Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Koronavirusa yoluxub sağalanlara peyvənd lazımdırmı?

RegionTv.info 
Bu gün koronavirus pandemiyası ilə bağlı ən çox aktual olan suallardan biri də virusa yoluxanların vaksinasiyası ilə bağlıdır. Virusa yoluxub sağalanlarda qoruyucu immunitetin yaranmasını əsas gətirərək peyvəndə gərək olmadığını düşünənlər var. Amma qoruyuculuğun neçə müddət davam etdiyini, bunun da fərdi immunitet xüsusiyyəti olduğunu əsas gətirərək peyvəndin mütləqliyi barədə rəylər də mövcuddur. Bu suallarla bağlı hazırda mövcud olan cavabları, mütəxəssislərin rəylərini ümumiləşdirərək təqdim edirik.
Qeyd edək ki, bir çox respirator virus xəstəlikləri dayanıqsız toxunulmazlıq yaradır - məsələn, qrip keçirmiş adam bir neçə aydan sonra eyni virusa yenidən yoluxa bilir və yenidən asqıraq, öskürək və hərarət şikayətləri ilə yatağa düşür.
Qrip toxunulmazlığının belə tez keçməsi, yəni immunitetin belə az davamlı olması nə ilə bağlıdır, bu, tam olaraq aydın deyil. Əsas fərziyyə belədir ki, bu xəstəliklər əsasən yuxarı tənəffüs yollarında yaranır deyə onlarla yalnız yerli immunitet məşğul olur. Sistemik immun reaksiya praktik olaraq prosesdə iştirak etmir, buna görə də IgG antitellər əmələ gəlsə də, onların sayı az olur. Və antikorların sintezi üçün təlimatlı olan yaddaş B hüceyrələri sürətlə yox olurlar.
Eyni şey bir patogenlə yenidən qarşılaşdıqda xüsusi qatil hüceyrələrini aktivləşdirməli olan yaddaş T hüceyrələrinə də aiddir. Tənəffüs yollarının infeksion xəstəliklərində yalnız infeksiya yerinin yaxınlığında yaşayan T hüceyrələri aktivləşir və bir neçə aydan sonra patogen haqqında  məlumatları sistem səviyyəsində ötürmədən yox olurlar.  
Toxunulmazlığın qeyri-sabit olmasının, yəni daimi olmamasının başqa bir mümkün səbəbi xəstəliyin yüngül  keçirilməsi ola bilər. Bu da əvvəlki amil ilə bağlıdır: xəstəlik  yüngül keçəndə immun sisteminin reaksiyası yerli vasitələrlə və ya anadangəlmə toxunulmazlıq qüvvələri ilə məhdudlaşır və bu döyüşdə xüsusi immun silah (antikor və T hüceyrələri) yaratmaq üçün təlimatlar "yaddaşda" saxlanılmır.
COVID-19 da çox insanlarda nisbətən yüngül və hətta asimptomatik keçən respirator infeksiyadır. Bu, COVID-19-a qarşı toxunulmazlığın qeyri-sabit ola biləcəyi fikrini ortaya qoyur. Lakin mövcud faktiki məlumatlar bu ehtimalı birmənalı şəkildə təsdiqləməyə və ya təkzib etməyə imkan vermir. Bəzi tədqiqat işlərində alimlər görürlər ki, antikorların titri, o cümlədən neytrallaşdırıcıları - yəni yeni hüceyrələrin infeksiyasının maksimum effektiv şəkildə qarşısını alan - zamanla tez düşür. Digər tədqiqatlar göstərir ki, neytrallaşdırıcı antikorlar xəstəlikdən ən azı beş ay sonra, T-yaddş hüceyrələri isə yarım il ərzində saxlanılır. Hətta son tədqiqatlardan birində qoruyuculuğun 8 aya qədər davam etdiyi məlum olub.
Bu gün təkrar yoluxmalar haqqında az məlumat var. Məhz neçə nəfərin il ərzində təkrar yoluxduğunu demək çətindir. Alimlər deyirlər ki, ilk xəstəliyə səbəb olan virusun  RNT ardıcıllığını deşifrə edib, ikinci infeksiyaya səbəb olan virus genomu ilə müqayisə etdikdə bunu əminliklə demək olar. Belə məlumatlar isə yalnız beş xəstədə mövcuddur.
Çoxlarına covid diaqnozu yalnız  PZR testləri və ya klinik mənzərəyə əsasən qoyulub və onların ilk infeksiya vaxtında olan bioloji mayelərinin nümunələri qalmayıb. Belə ki, ilk virusun genini deşifrə etmək və onu ikinci infeksiya ilə müqayisə etmək mümkün deyil.
Bundan əlavə, ikinci dəfə yoluxduğu deyilən beş xəstədə virus hava limanında məcburi test zamanı aşkarlanıb və onlardan birində asimptomatik hal olub. Bu isə belə halların daha geniş olması, tibb işçilərinin nəzərindən qaçması ehtimaını daha da artırır.
Təsdiqlənmiş beş pasiyentin biri - ekvadorlu 46 yaşlı kişi ikinci dəfə infeksiyanı daha ağır keçirib. 89 yaşlı Niderland sakini olan qadın isə dünyasını dəyişib. Yaşlı xanım immunitet sisteminə təsir edən onkoloji xəstəlikdən əziyyət çəkib, amma ekvadorlunun məlum xroniki xəstəlikləri olmayıb. Bu məlumatlar göstərir ki, reinfeksiya kütləvi hala çevrilsə, covid qurbanlarının sayı daha da arta bilər.
