Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Putin dünyada total aclıq törətmək istəyir...


"Əgər Ukrayna blokadada qalacaqsa, dünya aclıq keçirəcək..."
 
"Ukrayna min illərlə dünyanın böyük bir hissəsini qidalandırıb...Ukrayna antik Afinanı qidalandırıb..."
 
"Bu, təkcə böyük dövlətlərin, təkcə Rusiyanın deyil, bütün dünyanın problemidir"
 
"Rusiyanın Ukraynada müharibəsi Avropanın müstəmləkəçilik müharibələri ənənələrinin özünəməxsus davam etdirilməsidir"
 
Nüfuzlu tarixçi hər kəsin mənimsəməli olduğu üç dərsi açıqlayıb
 
Amerikalı tarixçi Timoti Snayder Rusiyanın Ukraynadan taxıl tədarükünü blokada etməsini Stalin terroru ilə müqayisə edərək, Putinin törətdiyi müharibəni  müstəmləkəçilik müharibəsi adlandırıb və Rusiya təbliğatına qarşı necə müqavimət göstərməyi məsləhət edib.
 
Moderator.az xəbər verir ki, tarixçinin "Global Media Forum" forumunda çıxışının qısa xülasəsi Almaniyanın "Doyçe Velle" nəşrində dərc edilib.
 
Çıxışı zamanı tarixçi yaxın aylarda Rusiyanın Ukrayaya hərbi müdaxiləsinin nəticəsi olaraq dünyanı təhdid edən qlobal aclıq fəlakəti səbəbindən Rusiya-Ukrayna müharibəsi barədə daha aktiv surətdə danışmağa çağırış edib.
 
"1932-1933-cü illərdə Ukraynada baş verən aclıq bizim yaşadığımız dünyanın formalaşmasında həlledici rol oynayıb", - öz çıxışına Timoti Snayder belə başlayıb. O, ən nüfuzlu tarixçilərdən, Şərqi Avropa üzrə ekspert və faşizm və totalitarizm haqqında kitabların müəllifidir.
 
Onun sözlərinə görə,
müəyən edilməsinə az qala 100 il lazım olan qolodomorun (Ukraynada kütləvi aclıq) səbəbləri daha erkən öyrənilsəydi, sonradan baş verən bəzi faciələrdən, məsələn, Çindəki "mədəni inqilab"dan yan keçmək olardı.
 
1932-1933-cü illərdə Ukraynada baş verən və 4 milyon insanın həyatına son qoymuş qolodomor İosif Stalinin "siyasi seçiminin nəticəsi" olub, tarixçı belə güman edir.
 
"O zaman Sovet İttifaqı 10 il mövcud olub. O zaman Stalin qərarları qəbul edən adam olub. O,  özünün "özünümüstəmləkəçilik" və ya "daxili müstəmləkəçilik" adlandırdığı siyasəti həyata keçirib. İdeya bundan ibarət olub ki, Sovet İttifaqının bir hissəsi digər hissəsini istismar edəcək. Beləliklə,  Stalin SSRİ-nin belə transformasiyası siyasətini aparıb, nəticədə dövlət kənd təsərrüfatına nəzarəti ələ keçirib. Bu siyasət iflasa uğrayıb. İnsanlar aclıq keçirib və Stalin bunda ukraynalıları ittiham etmək üçün siyasi qərar verib", - tarixçi belə deyib.
 
Snayder dünyada Ukraynada aclığın nədən yarandığını anlamamağın üç səbəbini açıqlayıb.
 
Birinci səbəb- o zaman Qərbdə mövcud olan yanlış fikirdir: "Üstün fikir bundan ibarət olub ki, Stalin rasionaldır və onun planının mənası var. İnsanların tiraniyaya, təbliğata, ideologiyaya dönüşün baş verməsini anlamaq çətin olub".
 
İkinci səbəb bu faciəni işıqlandıra biləcək jurnalistlərin olmaması olub. 
"1930-cu illərin əvvəlində Sovet İttifaqında baş verən hadisələri işıqlandırmaq çox çətin olub, bundan başqa, 1932-1933-cü illərdə reportyorlara Ukraynanı ziyarət etmək qadağan edilib".
 
Üçüncü səbəb bu faciənin qurbanlarının elə onun günahkarları, Ukraynada diqqəti aclığa cəlb etməyə cəhd edən xarici jurnalistləri və ictimai xadimləri nasist adlandıran sovet təbliğatıdır.
"Bu, insanlara bu tarixçəyə bu qədər diqqət etməyə imkan verməyən soyuqqanlı effekt təsiri bağışlayıb", - tarixçi izah edib.
 
Snayder əmin edib ki, Ukraynada 1932-1933-cü illərin qolodomoru "müstəmləkə aclığı" olub, bu fəlakət Hitler üçün ilham mənbəyinə çevrilib.
Hitlerin müharibəni başlamağının əsas səbəblərdən biri Ukraynanı fəth etmək istəyi və onun məhsuldar torpaqları üzərində nəzarəti ələ keçirmək olub. Buna qərar verməyə sövq edən səbəb o olub ki, Stalin buna bənzərini artıq edib.
Timotinin sözlərinə görə, hazırda da oxşar vəziyyət yaranıb.
 
