"Ərəbcə danışa bilməyib Quranı tərcümə edən dinşünas görəndən sonra mollaya nə deyəsən?"
Dəyərli dostlar! Yəqin, bir çoxlariniz bilir ki, Dövlət Komitəsi dinşünas Elşad Mirinin "Islamda yoxdur" kitabinin idxalina izacə verməyib. Səbəb isə kitabda Elşad Mirinin seyidləri Iblislə müqayisə etməsi olub. Mən qanun və vicdanim qarşisinda rahatam. Çunki əminəm ki, seyidi və ya başqa bir insani Iblislə müqayisə etmək həm qanun, həm də etik baximdan qəbul edilməzdir. Zatən, bu mövqeyi ölkə məhkəmələri də haqlı sayıb. Əgər Avropa məhkəməsi desə ki, yox, Elşad Miri düz edib seyidləri Iblislə müqayisə edib, artiq buna deyəcək bir sözüm yoxdur. Uzaq başı Hüseyn Cavidin "Iblis"ini tərcümə etdirib onlara göndərə bilərəm))
Elşad Mirinin iddialarina ciddi, amma etiraf edim ki, onun səmimi olmadığı vaxtlarda bəzən yarızarafat, hətta ironiya və sarkazmla cavab vermişəm. Fikirləşmişəm ki, Elşad Miridir də, Elşad Miri belə olur)) Cəmiyyətdə Elşad Miri kimisinin də olmasi lazimdir. Amma dünənki debatdan sonra çox təəcübləndim. Deyirdilər ki, Elşad Miri ərəb dilini bilmir, inanmırdım. Fikirləşirdim ki, onu sevməyənlər bunu deyə bilər. Necə ola bilər ki, ərəbcəni yaxşi bilmədən Elşad Miri Qurani-Kərimi tərcümə edir, hətta Vasim Məmmədəliyevin tərcüməsində səhv tutur? Amma yanılmışam. Elşad Miri dünən özü etiraf etdi ki, ərəbcə danişa bilmir və bunu heç vaxt gizlətməyib. Təsəvvür edin ki, ingilis dilini normal bilmədən Şekspiri tərcümə edirsiz. Dəhşətdir! Çox vaxt qınayırıq ki, bəzi mollalar ərəbcəni bilmir, Quranı necə gəldi oxuyurlar. Ərəbcə yaxşı danışa bilməyən, amma Quranı tərcümə edən dinşünas görəndən sonra mollaya nə deyəsən ki?! Mən demirəm ki, dinşünaslar ərəbcə bülbül kimi cəh-cəh vurmalıdir, yox. Deyirəm ki, məhz Quranı tərcümə edən dinşünaslar həm ərəb dilini, həm də dini mükəmməl bilməlidir.
Nə isə, Allah sizə rəhmət eləsin Vasim müəllim, nə yaxşı ki, Qurani vaxtında tərcümə etmisiz!
Gündüz İsmayılov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini