Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

SON DƏQİQƏ! Baş nazir yeni qərar imzaladı

Nazirlər Kabineti “İctimai işlər növündə cəza çəkən və ya ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin elektron nəzarət vasitəsindən istifadə Qaydası”nı təsdiq edib.
RegionTV.info  xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
1. Ümumi müddəalar
1.1. Bu Qayda Azərbaycan Respublikası Cəzaların İcrası
Məcəlləsinin 35.1-ci və Azərbaycan Respublikası İnzibati Xətalar
Məcəlləsinin 156-1.2-ci maddələrinə əsasən hazırlanmışdır və
ictimai işlər növündə cəza çəkən və ya ictimai işlər növündə inzibati
tənbeh tətbiq olunmuş şəxslərin (bundan sonra – şəxslərin) elektron
nəzarət vasitəsindən istifadəsi ilə bağlı məsələləri tənzimləyir.
1.2. Elektron nəzarət vasitəsindən istifadə edən şəxslərin
(bundan sonra – nəzarət subyektlərinin) qeyri-insani və ya ləyaqəti
alçaldan rəftara məruz qalmasına yol verilmir.
2. Şəxslərə istifadə üçün təqdim olunan
elektron nəzarət vasitəsi
2.1. Şəxslərə istifadə üçün təqdim olunan elektron nəzarət
vasitəsi həmin şəxslərin müəyyən edilmiş vaxt ərzində ictimai işlərin
yerinə yetirilməsi yerlərində olmasını avtomatlaşdırılmış rejimdə
izlənil-məsini təmin edən və məlumatı monitorinq mərkəzinə ötürən
elektron cihazdır. Elektron nəzarət vasitəsi istifadə üçün kiçik və
yüngül olmalı, nəzarət subyektlərinə zərər verməyən materialdan
hazırlanmalı, ictimai işlərin yerinə yetirilməsi ilə əlaqədar onların
fəaliyyətinə çətinlik yaratmamalı, xarici səthi mexaniki zərbələrə
davamlı olmalı, stasionar enerji qida mənbəyini dəstəkləməlidir.
Elektron nəzarət vasitəsi barmaq izi skaneri, şəbəkə, enerji ehtiyatı
və işıq indikatoru, fiziki və proqram müdaxiləsi detektorları, vibrasiya
xəbərdarlıq siqnalı ilə təchiz edilməli, habelə GPS və GSM siqnalı
vasitəsilə coğrafi yeri müəyyən etmək, monitorinq mərkəzi ilə data
əlaqəsini yaratmaq və məlumatı ötürənədək yaddaşda saxlamaq
funksiyaları ilə təmin olunmalıdır.
4
3. Elektron nəzarət sistemi
3.1. Elektron nəzarət vasitəsinin tətbiqi Azərbaycan
Respublikası Ədliyyə Nazirliyinin “Cəza çəkən məhkumlar və həbs
edilmiş şəxslər” informasiya sisteminin elektron nəzarət üzrə
altsistemi (bundan sonra – elektron nəzarət sistemi) vasitəsilə
həyata keçirilir.
3.2. Yerli probasiya qurumlarında quraşdırılmış işçi stansiyalar
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Cəza çəkən
məhkumlar və həbs edilmiş şəxslər” informasiya sisteminə
inteqrasiya olunurlar.
3.3. Elektron nəzarət sistemi vahid data mərkəzindən və onun
proqram təminatından, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində quraşdırılan monitorinq mərkəzindən və bilavasitə elektron
nəzarət vasitələrindən ibarətdir.
3.4. Data mərkəzi elektron nəzarət sisteminin fəaliyyətini təmin
edən əsas və məkanca kənarda yerləşən ehtiyat surətlərdən ibarət
olan avadanlıq və rabitə infrastrukturu kompleksidir.
3.5. Proqram təminatı elektron nəzarət vasitələrinin tətbiqi
prosesinin təşkilini və ona nəzarətin həyata keçirilməsi üçün nəzarət
subyektlərinin və onların üzərinə qoyulan vəzifələrin uçotunu, izləmə
məlumatlarının vizuallaşdırılmasını və saxlanılmasını, pozuntu
hallarının müəyyən edilməsini və digər funksiyaları həyata keçirən
avtomatlaşdırılmış mühitdir.