"Rusiya Ukrayaya hərbi müdaxilə edib. Rusiya Ukraynanı məhv etmək müharibəsi aparır. Bu, milyonlarla ukraynalının qaçışı və yerdəyişməsi deməkdir. Bu, Ukrayna şəhərlərinin dağıdılması deməkdir. Bu, Ukraynada mülki liderlərin edamı deməkdir. Amma bu, həm də Ukrayna iqtisadiyyatını məhv etmək cəhdidir. Hazırda Ukrayna iqtisadiyyatı əvvəlkitək kənd təsərrüfatına və kənd təsərrüfatı məhsullarının ixracına əsaslanıb. Ona görə də Ukraynanı məhv etmək səylərinin bir hissəsi Ukrayna ticarətinin blokada edilməsidir. Buraya Rusiya donanması tərəfindən Ukraynanın kənd təsərrüfatı məhsullarının məhv edilməsi və oğurlanması və Ukrayna ərzaq məhsullarının ixracına maneçilik törədilməsi daxildir", - tarixçi qeyd edib.
 
Snayderin fikrinə görə, bütün bunlar kənd tədərrüfatı məhsullarının qiymətinin artmasına və dünyada ərzaq böhranının dərinləşməsinə gətirib çıxaracaq, ilk qurbanlar isə əhalinin, məsələn, Ukrayna taxılından birbaşa asılı olan Afrika Burnu ölkələrində və Şimali Afrikada olduğu kimi, ən həssas təbəqəsi olacaq.
 
"Stalinlə olduğu kimi, bu, Putinin siyasi qərarıdır və nəticələrini görməmək olmur. Əgər Ukrayna blokadada qalacaqsa, dünya aclıq keçirəcək", - Snayder vurğulayıb.
 
Ekspert tarixdən üç ibrət dərsi götürməyə çağırış edib, bunlar Ukraynada baş verənlərin tarixi əhəmiyyətini anlamağa kömək edəcək.
 
Birinci dərs-Rusiyanı rasional dövlət hesab etməkdən vaz keçmək.
 
"Biz düşünmək istəyirdik ki, Putin bir növ texnokratdır, ona görə də çoxları üçün onun həqiqətən Ukraynaya hərbi müdaxilə edəcəyini güman etmək çətin olub. Bu səbəblərə görə də bəziləri üçün bu müharibənin daha dərin, daha qaranlıq versiyasının mövcud olmasını təsəvvür etmək çətindir.
Bu versiyada dünyada aclıq yaranacaq".
 
İkinci dərs- jurnalistlərin, o cümlədən "gözlərimiz önündə baş verən tarixçənin birbaşa aidiyyəti olan" Afrika ölkələrindən olan jurnalistlərin hadisə yerində fiziki olaraq iştirak etmək zərurətidir.
 
Üçüncü dərs-qurbanı günahlara çevirən təbliğata müqavimət göstərməkdir.
 
"Aclığın səbəbi, əlbəttə ki, çox sadədir-bu, Rusiyanın Qara dənizdəki gəmiləridir. Lakin Rusiya təbliğatı artıq "nasist" adlandırdığı ukraynalıları ittiham edir. Keçmişdə olduğu kimi, onun məqsədi jurnalistləri kənarlaşdırmaq, baş verənlər haqqında yazmağa imkan verməmək".
 
Rusiyanın Ukraynaya müdaxilə etməsinin dəlillərini Snayder müstəmləkəçilik adlandırır, məhz avropalılar dünyanın qalan hissəsini fəth etmək üçün onları 500 il ərzində hərəkətə gətirib.
 
"Onlar deyirdilər ki, hansısa insanlar millət deyil və ya hansısa siyasi təşkilat dövlət deyil. Təsadüfi deyil ki, məhz bu arqumentləri Rusiya Ukraynaya qarşı irəli sürüb. Bu mənada Rusiyanın Ukraynadakı müharibəsi Avropanın müstəmləkəçilik müharibələri ənənələrinin özünəməxsus davam etdirilməsidir".
 
Tarixçi daha bir müstəmləkə təbəqəsinə diqqəti cəlb edib:
 
"Ukrayna limanlarının Rusiya tərəfindən blokadası və Ukrayna məhsullarının ixracının mümkün olmaması onu göstərir ki, Rusiya üçün Afrikada və Asiyada yaşayan insanların əhəmiyyəti yoxdur: onlar ac qalmalıdır ki, ukraynalıları ittiham etmək mümkün olsun".
Snayder qeyd edib ki, müstəmləkəçilikdə insan şəxsiyyət kimi deyil, məqsədə çatmaq üçün vasitədir. Hazırda təkcə ukraynalılar deyil, aclığın qurbanı olacaq Afrika və Asiyanın sakinlərinə də insanlar kimi deyil, təbliğat kampaniyasının obyektləri kimi baxılır.
Snayderin fikrincə, jurnalistlər Ukrayna, Afrika və Asiya sakinlərinə "bu tarixçə barədə tam təsəvvürlərin yaranması üçün səs hüququ verməlidir".
 
"Bu, təkcə böyük dövlətlərin məsələsi deyil.  Bu, təkcə Rusiyanın məsələsi deyil. Bu, bütün dünyanın məsələsidir", - tarixçi vurğulayıb.
 
Kimsə Ukraynada müharibə səbəbindən aclığın baş verməsinə inanmaya bilər. Amma Ukraynanın tarixini bilənlər üçün belə təhlükə xülya kimi görünməyəcək.
 
"Min illərlə Ukrayna dünyanın böyük bir hissəsini qidalandırıb. Ukrayna antik Afinanı qidalandırıb. Kəşflər epoxasında Avropanın müstəmləkə dövlətləri Ukraynadan taxıl idxal edib və bu da orada təhkimçilik hüququnun yaranmasına səbəb olub.
Hitlerin də, Stalinin də dünyanı dəyişə biləcəklərinə imkan verəcək Ukraynanı müstəmləkə ərazisi hesab etdiyini bilərək, daha böyük aclıq ehtimalı daha da aydın olacaq", - Snayder sözlərinə yekun vurub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də