Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Birinci sinfə qəbulda uşağa belə sual verərlər? - "Ən isti, ən soyuq planet"...

Nadir İsrafilov: “Məktəbəqədər tərbiyəni təhsilə çevirmək doğru deyil”

img

Son illərin ən geniş müzakirə mövzularından biri də uşaqların 1-ci sinfə imtahanla qəbul edilməsidir. Belə ki, valideynlər imtahanların çətin olmasından və bu imtahanın düzgün olmadığından şikayətlənirlər. Bu günlərdə sosial şəbəkədə 1-ci sinfə qəbul imtahanına düşən suallardan biri yayıldı. Həmin sualın məğzi belədir: “Ən isti və ən soyuq planet hansıdır?”.

Maraqlıdır, birinci sinfə qəbul olmaq istəyən uşaqdan niyə astronomiya soruşulur? 6 yaşlı uşağın danışıq qabiliyyəti, düşüncəsi, məntiqi yoxlanılmalı olduğu halda, ondan  “Ən isti və ən soyuq planet hansıdır?” soruşulması nə dərəcədə düzgündür?

  • “İndi də birinci sinfə gedən uşaqlara ağıllarına gələn sualları verirlər, onların məntiqi belədir ki, uşaqları guya erkən inkişafa hazırlayırlar”

Təhsil eksperti Nadir İsrafilov bildirdi ki, məktəbəqədər tərbiyəni təhsilə çevirmək doğru deyil: “Məlumdur ki, 5 yaşındakı uşaqlar məktəbə hazırlıq mərhələsinə qədəm qoyur. Nazirin sözündən belə çıxır ki, məktəbə hazırlıq mərhələsi 3-4 yaşından başlanmalıdır. Amma uşağın uşaqlıq dövrünü əlindən almaq olmaz. Üstəlik, hər bir valideyn üçün onun övladının sağlamlığı təhsilindən daha önəmlidir. Bu gün ali məktəbə qəbul olan tələbələrə baxdıqda əksəriyyətinin gözündə eynək və cılız bədən quruluşunda olduğunu görürük. Çünki onlar uşaqlıq həyatını yaşamırlar. Axı təhsilin vəzifəsi öz yetirmələrinə təkcə bilik verməklə bitmir. Məktəb həm də sağlam nəsil yetişdirməlidir. Bu gün bizim təhsilimiz Sovet və Qərb şineli arasında ilişib qalıb. Nə Sovet təhsilinin qalıqlarından yaxa qurtara bilirik, nə də tam olaraq Qərbə inteqrasiyaya yönəlirik. Amma dünyanın özünəməxsus metodları mövcuddur. Bu gün ən inkişaf edən təhsil sistemi Finlandiyadadır. Orada məktəbə 7 yaşından başlanılır. Odur ki, biz dünya təcrübəsindən yalnız müsbət məqamları mənimsəməliyik”.

Ekspertin sözlərinə görə, indi də birinci sinfə gedən uşaqlara ağıllarına gələn sualları verirlər: “Onların məntiqi belədir ki, uşaqları guya erkən inkişafa hazırlayırlar. Amma uşaqları tələsdirmək doğru deyil. Birinci sinfə məgər informatika dərsi salarlar? Yaxud birinci sinif şagirdinə ingilis dili keçmək nə vacibdir? Bizim nəsil ingilis dilini 5-ci sinifdən keçib. Kimin ağlına nə gəlirsə, onu da tətbiq edir. Bu cür problemlərin yaranmasının səbəbini xaricdə təhsil alanların rəhbər vəzifələrə təyin olunmasında görürəm. Onlar da xarici düşüncəni Azərbaycanda tətbiq edirlər. Məsələnin kökündə məhz bu faktor dayanır”


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də