3.6. Monitorinq mərkəzi elektron nəzarət vasitəsinin istifadəsi
ilə aparılan bütün izləmə məlumatlarının qəbulunu, emalını,
saxlanılmasını, idarə edilməsini və ötürülməsini, habelə şəxslərlə
operativ əlaqəni təmin edən müvafiq texniki-proqram vasitələri ilə
təchiz olunan, ilin bütün günləri 24 saat ərzində fasiləsiz fəaliyyət
göstərən və elektron nəzarət sisteminə inteqrasiya edilmiş
mərkəzdir.
4. Nəzarət subyektinin informasiya sistemində
qeydiyyata alınması
4.1. Şəxslərə istifadə üçün elektron nəzarət vasitəsi onlar
barəsində məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarı
əsasında Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə
və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun
olaraq icra məmuru (probasiya üzrə) tərəfindən təqdim edilir.
5
4.2. İcra məmuru (probasiya üzrə) şəxslərə elektron nəzarət
vasitəsini təqdim etməklə, onlara həmin vasitəni ictimai işlərin yerinə
yetirildiyi vaxtların cədvəlinə uyğun olaraq üzərlərində daşımalı və
istifadə etməli olduqlarını, işlək vəziyyətdə saxlanılması üçün ona
xidmət qaydalarını, habelə hər hansı müdaxilənin və ya elektron
nəzarət vasitəsindən istifadədən imtina edilməsinin yolverilməzliyini
izah edir və bu barədə protokol tərtib edir.
4.3. Yaşadığı yer üzrə yerli probasiya qurumuna gəlmiş
(gətirilmiş) nəzarət subyekti Azərbaycan Respublikası Ədliyyə
Nazirliyinin “Cəza çəkən məhkumlar və həbs edilmiş şəxslər”
informasiya sistemində qeydiyyata alınır və ona nəzarət subyektinin
eyniləşdirmə nömrəsi verilir.
4.4. İcra məmuru (probasiya üzrə) elektron nəzarət vasitəsini
istifadə üçün təqdim edərkən yeni nəzarət subyektinin fərdi
identifikasiya nömrəsini, soyadını, adını, atasının adını, doğum
tarixini, əl-barmaq izini, eyniləşdirmə nömrəsini, verilmiş cihazın
seriya nömrəsini və tələb olunan digər məlumatları elektron nəzarət
sisteminə daxil edir.
4.5. İcra məmuru (probasiya üzrə) nəzarət subyektinə elektron
nəzarət vasitəsini təqdim etdikdən sonra cihazın aktivləşdirilməsi
üçün şəxslərin əl-barmaq izindən istifadə etməklə, monitorinq
mərkəzinə elektron sorğu göndərir.
4.6. Monitorinq mərkəzində məsul növbətçi dispetçer daxil olan
sorğunu yoxlayır və sorğu ilə bağlı suallar yarandıqda, məlumatı icra
məmuru (probasiya üzrə) ilə dəqiqləşdirdikdən sonra nəzarət
subyektini izləmə siyahısına daxil edərək, istifadə üçün təqdim
edilmiş elektron nəzarət vasitəsini aktivləşdirir.
4.7. Bütün texniki proseslər yekunlaşdıqdan sonra icra
məmuru (probasiya üzrə) nəzarət subyektinə təqdim edilən elektron
nəzarət vasitəsinin sınaq məqsədilə izləmə şərtlərini və işlək
vəziyyətdə saxlanılmasına dair tələbləri pozan hərəkətləri etməməyi
tapşırır və həmin nəzarət vasitəsinin monitorinq mərkəzində qeydə
alınan izləmə məlumatları ilə, habelə təqdim edilmiş cihaza daxil
olan xəbərdarlıq siqnalları ilə uyğunluğunu yoxlayır.
4.8. Elektron nəzarət vasitəsinin aktivləşdirilməsi üzrə işlər
yekunlaşdırılqdan sonra icra məmuru (probasiya üzrə) bu barədə
protokol tərtib edir.
6
5. Elektron nəzarət vasitəsinin nəzarət subyektinə
təqdim edilməsi və ondan istifadə qaydaları
5.1. Elektron nəzarət vasitəsi nəzarət subyektinə istifadə üçün
təqdim edilməmişdən əvvəl texniki mütəxəssislər tərəfindən
yoxlanılmalı və sanitariya normalarına uyğun işlənilməlidir.
5.2. Nasaz, o cümlədən fiziki xəsarət, enerji ehtiyatı elementlərinin zəifliyi, korpusun hermetikliyinin pozulması və bu kimi digər
əlamətlər müşahidə olunan elektron nəzarət vasitəsi nəzarət
subyektinə təqdim edilə bilməz.
