Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Müəllimi və təhsili gözdən salma fəaliyyəti:



Təhsil ölkənin ən böyük struktura malik olan sahəsidir. Bura 5300 idarə və təşkilat daxildir.

Ən çox insan da bu prosesdə iştirak edir. Təkcə orta məktəbdə 1.6 milyon şagird, ali,orta ixtisas təhsili və peşə təhsili müəssisələrində 260 mindən çox təhsil alan var. 


Ölkənin ən böyük işəgötürəni də Təhsil Nazirliyidir. Təkcə orta məktəbdə 150 minə yaxın müəllimlə və 20 minə qədər digər işçi ilə əmək müqaviləsi imzalayıb. 


Ölkədə 2-ci bu qədər böyük infrastruktura sahib qurum yoxdur. Hətta dövlət büdcəsindən 2-ci ən böyük pay alan qurumdur. İl ərzində 4.4 milyard manat vəsait ayrılır.Azərbaycan vətəndaşının haqlı olaraq təhsildən gözləntisi çoxdur. Amma vətəndaşın təhsil ehtiyacı müvafiq qurum tərəfindən ödənmir. 


Son 2 il ölkənin təhsil xəbərlərinə baxanda deyə bilərəm ki, Elm və Təhsil nazirliyinin məqsədi təhsilin inkişafı deyil, manipuliasiyadır və ictimaiyyəti problemləri deməklə özlərindən yayındırmaq məqsədi güdürlər. 


Misal üçün, 2022 və 2023 - cü illərdə keçirilən sertifikasiya imtahanının nəticələri açıqlandı, Elm və Təhsil nazirliyinin reaksiyası ancaq öz çalışanlarını təhqir etməkdən ibarət oldu. 


Gəlin ölkədə mövcud digər təcrübəyə baxaq:


05.01.2011-31.03.2021 tarixləri arasındakı dövrdə 27 min 829 tibb işçisi sertifikat alıb.


Siz 10 il ərzində bir dəfə Səhiyyə nazirinin dilindən eşidibsiniz ki, həkimlər savadsızdır, saxta diplomludur?


Halbuki həkimlər arasında sertifikasiyadan keçə bilməyən, diplomu dövlət nümunəli olmayan nə qədər həkimlər var idi.


Bilirsiniz bu problemi necə həll etdilər? Sakit və peşəkarlıq nümayiş etdirərək, onlarla bağlanmış müqaviləyə xitam verdilər.


Həkimlərin sertifikasiya imtahan suallarının test hissəsi üzrə 40 (qırx) və ya daha çox, klinik tapşırıq hissəsi üzrə isə 16 və ya daha çox bal toplamış şəxslər sertifikasiyadan keçmiş hesab olunurlar.


Bu müəllimlərin müvafiq imtahanlarından dəfələrlə çətindir və əsas da sertifikasiya qaydaları Elm və Təhsil nazirliyinin təqdim etdiyi kimi 1 il ərzində 4 dəfə dəyişməyib. 


Bəli, sertifikasiya lazımdır və bu təhsilin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Amma bunu edəndən sonra sakitcə mövcud prosedur qaydaları tətbiq edilməlidir. 


Hal-hazırda Təhsil sistemində tapşırıq yoxdur? Yoxsa pulla işlərini görən yoxdur?


Soruşuram, Elm və Təhsil naziri öz dost, tanış, qohumlarını, sinif yoldaşı, əsgər yoldaşını, qrup və iş yoldaşlarını necə təyin edib?


Saxta müəllimin işləməsinə əlbəttə ki, göz yummaq olmaz, bəs onda niyə Quba-Xaçmaz regional Təhsil İdarəsinin rəhbəri Rüfət bəyə münasibətiniz eyni deyil?


Əgər həqiqətən də, obyektivlik nümayiş etdirirsinizsə, İctimai Şuranın üzvlərinə payladığınız qrantın hesabatı hanı?


MİQ, Sertifikasiya imtahanında müəllimlərin nəticəsi ilə siz hesabat təqdim edəndə ictimaiyyətə açıq olmursunuz, siz səmimi olmursunuz, siz təhsili, müəllimləri nüfuzdan salırsınız.


İctimaiyyətlə açıqsınız? Hansı İctimaiyyətə? İnsanlar problemlərin həllinə nail olmaq üçün qəbula yazılır, xeyri yoxdur, 146 ya zəng edir, xeyri yoxdur, portal.edu ya yazır, baxan yoxdur. 3-5 nəfəri yığıb çay içib danışmaq, guya problemləri demək ictimaiyyətə açıq olmaq deyil. 


Həqiqətən də təhsilin inkişafına nail olmaq istəyən, bunu edər. Daha kiməsə 200 min manat qrant verməz, daha Təhsilin İnkişafı kimi Fondu adi QHT - yə çevirməz, təyinatları şəffaf və ədalətli edər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də