Elmi araşdırmalara görə, sosiallaşma beyin strukturuna müsbət təsir edir. Sosiallaşma xəstəliklərə və qocalığa qarşı bioloji güc sahəsi yaradır. Danışmaq, söhbətləşmək neyronlar arasında əlaqəni artırır. Lakin, tənhalıq daimi siqaret çəkmək qədər sağlamlığa zərərlidir.
Bu haqda Oksford universiteti araşdırma aparıb.
Tək qalmaq, paylaşmamaq, danışmamaq, heç bir fəaliyyət göstərməmək və özünə qapanmaq sinir hüceyrələri arasındakı əlaqəni pozur.
Uzun müddətli tənhalıq demensiya riskini artırır, stress, depressiya və narahatlıq yardır.
Həmçinin, yuxu problemlərinə və yüksək təzyiqə səbəb olur.
Stress və tənhalığın immunitetə təsiri də çox güclüdür. İmmunitet siteminin zəifləməsinə gətirib çıxara bilər.
Bu cür təsirlərə məruz qalmamaq üçün sosiallığınızı artırmalısınız. İş yoldaşlarınızla yemək yemək, hər gün ailənizə vaxt ayırmaq bunda kömək ola bilər.
Sosial media insanların başqaları ilə əlaqə saxlamasına mane ola bilər. Ona görə də, sosial mediada keçirilən vaxt məhdudlaşdırılmalıdır.
Öz maraqlarınıza uyğun fəaliyyətlər etmək, dostlarla görüşmək, insanlarla ünsiyyətdə olmaq sizi bu təsirlərdən qoruyacaq.
Aynur