Tarixi faktlar sübut edir ki, ermənilər yalnız Qarabağı deyil, eləcə də Azərbaycanın baş şəhəri Bakını, onun əsas sərvəti olan nefti də uzun illər müddətində işğalda saxlamış və ondan bəhrələnmişlər.
Azərbaycan bölgələrinə, o cümlədən Bakıya ermənilərin axını(yaxud köçürülməsi) XIX əsrin əvvəllərindən- bu bölgələrin çar Rusiyası tərəfindən işğalından başladı(Kürəkçay müqaviləsi-1805, Gülüstan müqaviləsi-1813, Türkmənçay müqaviləsi- 1828).
1832-ci ildə Bakıda 15 erməni ailəsi yaşayırdı və Bakı camaatına arabalarda su gətirib satan Ambarsumyan elə həmin ili burada ilk erməni xeyriyyə cəmiyyətini yaratdı.Bu cəmiyyət ermənilərin savadlanıb Bakıda mövqe tutmasında önəmli rol oynadı.
Ermənilərin Bakı neftinə diqqəti də Azərbaycanın Rusiya tərəfindən işğalından sonra başladı.Bütün sahələrdə olduğu kimi(təhsil, hərb və s.) Rusiya hökuməti neft işlərində də ermənilərə yaşıl işıq yandırmışdı. 1850 -1854-cü illərdə ermənilərdən Babanasyan, Mirzoyan, Ter-Qukasyan neft sahəsindən müəyyən gəlirlər əldə edirdilər.
Vermişyan 1862-ci ildə kerosin zavodunu yaradıb neft sənayesində mövqeyini möhkəmlədirdi.
1872-ci ildə hökumət neftli sahələri satışa çıxardıqda 12 rus işadamı ilə birlikdə 11 erməni işadamı və “Tərfdaş” adlı bir erməni şirkəti da bu sahənin sahiblərinə çevrildilər.
Həmin dövrdə yalnız bir azərbaycanlıya-Səlimxanova, az sonra isə H.Z.Tağıyevə bu imkan yaradılsa da onlara qarşı dövlətin münasibətində də problemlər az olmurdu.Sonradan bu milyonçuların sırasına M.Nağıyev, Ş.Əsədullayev, M.Muxtarov da qoşuldu.
Ermənilərə yaradılan şərait o dərəcədə yüksək idi ki, Xəzər dənizində onların “Qriqor Artsruni” gəmisi də fəaliyyətdə idi.
Bakıda fəaliyyət göstərən neft sənayeçiləri şirkəti “Kaspi”nin yaradıcıları ermənilər-Poqos, Arşak və Abram idi.
1884-cü ildə Bakı Neft Sənayeçiləri”nin Qurultayı” təşkilatı yarandı və 1890-cı ildən erməni P.Qukasyan sədr seçildi.Sonradan o, öz yerini digər erməni olan Arşaka vermişdi.Həmin Qukasyan isə 1897-ci ildə S.Yakovlevlə birlikdə “Kaspi Ötürücüboru” şirkətini yaratmışdı.Və onların əldə etdiyi qazanc H.Z.Tağıyevin qazancından çox idi.
Digər erməni neft milyonçusu A.Mantaşyan(rus mənbələrində Mantaşov yazılır) isə Bakı neftindən böyük mənfəətlər götürür və erməni ehtiyaclarının ödənilməsinə sərf edirdi.
1889-cu ildə neftin daşınmasında 34 gəmi iştirak edirdi ki, bunun yeddisi ermənilərə məxsus idi.Kerosin daşıyan 20 gəmidən 5-i də erməni milyonçuların idi. Və bu ermənilərə məxsus gəmilərə də erməni adları verilmişdi-“Rafail”,”Armenyak” vəs. Azərbaycanlı üç əsas milyonçunun(Tağıyev, Səlimxanov, Ş.Əsədullayev) neft daşıyan gəmilərinin sayı isə onlardan az idi.
Həmin dövrdə Bakıda nəşr edilən ən təsirli nəşrlərdən biri olan “Neft işi” jurnalının Baş redaktoru da erməni A.Paronyan idi.
Yenə maraqlı idi ki, həmin illərdə Bakıda neft maraqları olan İtaliya və Belçika erməni millətindən olanları Bakıda öz diplomatik nümayəndələri təyin etmişdilər.
1851-ci ildə Bakıda keçirilən siyahıalınmada yeddi minə qədər erməninin yaşadığı qeyd olunurdu.Sonrakı illərdə isə çar Rusiyasının dəstəyi ilə onların sayı sürətlə artmağa başladı.
Neft sənayesindən böyük gəlirlər əldə edən erməni milyonçuları əsas qazançlarını ermənilərin təhsilinə və digər ehtiyaclarının ödənilməsinə yönəldirdilər.
Əslində çar Rusiyasının ciddi himayədarlığında olan ermənilər Bakının ictimai-siyasi mühitinə də təsir edə bilirdilrər.
Ermənilərin əsas məqsədlərindən biri də Rusiyanın dəstəyi illə neft Bakısını ələ keçirmək idi.Və bu plan 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə sona çatdı.