəvan arasında iqtisadi bağların yaranması deməkdir.
İqtisadi əlaqələr isə siyasi əlaqələrin ərsəyə gətirilməsinə zəmin yaradır.
Gələcəkdə, iqtisadi sahədə yaranan problemlərin həlli üçün qarşılıqlı olaraq səfirlik və ya hansısa nümayəndəlik açılması da gündəmə gələ bilər. Bəs Azərbaycan cəmiyyəti buna hazırdırmı? Məncə yox, nə erməni, nə də Azərbaycan cəmiyyəti mütləq sülhün təzahürü kimi səfirlik və ya nümayəndəliyin açılmasını həzm edə bilməz.
İndi iki versiya qalır:
Ya Zəngəzur Azərbaycana birləşəcək və Ermənistan əlində olanla razılaşacaq, dəhliz anlayışı yalnız formal olacaq,
Ya da dəhlizin marşrutunun cüzi bir hissəsi belə Ermənistandan keçsə, o zaman ticari əlaqələr yaranacaq. Bu zaman Azərbaycan və Ermənistan cəmiyyətində sülhün təzahürü olan proseslərə qarşı immunitet yaranacaq. Lakin milli zəmində məhəlli xarakterli münaqişələrdən heç bir tərəf sığortalanmır.
Sülh müqaviləsi Türkiyə ilə Ermənistan sərhədlərinin də açılmasına gətirib çıxaracaq.
Xəbəri paylaş