Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Nazirlik Bakıda şam ağaclarının qurumasının səbəbini AÇIQLADI

Azərbaycanda və dünyada son illər iynəyarpaqlı ağacların quruması problemi müşahidə edilir.
 
Bununla bağlı Meşələrin İnkişafı Xidmətinin meşəbərpa şöbəsinin müdiri Vahid Fərzəliyev "Ekspert saatı"nda məlumat verib. Onun sözlərinə görə, ağacların quruması xüsusilə Bakı-Abşeron bölgəsində baş verir:
 
"Buna səbəb quraqlıq problemidir. Quraqlıq stressi keçirən şam ağacları müxtəlif zərərvericilərə yoluxaraq, qurumağa başlayırlar. Yaşlı ağaclarda daha çox problem yaşanır.
 
60-70-ci ilərdə Bakıda kütləvi şam ağacları  əkildi. Zərərli qabıqyeyən böcəklərin təsiri ilə bu ağacların həyat qabiliyyəti aşağı düşdü. Şam ağacı qətran ifraz edir. Həyati qabiliyyəti aşağı olan ağaclar qətar ifraz etmədiyindən qabıqyeyən böcəklər oduncağa daxil olur. Ağacı zədələdikdən sonra maddələr mübadiləsi pozulur və quruyur. Üç-dörd həftə ərzində kütləvi quruma halı baş verir. Bu halın qarşısını almağın ən düzgün yolu düzgün qulluq qaydasıdır. Nəzərə alsaq ki, son illər ölkədə yağıntılar çox az oldu. Yağıntıların qeyri-düzgün paylanması ağacların quraqlıqdan zərər çəkməsinə səbəb olub”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də