Azərbaycanda insan haqları fəallarının və media nümayəndələrinin həbsi rəsmi Bakı ilə Vaşinqton arasında olan gərginliyi daha da alovlandırdı.
"Azərbaycan Reallığı"nın xəbərinə görə, Dövlət Katibi Entoni Blinkenin ardından dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisi Dafna Rand Azərbaycanı sanksiya ilə hədələyib.
Dafna Rand deyib ki, hökumət Rüfət Səfərovu həbs etməklə ABŞ-yə, insan haqlarına önəmli mesaj verib və bu mesaj da eşidilib.
Dövlət katibinin köməkçisi bu fikirlərinin ardınca Azərbaycana sanksiya tətbiq ediləcəyinə dair bəyanat da səsləndirib.
Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc Gununsesi.info-ya bu barədə danışıb.
Zahid Oruc bildirir ki, ABŞ dövlət katibi Entoni Blinken, o cümlədən katibliyin digər yüksək ranqlı nümayəndələri Azərbaycana yönəlik sanksiyaların dilində daha iltumatuv xarakterli yazılarını, çıxışlarını son günlər media məkanında tirajlayırlar. Bu özü özlüyündə birinci növbədə siyasi təzyiqlərin, həmçinin şantajın ifadəsidir:
“Birinci növbədə unutmayaq ki, artıq Trampa bütövlükdə idarəçiliyin ötürülməsinə bir aya yaxın vaxt qalıb. Belə bir dönəmdə Bayden hakimiyyəti maksimum dərəcədə bir sıra coğrafiyalarda, qitələrdə həlledici qərarlar verərək, növbəti dövrün iqtidarı üçün ağır miraslar saxlamaq istəyirlər. Bu, açıq şəkildə görülür, deyilir və bu gün nüfuzlu qlobal medianın səhifələrindən o nöqtələrlə tanış oluruq ki, həqiqətən Rusiya-Ukrayna savaşı ətrafında, o cümlədən Yaxın Şərq, həmçinin elə Suriya hadisələri üzərində atılan bir sıra addımlar dövləti mənafelərinə uyğun deyil. Amma əvvəzində, təəssüflər olsun ki, təhlükəsizlik mühitini daha da məhv edən, onu dağıdan siyasətlərə, qərarlara, adımlara yol verilir. İkinci tərəfdən, Obrayn son bir il ərzində ölkəmizə səhvələrini və yaxud başqa coğrafiyalarda keçirilən görüşlərin əsas vurgulanan argumentlərini bir araya gətirdiyinizdə görəcəksiniz ki, Birləşmiş Ştatlar maksimum dərəcədə çalışırdı ki, Ermənistan-Azərbaycan danışıqlarında əsas moderator olsunlar. Bundan ötürü xarici işlər nazirlərini 5 saatlıq Birləşmiş Ştatlara da dəvət etmişdilər. Ondan öncə də Brüssel formatı əslində, Şarl Mişelin rəhbərliyi və ya təşəbbüsü deyildi, daha artıq dərəcədə Ağ Evdən qaynaqlanan təlımatların əsasında gerçəkləşmişdi. Yekun etibari ilə seçkilərdən öncə ən qısa müddətdə siz bu anlaşmaya gedin və barış sazişi imzalansın istəyi, sanki belə bir mənaya gələ bilərdi ki, Kamala Harrisin seçilməsi üçün bunu ölkədə uzun illər və əsrlər boyu gedən savaşı nəhayət, həll etdiklərini aktivlərinə yazıb, bunun üzərindən də bir əlavə təbliğat ürünü düzəltməyə çalışırdılar, o da gerçəkləşmədi. Amma mahiyyət etibari ilə danışıqların üzərində həlledici təsir qüvvəsi kimi çıxış etmək, ölkədə 44 günlük savaşdan sonra dəyişən geopolitikanı müəyyənləşdirmək və gələcək strategiyanı diqtə etmək mənasında Amerika müxtəlif rıçaqları irəli sürülürdü. Onun ən qabarığı son illər xüsusilə Amerika və digər Qərb dövlətləri Avropa Birliyinə daxil olan ölkələrin vasitəsi, donorluğu ilə ayaqda qalan üçüncü sektor və adı media, özü isə propaqanda aləti, bir sıra hallarda kəşfiyyət ürünü kimi Kəşfiyyət Tribunası qaydasında məsələn, “AbzasNet”-qəti şəkildə media tələbi ilə ona yanaşıla bilməz. Belə şəraitdə düşünürəm ki, maksimum dərəcədə Azərbaycana həm yumşaq güc tətbiq edilirdi, digər tərəfdənsə, çalışırdılar ki, maksimum dərəcədə müxtəlif siyasi, diplomatik mesajlar, bəyanatlar və stimulaşdırıcı tədbirlərlə, o cümlədən Avropa Siyasi Birlikləri vasitəsi ilə prosesi öz xeyirlərinə inkişaf etdirsinlər. Rusiyanı danışıqlar prosesindən tamamilə kənarlaşdırsınlar.
