Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Daim yaxşılığa tələsən şəxs – Atakişiyev Əvəz Məcid oğlu – foto


          

         Azərbaycanlıların döyüş meydanlarındakı igidliyindən çox yazılıb və çox sözlər deyilib. Bundan sonra da yeni kitablar yaranacaq, filmlər çəkiləcək. Çünki həmin insanlar bütün dillərdəki ən gözəl sözlərə layiqdirlər. Amma elə məqamlar da var ki, orada söz fakta söykənməlidir. Azərbaycanlıların, daha doğrusu, bütün Azərbaycanın müharibədə göstərdiyi qəhrəmanlıq özü, böyük faktdır.
         Qarabağ 30 illik həsrətimizin adı idi... 30 yaşlı bir nəslin görmədiyi, adını elinin-obasının dilindən eşitdiyi dastanlaşan xatirələrdə eşidən, tarixi yaddaşlarda qalan vətənimizin əlimizdən alınan bir parçası idi. Hələ də tüstüsü səmada, qəhəri boğazlarda, göz yaşları yanağımızda qalan müharibənin qələbə sevincini daddıqca qələbədə haqqı olan şəhidlərimizin ruhuna dualar oxuyur, sağlamlığını itirən qazilərimizə Allahdan şəfa diləyirik.
         Müharibənin ön cəbhədəki qalibiyyət zəfərləri arxa cəbhədə qurulan yardım, dəstək strukturundan asılıdır. Bu, o deməkdir ki, hər kəs öz cəbhəsinin müzəffər əsgəri olsa, qələbənin bizim olacağına heç bir şübhə qalmır.
         Arxa cəbhədə sadə insanlar hər kəs ovcundan, cibindən çıxanı orduya yardım fonduna köçürdü. Belə qəhrəman oğullarımızdan biri də Atakişiyev Əvəz Məcid oğludur.
         Onu çoxları sahibkar kimi tanıyır. Adı çəkiləndə ilk ağlımıza gələn məhz bu anlamdır. Lakin Atakişiyev Əvəz Məcid oğlu həm də uğurlu və fərasətli xeyriyyəçidir. Xeyriyyəçilik təkcə imkan məsələsi deyil! Bu missiyadır, xarakterdir, hətta bir çox hallarda genetik ənənədir. Əlbəttə, gerçək xeyriyyəçilər hansısa işi onlara əl çalınması, reklam edilməsi üçün görmürlər. Bunu Heydər Əliyev Fondunun nümunəsində də görmək mümkündür. Həm Fond, həm də digər bir çox xeyriyyəçilər fərdi qaydada göstərdikləri köməkliklərin açıqlanmamasını xahiş edirlər, yəni təmənna güdmürlər… Belələri “Balıq bilməsə də Xaliq bilər”… prinsipinə əsaslanır.
        Amma ortada bir reallıq da var: Xeyriyyəçiləri xalq tanımalıdır, onlar örnək göstərilməli və digərləri də bundan nümunə götürməlidir. Həmçinin, belə şəxslərin adı tarixə yazılmalıdır, sabahkı nəsil də özünə bu təcrübələri əsas götürməlidir. Əgər belə olarsa, vətəndaşlarımız da bu günümüz, sabahımız üçün pessimist olmaz və bilərlər ki, cəmiyyətimiz xeyirxah insanlar yetişdirməkdə davam edir, dünya yaxşılardan xali deyil…
        Müasir dövrümüzdə də xeyirxah insanlar var. Əlbəttə, onlar bunu gözə girmək üçün deyil, hansısa təmənna ilə etmədiklərindən geniş piarları da aparılmır. Ancaq əksər vətəndaşlarımızın “daha xeyriyyəçilik ənənəsi yoxdur, elə insanlar qalmayıb” kimi pessimist düşüncələrdən azad olması, insanlarımızın məlumatlı, ən əsas, bu günümüzə, sabahımıza inamlı olması üçün şahidi olduğum bir sıra faktları qeyd etməyə ehtiyac duydum.
         Haqqında bəhs etdiyim Atakişiyev Əvəz Məcid oğlu fərdi qaydada çox savab işlər görür və təbii mən bunların hamısını bilə bilmərəm. Bildiyim isə budur ki, o, ikinci Qarabağ savaşı başlayan gündən öz vətəndaş mövqeyi ilə xalqın rəğbətini qazanmağı bacarıb. Əvəz müəllimin sağlam düşüncəsinə, həyat prinsiplərinə baxanda görürsən ki, həqiqətən də Vətəni qorumaq üçün, onun çiçəklənməsi üçün heç də əlinə silah götürüb ön cəbhəyə yollanmaq lazım deyil. Əgər bunu istəyirsənsə, elə öz mövqeyindən də edə bilərsən. Yetər ki, qəlbində Vətən sevgisi olsun. Əvəz müəllim müharibənin ilk qığılcımları atılandan bəri ordunu sahibi olduğu “Ağdam Oil” yanacaq məntəqəsini demək olar ki, tamamilə ordunun ixtiyarına vermiş, igid əsgərlərimizin düşmən üzərinə inamla irəliləməsi üçün lazım olan yanacaqla təmənnasız təmin etmişdir. Əvəz müəllimin Vətən sevgisi tək bununla yekunlaşmadı. O hər zaman özünü Vətənə borcu hesab edir və necə olursa-olsun bu borcu şərəflə ödəmək üçün ən incə fürsətləri dəyərləndirməsini bacaran insandır!
          P.S. Yazımın sonunda oxucuların diqqətinə bir məqamı da çatdırmaq istədim... Adətən sahibkar deyəndə insanın ilk ağlına sahibi olduğu obyektdən gəlir gətirən şəxs gəlir. Lakin Əvəz müəllimi şəxsən tanıyan biri kimi tam əminliklə deyə bilərəm ki, o, sahiblənməkdən çox, sahib edən sahibkarlardandır. Bu əminliyimin də səbəbi 2016-cı il Aprel döyüşlərində Əvəz müəllimin əvəzsiz xidmətidir...

Mənzər Qurbanova,
dovrunnabzi.az

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də