5.3. Şəxslərin elektron nəzarət vasitəsindən istifadə etməsinə
nəzarət onların yaşayış yeri üzrə icra məmuru (probasiya üzrə)
tərəfindən həyata keçirilir.
5.4. Şəxslər ictimai işlərin keçirildiyi yerlərə daxil olarkən əlbarmaq izi vasitəsilə monitorinq mərkəzinə məlumat ötürməklə
elektron nəzarət vasitəsini aktivləşdirməli və ictimai işlərin təyin
söndürməlidirlər.
5.5. Şəxslər elektron nəzarət vasitəsindən istifadə edərkən
həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət
etməli, hər hansı müdaxiləyə yol verməməli və cihazdan istifadə
etməkdən imtina etməməlidirlər.
5.6. Şəxslər elektron nəzarət vasitəsindən istifadə etməkdən
imtina etdikdə, onu zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə
saldıqda, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün
üzrsüz səbəbdən ona xidmət etmədikdə, müvafiq olaraq Azərbaycan
Respublikasının Cəzaların İcrası Məcəlləsinə və ya Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun tədbirlərin
görülməsi üçün icra məmuru (probasiya üzrə) tərəfindən
məhkəməyə təqdimat verilir və ya inzibati xəta haqqında protokol
təqdim edilir.
6. İzləmə və pozuntu hallarında görüləcək tədbirlər
6.1. Bütün nəzarət subyektlərinin izlənilməsi monitorinq
mərkəzinin dispetçerləri tərəfindən həyata keçirilir. İzləmə real vaxt
rejimində aparılır.
6.2. İcra məmuru (probasiya üzrə) nəzarət subyektlərinin
izləmə məlumatlarını yerli probasiya qurumunda quraşdırılmış işçi
stansiyalar vasitəsilə real vaxt rejimində tam həcmdə əldə edir.
7
6.3. Onlayn rejimdə izləmə və baş çəkmə nəticəsində izləməni
mümkünsüz edən hər hansı bir problem aşkar olunmadıqda, nəzarət
avtomatlaşdırılmış rejimdə davam edir.
6.4. Avtomatlaşdırılmış izləmə rejimində daxil olan izləmə
məlumatları proqram təminatı tərəfindən fasiləsiz təhlil edilir və
yalnız pozuntu aşkar edildikdə, bu barədə pozuntunun təfərrüatlı
təsviri ilə dispetçerə xəbərdarlıq siqnalı daxil olur və pozuntuya yol
verən nəzarət subyektinin izləmə məlumatları vizuallaşdırılır.
6.5. Elektron nəzarət vasitəsinin nəzarət subyektinin üzərində
olmasını yoxlamaq məqsədilə monitorinq mərkəzinin dispetçeri
həmin cihaza əl-barmaq izinin təsdiqlənməsi ilə bağlı sorğu göndərir.
Şəxslərdən əl-barmaq izinin təsdiqlənməsi ilə əlaqədar daxil olmuş
məlumat yanlış olduqda və yaxud ictimai işlər təyin edildiyi yerdə
olması təsdiq edilmədikdə, monitorinq mərkəzinin dispetçeri nəzarət
subyekti ilə əlaqə yaratmağa cəhd edir və bu barədə icra məmuruna
(probasiya üzrə) məlumat verir.
6.6. Pozuntu aşkar edildikdə və ya izləmə ilə bağlı məlumat
daxil olmadığı halda dispetçer göstərilən ardıcıllıqla aşağıdakı
hərəkətləri həyata keçirir:
6.6.1. baş verən hadisə, habelə onun aradan qaldırılması üçün
görülməli olan işlər barədə nəzarət subyektinə telefon vasitəsilə
məlumat verməyə cəhd göstərir;
6.6.2. pozuntu aşkar edildikdə və ya izləmə ilə bağlı məlumat
daxil olmadıqda, bu hal 15 dəqiqə ərzində aradan qaldırılmadıqda və
ya nəzarət subyekti ilə əlaqə saxlamaq mümkün olmadıqda, məsul
icra məmuruna (probasiya üzrə) bu barədə məlumat verir və elektron
sistem vasitəsilə onun aradan qaldırılması məqsədilə görülən işləri
əhatə edən hesabatı müvafiq işçi stansiyalara ötürür.
