Azərbaycanda “Aİ-95” və “Aİ-98” markalı benzinlərin bahalaşmasının avtomobil bazarında və taksi xidmətlərində qiymətlərə təsir imkanı məhduddur.
Bunu saytımıza açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov benzinin bahalaşmasının mümkün təsirlərini şərh edən zaman bildirib.
E.Cəfərov xatırladıb ki, yüksək oktanlı benzinlərdən əsasən Azərbaycana idxal edilən yeni avtomobillərdə istifadə edilirdi. Onun fikrincə, “Aİ-95” markalı benzinin bahalaşması yeni avtomobil bazarında qiymətlərin kəskin artmasına və ya azalmasına gətirib çıxarmayacaq.
E.Cəfərov yeni qiymətlərin ikinci əl avtomobil bazarına təsir edəcəyini düşünür:
“İkinci əl avtomobil bazarında “Aİ-95” markalı benzinlə işləyən avtomobillərə tələb azala bilər. Amma tələbin azalması qiymətləri nəzərəçarpacaq dərəcədə azaltmayacaq. Yüksək oktanlı yanacağın bahalaşması ölkəmizdə dizel və hibrid avtomobillərə tələbi artıracaq. Eyni zamanda mühərrik həcmi kiçik olan avtomobillərə də tələb yüksələcək”.
Ekspert hesab edir ki, benzinin bahalaşmasının mənfi təsirləri də olacaq:
E.Cəfərov yüksək oktanlı benzinlərin bahalaşmasının taksi xidmətlərində bahalaşmaya səbəb olmayacağını da bildirdi:
“Taksi xidməti üçün istifadə edilən avtombillərin böyük hissəsi ya dizel, ya da hibrid mühərrik sistemi olan nəqliyyat vasitələridir. Hibrid avtomobillərdə əsasən “Aİ-92” markalı benzindən istifadə edilir. Buna görə də yüksək oktanlı benzinlərin bahalaşması taksi xidmətinin dəyərinə təsir imkanı yoxdur”.