Bir daha söyləyirəm ki, əsas məsələ regionun gələcəyi ilə bağlı söz sahibi kimi mövqeyini bərpa etməkdən gedirdi.”
Zahid Oruc digər bir məqamın bu cür olduğunu qeyd edir:
“Üçüncü vacib məqam barədə istəyirəm deyəm ki, Azərbaycana qarşı olan təzyiqlər, konkret sadaladığınız adlar, isimlərdən çox, həm də Avropa Birliyinin mülki müşahidə missiyası adı altında əvvəlcə 65-70 nəfərlik 3 aylıq bir dövr ərzində, daha sonra isə sayı 200-ə çatan sırf hərbi kəşfiyyat, cəsusluq fəaliyyətinə bağlı olan qüvvələrinin bölgəyə gətirilməsi Ermənistan-Azərbaycan arasındakı 1007 kilometrlik sərhəd boyunca onların müxtəlif strategi nöqtələrdə yerləşdirilməsi, daha sonra Avropa Birliyinə üzv olmayan Kanadanın bu proseslərə cəlb edilməsi və sonradan açıqlamaların verilməsi ki, Birləşmiş Ştatlar da öz qüvvələrini ora göndərəcəkdir. Bu, mahiyyət etibarilə NATO-nun Göyçə dağlarına, Zəngəzur yoluna gətirilməsinin bir vasitəsi idi ki, iki xalq arasında yenidən savaşlar çıxarmaq və proseslərə hərbi vasitələrlə müdaxilə etmək, guya sülhmaramlı bir missiya qazanmaq və sonradan hətta ermənilərin müəyyən bir qismini Xankəndinə, süngü gücünə gətirmək planlarıdır. Bu, mütləq belədir. Yəni, həmin siyasəti görmək üçün stratik olmağa ehtiyac yoxdur. Düşünürəm ki, bu məsələlərin əsas konturlarını rəsmi Bakı yaxşı görür və dəyərləndirə bilir. Mühim nöqtələrdən biri də elə hesab edirəm ki, həm də Azərbaycanın əleyhinə verilən bu bəyanatların, sanksiya hədələrinin, tələblərinin və onu Amerika Konqresində ard-arda dinləmələr, müzakirələr, müxtəlif qərarların və 907-ci düzəlişin yenidən qüvvəyə qaytarılması, Ermənistana yardım üçün siyasi, hüquqi zəmin hazırlayırdılar.
Söhbət həm maliyyə, gördünüz kimi, Yüseydin əli ilə bunu gerçəkləşdirdilər, 250 milyon dollara qaldırdılar. Ardınca, ümumilikdə götürəndə bir sıra dövlətlərlə hərbi bağlaşmalar da Amerikanın patronajlığı ilə idarə olunur. Yəni, Söhbət İravana göstərilən dəstəkdən gedir.
Millət vəkili o cümlədən Paşinyanın bu cür etməklə Ermənistanın bölünməsi ilə nəticələyini vurğulayır:
“Halbuki elə zənn edirəm, Paşinyan hakimiyyəti çox yaxşı dərk edir ki, bununla regionu çox ağır bir fəlakətə sürükləyir. Çünki hazırlıqsız bir qaydada savaş aparmaq, Ermənistanın bölünməsi ilə nəticələnir. Sözün həqiqi mənasında onun coğrafiyası imkan vermir ki, belə bir müharibəyə əl atsın. Çünki bir tərəfdən Naxçıvan var, o biri yandan Türkiyanın regionda güclənən mövqeyini biz vurğulaya bilərik və Azərbaycan, heç şübhəsiz ki, artıq 44 üstəgəl bir günün nəticələrindən bütün qazandığı 500 km-dan artıq sərhəd boyunca hərbi qüvvələrini strateji nöqtələrə yerləşdirdiyindən İrəvandakı bütün hərəkətləri görür və bu prosesləri Amerikanın və digər dairələrin əli ilə təzədən onlara güc, imkanlar, hərbi resurslar qazandırmaq ilə prosesi geriyə qaytarmaq, vətən müharibəsinin nəticələrini təfdiş eləmək qeyri-mümkündür. Deməli, yekunlaşdırsaq, mahiyyət etibarilə söhbət burada qeyd etdiyiniz bu açıqlamaların, hədələrin, şantajın mənası Ermənistanı silahlandıracağıq deməkdir. Üzərimizə qaldırmaq istədikləri Avropa strukturlarının əli ilə daha sərt iqtisadi sanksiyalar, bizim müxtəlif banklarda, Avropa banklarında və yaxud da digər aktivlərdə yerləşdirilən valyuta ehtiyatlarımıza hücum edəcəklərinin bir siqnalı kimi qəbul edə bilərik.
