Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

21.21.21 mistik rəqəmdir? - Tanınmış astroloq bu günlə bağlı nələr dedi?

RegionTV.info 
Mütəxəssislər son 50 ildə Günəş ətrafında fırlanma sürətinin artmasına görə 2021-ci ilin adi vaxtdan daha qısa olacağını bildiriblər.
Kanadanın York Universitetinin astronomiya və fizika professoru Paul Delaney Yerin fırlanma sürətinin artdığını və bu dəyişikliyin dünyadakı zamanın sürətləndiyi demək olduğunu söyləyib. Elmi hesablamalara görə, 2021-ci ildə ortalama bir gün normal 24 saatlıq bir gündən (86.400 saniyə) 0.05 millisaniyə qısa olacaq.
Qısalmanın qlobal iqlim dəyişikliyi ilə əlaqəli olduğunu deyən Delaney əriyən buzlaqların Yer üzündə kütlənin yerləşməsini dəyişdirdiyini və suların yerin fırlanma oxuna yaxınlaşdıqca, fırlanma sürətini artırdığını qeyd edib. Delaney dünyanın bu vəziyyətini daha sürətli fırlanmaq üçün qollarını bədəninə yaxınlaşdıran bir skaterə bənzədib.
Professor qısalmanın bir saniyədən çox az olacağına görə insanların gündəlik fəaliyyətlərinə təsir göstərməyəcəyinə diqqət çəkib və iqlim dəyişikliyi səbəbiylə buzlaqların əriməsinin qlobal saat qurşağına və günlərin müəyyən olunmasına təsir göstərə biləcəyini xəbərdar edib. Delaney bunun qarşısını almaq üçün “sıçrayış saniyəsi” tətbiqetməsindən istifadə edilə biləcəyini deyib.
Ancaq bəzi mütəxəssislərə görə, bu tətbiqetmə ilə təyin olunan təqvim ilinin son dəqiqəsinə əlavə 1 saniyə əlavə etmək Yerin fırlanma sürətindəki dəyişikliyi nəzərə almayan avtomatik saat tətbiqetmələrinin olduğu smartfonlarda, kompüterlərdə və rabitə sistemlərində qarışıqlıq yarada bilər. Milli Standartlar və Texnologiya İnstitutu (NIST) 1972-ci ildən 2016-cı ilə qədər orta hesabla hər 1.5 ildə “sıçrayış saniyələri” əlavə edib. Bununla birlikdə, 2016-cı ildən bəri “International Earth Rotation and Reference Systems Service” (IERS) Yerin fırlanma sürətinin artması səbəbindən “sıçrayış saniyəsi” tətbiqetməsinin artıq lazım olmadığını açıqlayıb.
Eyni zamanda, IERS 2019-cu ilin iyul ayında 2020-ci il üçün “sıçrayış saniyələri”nin əlavə edilməyəcəyini bildirib.
Maraqlıdır, bu il böyük astronomik hadisələr gözlənilirmi?
Bu gün eyni zamanda 21.21.2021 tarixi olduğundan bir çox insan bu tarixin mistik gücü olduğuna inanır.
Mövzu ilə bağlı Cebhe.info-ya danışan astroloq Səbuhi Rəhimli bildirib ki, mistikanı qəbul etmək düzgün deyil:
“Rəqəmlər, ədədlər yalnız nəyisə ölçmək, hesablamaq üçün əlverişlidir. Rəqəmlərin oxşar düzülüşü insanda bir az xoş əhval yaradır. Demək istəyirəm ki, bu, sadəcə insanların rəqəmlərə olan münasibətidir. Rəqəmlərin özünün heç bir təsir mexanizmi yoxdur. İndi 21-ci əsrin 21-ci ili, yaxud 21-i günü- bunların heç birinin təsir mexanizmi yoxdur. Bu, bir az da cahil inancdan irəli glir. Rəqəmlər yanaşı düzüləndə nə olur ki? Heç nə. Avropada 12-ci mərtəbədən sonra 14-cü mərtəbə yazırlar, özlərini aldadırlar. Hamı bilir ki, 12-dən sonra 13 gəlir. Yaxud da evdə təsadüfən 13 qonaq, süfrə başında 13 nəfər olursa, ora əlavə bir stul qoyurlar. Guya ki, burada 14 nəfərik”.
Astroloq qeyd edib ki, bu il ərzində 4 astronomik hadisə olacaq:
“Bunlardan 2-si Ay tutulması, 2-si də Günəş tutulmasıdır. Biri may-iyun ərəfəsində, digəri də dekabr ayındadır. Bunlar da təbii hadisələrdir. 2019 və 2020-ci ildə 6 tutulma olmuşdu, amma bu il 4 olacaq. Yalnız dekabr ayının 4-nə təsadüf edən tam Günəş tutulması bir az qlobaldır. Onun da izahını zamanı gələndə verəcəyik”.
Cebhe.info

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də