RegionTV.info
Azərbaycandakı iş adamları nağdsız valyuta əməliyyatlarında çətinlik ilə qarşılaşdıqlarını iddia edirlər.
Sahibkarların verdikləri məlumata görə, banklar şirkətlərin və fərdi sahibkarların xaricə köçürmə tapşırıqlarını "konvertasiya edə bilmədiklərindən" icra etmirlər.
"Biz idxal ilə məşğuluq. Adətən aldığımız malın dəyərini ödəyən zaman hesabımızdakı məbləğ həmən günün məzənnəsi ilə ABŞ dollarına konvertasiya edilir və sonra köçürmə həyata keçirilir. 2021-ci ilin ilk iş günündən banklar bizim konvertasiya (valyutaya dəyişdirilməsi) istəklərimizi təmin etmirlər. Bizə verilən məlumata görə, yaranmış vəziyyət bankların valyuta hərracından dollar ala bilməmələri ilə bağlıdır.
Bu absurddur, Mərkəzi Bankın məlumatına görə, bu gün valyuta hərracında banklara 70,6 milyon dollar satılıb. Həmçinin "qara bazar"dan istənilən qədər 1.72 manatdan dollar tapmaq mümkündür. Xarici tərəfdaşlarımıza yaranmış vəziyyəti izah etməkdə çətinlik çəkirik. Digər tanış sahibkarlar da eyni vəziyyətlə üzləşiblər".
Qeyd edək ki, ölkəmizdə xeyli müddətdir ki, valyuta qıtlığının yarandığı bildirilir.
Bildirilir ki, son 3-4 ay ərzində bu qıtlıq xüsusi ilə ciddi xarakter alıb. Doğrudur, Mərkəzi Bank mütəmadi olaraq valyuta hərracının keçirilməsi ilə bağlı xəbərlər yayır və hərracda satılan dolların həcmi ilə bağlı ictimaiyyətə məlumatlar verir. Amma son aylarda sahibkarların dollar əlçatanlığı olmaması səbəbindən əziyyət çəkdiyi qeyd olunur. Bu da “qara bazarın” daha da aktivləşməsinə şərait yaradır.
Yeni il başlanandan yaranmış durumun səbəbi nədir? Pul köçürmələrində yaşanan durum idxalda problemlərə gətirib çıxara bilərmi?
Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov Cebhe.info-ya açıqlamasında bildirib ki, bu cür durumun yaranmasının bir neçə səbəbi ola bilər: “İlk səbəb banklarda valyuta çatışmazlığının yaranması ola bilər ki, bunun da günahı Mərkəzi Bankın üzərinə düşür.
Xəbəri paylaş