Ancaq sanksiyaların dili ilə danışmaq, Rusiyadan İrana, o cümlədən artıq 20 milyard dollara qədər “Narıncı inqilab”dan buyana Gürcüstana xərclənən vəsaitləri ki, tələb edirlər meydanlarda, ancaq heç bir halda bu, indiki “Gürcü arzusu” hökumətinin seçimindən və qərarlarının döndərmir.
Beləliklə, Azərbaycanı da bu sanksiyaların hədəfinə gətirməklə düşünürəm ki, onlar bəlkə də elə hesab edirlər ki, bölgədə müəyyən qədər geosiyasi orienteri tarazlaya və öz arzu etdikləri, müəyyənləşdirdikləri istiqamət üzrə apara bilərlər.Ancaq Azərbaycan xalqı bu prosesləri hökumətə, hakimiyyətə, onun siyasətinə, insan haqları ilə bağlı məsələlərə deyil, sonuncu qeyd etdiyim məsələdə müxtəlif platformalarda müzakirələr aparıla bilər. Yəni, qanunvericilik xaricdən maliyyələşmənin bu forması qaçıqmalçılıq kimi dəyərləndirilir. Bu halda “Meydan TV”-dən “AbzasNet”ə qədər böyük bir arealda örtülü və açıq qaynaqlardan maliyyə vəsadətləri əldə eləyən qüvvələrin, şəxslərin məsuliyyət məsələlərini bəlkə də hədəsiz, şantajsız əməkdaşlıq qaydasında da müzakirə etmək olar. Ancaq mən belə hesab edirəm ki, indiki halda məqsəd 907 üzərindən Azərbaycanın hazırki azadlığına deyil. Çünki biz müstəqil dövlətik, azadıq, 92-ci ildən fərqli olaraq indi yeni reallıqlar formalaşdırmışıq. “
Zahid Oruc sanksiya hədələrinin qələbimizə görə olduğunu da bildirib:
“Sanksiyalar ən çox qələbəmizə qarşıdır. Azad torpaqlarda bir zəngilanlının, bir qubadlının, yaxud kəlbəcərlinin evini qurmayan, tikməyən, səfiri vasitəsilə bütün o əraziləri gedib ziyarət etməyən, buna görə özünün elan elədiyi və Konstitusiyasında Jeffersonların əli ilə, qızıl sətirlərlə yazılmış insanlıq üçün ali dəyərlər olan azadlıqlar, demokratiyalar və başqa hüquqlar burada özünün əksini tapmır. Sanki nəticə etibarilə sanksiyalar azad torpaqlarımıza, ora dönüşə, orada yaşayacaq insanlara qarşı yönəlir, onların əleyhinə çevrilmiş olur. Biz əlbəttə ki, Qərb dövlətləri donor mənbələr rolunda çıxış etmək, o ərazilərə diqqət göstərməyi arzu edirik.İnsan haqları yalnız bəlli üstün hüquqlara malik olan qüvvələr üzərində müəyyənləşə bilməz, bu, yarımçıq yanaşmadır. Bu, onu alətə və silaha çevirib hakimiyyətləri dəyişmək siyasətləridir. Biz bunu zaman-zaman görmüşük. Yaxın Şərqin, ən azı bunu sonuncu misal olaraq deyirik ki, tam qeyd etdiyimiz məsələlərə yönəlik həmin dövlətlərin apardığı siyasətin güzgüsüdür, tablosudur.
O üzdən Azərbaycanın sanksiyalarla özünü müəyyənləşdirdiyi strateji xəttdən durdurmaq mümkün deyil. Lakin bir daha söyləyirəm ki, əlbəttə, mən bir parlament üzvü kimi mövqeyim ondan ibarətdir ki, ölkəmiz, bir tərəfdən möhtərəm Cənab Prezidentin Amerika siyasətçiləri ilə ən yüksək zirvədə aparılan danışıqlarda həmişə əməkdaşlığa, barışa, yaxşı münasibətlərə biz açıq olmuşuq. Qətiyyən, Qərb ilə əlaqələrin qırılmasında maraqlı deyilik. Çünki Avropa Birliyi ticarət tərəfdaşlığımızda 40%-dən artıq bir paya malikdir. Bizim neft qaz resursları qonşu dövlətlərə deyil, məhz həmişə Avropa məkanına çıxacaqdır.
Belə olan şəraitdə bu iqtisadi və s. kimi əlaqələri qırmadan bir siyasətin tərəfindəyik. Düşünürəm ki, ölkəmizin məsələlərlə bağlı da verəcəyi açıqlamalar qeyd etdiyimiz mövqələri təsdiqləyəcəkdir. Yəni, bir daha biz bu sanksiyalar, Amerika və Azərbaycan arasında sanksiyaların işə düşməsini arzulamırıq. Nə maqnitski, nə digər səviyyəli, ya istənilən iqtisadi şəxslər adına. Əminəm ki, Tramp administrasiyası bu bəyinatların üzərinə xətt çəkib, ölkəmizlə normal münasibətlərdə, onun inkişafında maraqlı olacaqdır.”