Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Arzuları yerinə yetirən sehirli ot – Zəncirotu barədə bilmədiklərimiz


Ana təbiət əslində hamıya səxavətlə davranır,  otunu, çiçəyini insanların ayaqları altına sərir. Sadəcə, biz onun dilini bilmirik, hansı otun, çiçəyin hansı dərdə dərman olmasından xəbərsizik.

Bu dəfə el arasında acıqovuq kimi tanınan zəncirotu barədə məlumat verir. Onun zərif, top kimi yumru başlı toxumlarını hamı qırıb üfürür, arzularının yerinə yetib-yetməyəcəyini öyrənməyə çalışır. Əslində zəncirotu həqiqətən də sehrli bitkidir, bəli o arzuları yerinə yetirir,amma ancaq sağlamlıqla bağlı olan arzuları. 

Zəncirotunun 2000-dən çox növü var.

Bu bitkinin tərkibi kalsium, kalium, natrium, fosfor, maqnium, dəmir, selen, sink, marqanes, C, E, PP, K, A, B1, B2, B6, B9 vitaminləri ilə zəngindir.
Ətraflı
Ad - 00:18

Zəncirotu qurudulduqdan sonra da onun tərkibində olan vitaminlərin keyfiyyəti itmir. Zəncirotunun çiçəklərindən dadlı və faydalı mürəbbə bişirmək olur. Zəncirotu bitkisinin  şirəsi orqanizmi yeniləyir, buna görə, ondan kosmetik vasitələr hazırlanır.

Bu bitkinin çayı əzələ və sümük inkişafını dəstəkləyir, dəri xəstəliklərinə yaxşı təsir edir, arıqlamağa kömək edir, xərçəngin müalicəsi üçün faydalıdır, qan təzyiqini balanslaşdırır, sidikqovucudur, əsəbləri sakitləşdirir. Həzmi sürətləndirir, iştahı artırır.

Dünyanın müxtəlif ölkələrində xalq təbabətində zəncirotundan sinqa, qaraciyər, sidik sistemi, şəkərli diabet , qan azlığı kimi xəstəliklərin müalicəsində  istifadə olunur. 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də