Belə olan halda yenə də peyvəndin zəruriliyi məsələsi ortaya çıxır.
Bəs peyvənd edilənlərdə immunitet uzunömülu olacaqmı?
Koronavirus infeksiyasından sonra immunitetin qeyri-sabit olması peyvənddən sonra da dayanıqlı olmayacağını istisna etmir. Peyvənd edilmişlərdə toxunulmazlığın nə qədər davam etdiyini yalnız gözləyərək bilmək olar. İndi bununla bağlı birmənalı mövqe yoxdur.
Ancaq peyvənd olunanlarda immunitetin real virusla görüşdən sonra daha uzun sürəcəyi ehtimalı var. Koronavirus bir çox "hiyləgər fəndlər"dən istifadə etdir ki, immun sistem lazım olduğu kimi reaksiya verə bilməsin.
Bu və digər fəndlər, virusun nüfuz etdiyini və onunla mübarizə aparmağa başlamağı - o cümlədən, immunitet sisteminin ixtisaslaşdırılmış "döyüşçülərini" köməyə çağıraraq yoluxmuş hüceyrənin vaxtında tanımasına mane olur. Buna görə də, təbii infeksiya qoruyucuları fəaliyyətə  çox hallarda daha gec  başlayır və optimal ssenari üzrə inkişaf etmir.
Peyvənd vasitəsilə bədən virus fraqmentləri ilə tanış olduqda, ardıcıllıq yaranır, müdafiə xətləri daha ciddi genişlənir, yad elementlərə reaksiya yaranır. İlk olaraq anadangəlmə sonra T və B-hüceyrələri ilə adaptiv immunitet mübarizəyə qoşulur.
Yüngül formalı xəstəkik zamanı müdafiə tədbirləri anadangəlmə immunitetlə məhdudlaşdırıla bilər, deməli, yeni görüş zamanı spesifik müdafiə yaranmayacaq.
Bundan başqa, vaksinasiya vaxtı mübarizə anadangəlmə immunitdə olduğu kimi nəfəs yollarında deyil, əzələdə baş verir. Nəfəs yolları toxunulmazlıq nöqteyi-nəzərindən, xüsusi zonadır, hansı ki, öz patogenləriylə özü mübarizə aparır.
Xəstəlik keçirənlər nə zaman peyvənd olunsun?
Beləliklə, bir adam neçə ay əvvəl, xüsusilə də yüngül covid keçiribsə, bədən bu virusla necə mübarizə apardığını "unuda" bilər. Belə bir vəziyyətdə immun sisteminə nə etmək lazım olduğunu xatırlatmaq və eyni zamanda bu dəfə ona bütün qaydalara uyğun reaksiya vermək ideyası -ən azı diqqətəlayiq görünür.
ABŞ-da səhiyyə sahəsində tənzimləyici qurum olan CDC (Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi), COVİD-19-la bağlı ciddi sağlamlıq risklərini və yenidən infeksiya ehtimalını nəzərə alaraq xəstəliyə yoluxub sağalanlara peyvənd etməyi məsləhət görür.
Nüfuzlu ABŞ klinikası Mayo Clinic koronavirus infeksiyası diaqnozu qoyulduğu gündən  90 gün keçəndən   sonra  peyvəndin aparılmasını tövsiyə edir.
İnfeksiya və peyvənd arasındakı boşluq üç ay ərzində xəstələrin əksəriyyətində təkrar yoluxmadan qorunmanı təmin edən antikorların kifayət qədər yüksək titrinin  qalması ilə bağlıdır. Digər tərəfdən, bu dövrdə peyvəndin aparılması səmərəsiz ola bilər, çünki antikorlar və immun sisteminin digər komponentləri dərhal orqanizmə yeni düşən koronavirus elementlərini neytrallaşdıraraq onlara tam "özünü göstərmək"imkanı vermir.
Antikorların konsentrasiyası və bəlkə də T-yaddaş hüceyrələri azaldıqdan sonra, vaksin antigeninin (virus komponentlərinin) tətbiqi bir də və ya demək olar ki, bir daha immun cavabının formalaşmasına başlayacaq. Vaksinin virusla artıq qarşılaşan insanlar üçün nə qədər effektiv olacağı da məlum deyil.
Sağalanları peyvənd etmək nə dərəcədə təhlükəsizdir?
Xəstəlikdən sonra peyvəndin tətbiq edilməsinin nə qədər təhlükəsiz olduğuna dair çox az məlumat olduğuna görə, bu suala dəqiq cavab vermək mümkün deyil. Lakin ekspertlərin bu barədə xüsusi narahatlıqları yoxdur - ən azı ona görə ki, xəstəlik keçirəndən sonra peyvənd digər xəstəliklərdə, məsələn, qrip üçün istifadə olunur. Bu vəziyyətdə heç bir yan təsir müşahidə edilmir.
Pfizer/Biontech peyvəndi klinik testlərinin üçüncü mərhələsində 545-ə qədər COVİD-19 keçirən insana vurulub. Bu insanllarda da heç bir xüsusi yan təsir müəyyən edilməyib.
Və bu, çox yaxşı haldır: o deməkdir ki, bu insanlar sınaqların digər iştirakçılarının fonunda fərqlənmədilər, məsələn, covid keçirməyənlərlə nisbətdə tez-tez xəstələnmirlər.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də