6.7. Pozuntu aşkar edildikdə və ya izləmə ilə bağlı məlumat
daxil olmadığı halda məsul icra məmuru (probasiya üzrə) göstərilən
ardıcıllıqla aşağıdakı hərəkətləri həyata keçirir:
6.7.1. hadisə barədə məlumatı aldıqdan dərhal sonra nəzarət
subyekti və ya işəgötürən ilə telefon vasitəsilə əlaqə saxlamağa cəhd
göstərir;
6.7.2. nəzarət subyekti və ya işəgötürən ilə əlaqə saxladığı
təqdirdə, hadisənin aradan qaldırılması və izləmənin normal rejimdə
davam etdirilməsi üçün tədbirlər görür;
6.7.3. hadisənin səbəblərini öyrənərək, bu barədə məlumatı və
hadisənin üzrlü səbəbdən baş verməsini sübut edən sənədlər
olduqda isə, həmçinin onların skan versiyasını Azərbaycan 
8
Respublikası Ədliyyə Nazirliyinin “Cəza çəkən məhkumlar və həbs
edilmiş şəxslər” informasiya sisteminə daxil edir;
6.7.4. nəzarət subyekti ilə əlaqə saxlamaq mümkün
olmadıqda, onun yerinin müəyyən edilməsi və ya axtarışı üzrə
tədbirləri həyata keçirir;
6.7.5. yol verilmiş pozuntu ilə bağlı Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində və ya Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş
tədbirləri görür.
7. İzləmə şərtlərinin və elektron nəzarət
vasitəsinin dəyişdirilməsi
7.1. İzləmə şərtlərində edilmiş dəyişikliklərdən asılı olaraq,
elektron nəzarət vasitəsinin dəyişdirilməsi tələb oluna bilər. Belə
dəyişikliklər yalnız daimi ola bilər. Bu halda elektron nəzarət
vasitələri bu Qaydanın 8-ci hissəsinə müvafiq olaraq geri alınır və
5-ci hissəsinə müvafiq olaraq yenisi təqdim edilir.
7.2. İstifadə olunan elektron nəzarət vasitəsi yararsız hala
düşdükdə və ya fəaliyyətində aradan qaldırılması mümkün olmayan
nasazlıqlar müşahidə olunduqda, o, yenisi ilə əvəz edilir. Bunun
üçün icra məmuru (probasiya üzrə) nasaz avadanlığa baxış keçirməli
və onun dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra
məmuru (probasiya üzrə) bu Qaydanın 7.1-ci bəndində göstərilən
tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini
zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun
dəyəri həmin şəxsdən tutulur.
8. Elektron nəzarət vasitəsinin təhvil alınması
8.1. İctimai işlərin müddəti bitdikdə, məhkəmə qərarı ləğv
edildikdə və qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslarla
ictimai işlər növündə cəzanın və ya ictimai işlər növündə inzibati
tənbehin icrasına xitam verildikdə elektron nəzarət vasitəsi ondan
istifadə etmiş şəxs tərəfindən icra məmuruna (probasiya üzrə) təhvil
verilir.
8.2. Elektron nəzarət vasitəsi təhvil verilən zaman icra məmuru
(probasiya üzrə) onun texniki vəziyyətini yoxlayır və mövcud olan
bütün nasazlıqlar, o cümlədən fiziki xəsarət, enerji ehtiyatı 
9
elementlərinin zəifliyi, korpusun hermetikliyinin pozulması və bu kimi
digər əlamətlər barədə akt tərtib edir.
8.3. Təhvil verilmiş elektron nəzarət vasitəsi onun texniki
vəziyyəti barədə aktla birlikdə monitorinq mərkəzinə göndərilir.
8.4. Monitorinq mərkəzində təhvil verilmiş elektron nəzarət
vasitəsinin texniki vəziyyəti qiymətləndirilir, avadanlıq bərpa
olunması və digər nəzarət subyektinə təqdim edilməsi məqsədilə
hazırlanması üçün aidiyyəti üzrə təhvil verilir.
9. Yekun müddəalar
9.1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Cəza çəkən
məhkumlar və həbs edilmiş şəxslər” informasiya sisteminə toplanılan
izləmə məlumatları elektron nəzarət vasitəsindən istifadə müddəti
bitdikdən sonra arxivləşdirilir, 6 (altı) ay keçdikdən sonra isə ləğv
olunur.
9.2. İzləmə zamanı baş verən hadisələr, onların səbəbləri və
aradan qaldırılması müddəti, habelə izləmə şərtlərinin və elektron
nəzarət vasitəsinin dəyişməsi barədə hesabat Azərbaycan
Respublikası Ədliyyə Nazirliyinin “Cəza çəkən məhkumlar və həbs
edilmiş şəxslər” informasiya sisteminə ötürülür və orada 15 (on beş)
il saxlanılır

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də