Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Uğurla həyata keçən “Uğur Üçbucağı” -FOTOLAR

RegionTV.info  
Layihənin adı: “Uğur Üçbucağı
 
Layihəni icra edən ümumi təhsil müəssisəsi: Gəncə şəhəri, 24 saylı tam orta məktəb
 
Layihənin icra müddəti: 15.10.2020 – 15.02.2021
 
Layihənin məqsədi: Gəncə  şəhər  ümumtəhsil  məktəbləri üzrə  IX sinif buraxılış imtahanlarında  zəif nəticə göstərən məktəblərdə  səmərəli müəllim-şagird-valideyn münasibətləri  qurmaqla şagirdlərin  buraxılış  imtahanlarında  yüksək  nəticə  göstərmələrinə  nail olmaqdır.
 
Əsas fəaliyyətlər və əldə olunan nəticələr:
 
Layihə çərçivəsində Gəncə şəhər ümumtəhsil  məktəblərindən təlimlərə cəlb olunmuş 6 məktəbin ümumilikdə 90 şagirdinə, onların valideynlərinə və 30 nəfər müəllimlərinə təlimlərin keçirilməsi nəzərdə tutulmasına baxmayaraq layihə maraqla qarşılandığından daha 2 məktəbdən  əlavə olaraq 20 nəfər şagird və valideynləri layihəyə cəlb olunmuşdur. Ümumilikdə 8  məktəbdə təhsil alan 110 nəfər şagirdə, onların valideynlərinə  və 30 nəfər müəllimlərinə  təlimlər keçirildi. Layihənin həyata keçirildiyi müddətdə təşkil edilən təlimlərə 9-cu sinif şagirdləri, onların valideynləri, buraxılış fənn müəllimləri, sinif rəhbərləri, psixoloqları cəlb edildi. Müəllimlərə şagird–müəllim  əməkdaşlığın faydaları   və üstünlükləri, müəllimin peşə səriştəliliyinin meyarları, pedaqoji dəstək  müəllim  səriştəliliyin  amili  kimi, peşəkar  müəllimin  dərsi, müəllim  öyrədəndir, tərbiyəçidir, təbliğatçıdır, nümunədir, şagirdlərin təhsil və inkişafında  valideynlərlə  əməkdaşlığın  əhəmiyyəti  mövzularına aid təlimlər keçirildi.
 
Şagirdlərə  öyrənmə metodlarından düzgün istifadə, açıq və situasiya tipli tapşırıqlar, məntiqi tapşırıqlar və mətnlərlə işləmə vərdişlərinin aşılanması, şagirdlərin təhsil və inkişafında  valideynlərlə  əməkdaşlığın  əhəmiyyəti , şagirdlərə  öyrənmə metodlarından düzgün istifadə şagirdlərə  bilik və bacarıqları inkişaf etdirmək üçün vərdişlərin yaradılması mövzularına aid təlimlər  keçirildi
 
Valideynlərə Valideynlərin tədris prosesinə  cəlb edilməsinin  faydaları  və üstünlükləri, məktəb  valideyn ünsiyyətinin effektivliyi, evdə təhsil prosesinin izlənilməsi  haqqında  biliklər , səristəli  valideyn amili, şagirdlərin  təlim keyfiyyətlərinin yaxşılaşdırılması üçün valideynlərin  lazımi  bilik  və bacarıqlara yiyələnməsinin əhəmiyyəti mövzuları üzrə təlimlər   keçirildi.
 
Nəticədə Müəllimlərdə pedaqoji dəstəyin ilk növbədə şagirdin öz qüvvəsinə inam yaradılması, onun gücünə, bacarıq və qabiliyyətinə təkan verilməsi, çətinliklərin aradan qaldırılmasında onlara yardım göstərilməsi istiqamətində uğurlu müəllim-şagird münasibətləri formalaşdırıldı. Peşə səriştəyinində müəllimlər  özünə inamının yüksəlməsinə, öz  fəaliyyətlərindən  və  onun  nəticələrindən  daha  çox  razı qalmalarına  nail oldular. 
Şagirdlər öyrənmə potensiallarının yüksəlməsinə bilik ,bacarıq və vərdişlərə  yiyələnməyə nail oldular. müəllimlər dərslərin daha  maraqlı və məzmunlu olmaqla bərabər şagirdlərdə dərsə  həvəs, dialoq, sərbəst düşüncə,sağlam  psixoloji  mühitin yaranmasına, düzgün qurulmuş müəllim-şagird münasibətləri üçün vacib olan lazımi peşəkarlığa və səriştəyə əsaslanan bilik və bacarıqlarını artırmış oldular. Uşaqların yaşadığı əsas psixoloji problemlər müəllimlər  tərəfindən daha da diqqətlə izlənildi. Şagirdlərdə  komplekslər və ilk addım atmaq qorxusu  mövzusunda özünə inamın artırılması üçün texnikalardan istifadə edərək psixoloji gərginliklərinin azalmasına səbəb oldu.  Həmçinin  “Peşəseçimi” mövzusunda təlimimizdə Holland testi vasitəsi ilə uşaqların şəxsi keyfiyyətinə uyğun peşələr müəyyən olunduğu üçün artıq özlərinə rahat, doğma olan yol,  istiqamət və öyrənmə texnikaları seçmək bacarığı formalaşa bildi.
 
Valideynlər isə  bacarıq  və  vərdişlərin  inkişafına nail oldular. Beləki, övladlarının təhsil prosesində iştirak edən valideynlər öz övladlarına qarşı daha anlayışlı olmağa, uşağlarının sosial, emosional və intelektual inkişafı üçün daha çox diqqət ayırmağa, övladlarına qarşı daha qayğıkeş, daha az sərt olur və onların nailiyyətlərini daha çox qiymətləndirməyə başladılar. Valideynlər məktəb həyatına cəlb olunduqları üçün, şagirdlər məktəbə, təhsilə və öyrənməyə qarşı daha xoş münasibət  bəsləməyə başladılar.Valideynlər ilə təlimlərin nəticəsi olaraq  isə məktəblə daha çox tərəfdaş rolu oynamağın cəmiyyətdə məktəbin imicinin daha da  yüksəlməsinə, valideynlər öz ailəsinin və övladının təhsilə olan ehtiyaclarını qarşılaya bilmək üçün müxtəlif imkanlardan daha bacarıqla istifadə etməsinə, övladına  öz  fikirlərini  və  problemlərini  daha  dəqiq,  daha  tam  söyləmək  imkanına nail olundu.  Beləliklə valideynlər  övladlarının müəllimləri ilə daha pozitiv əlaqələr yaradır, uşağının  vəziyyəti  haqqında  daha  dəqiq  məlumat  əldə  edir  və  onun  problemlərini  həll  etmək  üçün  vaxtında ölçülər götürə bilirlər.Sonda təlimlərdə fəal iştirak edən şagirdlərə, onların valideynlərinə və müəllimlərə sertifikatlar təqdim edildi.





Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də