Elm və Peyğəmbərlik əsri olan 21-ci əsrin 21-ci ilinin astanasındayıq. Çoxlarını düşündürür ki, bu ildə bizi nə gözləyir? Bu suala cavab tapmaq üçün 21 ədədinin sirlərinə nəzər salaq.
Məlumdur ki, Quranın bir neçə aysində Yaradan insanın 21 ay ana südü ilə qidalanmasını tövsiyyə edir:
“Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik. Çünki anası onu (bətnində) zəhmətlə gəzdirmiş, əziyyətlə doğmuşdur. Onun ana bətnində daşınma və süddən kəsilmə müddəti otuz aydır (9 ay bətndə, 21 ay ana südü ilə bəslənir). Nəhayət, insan kamillik həddinə yetişib qırx yaşa çatdıqda belə deyər: “Ey Rəbbim! Mənə həm mənim özümə, həm də ata-anama əta etdiyin nemətə şükür etmək və Sənə xoş gedəcək yaxşı əməl etmək üçün ilham ver, nəslimi əməlisaleh et. Mən günahlarımdan Sənə tövbə etdim və şübhəsiz ki, mən müsəlmanlardanam!” “Qumsal təpələr” surəsi, 15-16.
Göründüyü kimi, müqəddəs kitabın bu və digər ayələrində Allah-təala insana yeni doğulan körpənin 21 ay ana südü ilə bəslənməsini tövsiyə edir. Həmçinin, bildirir ki, belə uşaqlar böyüyüb 40 yaşına çatarkən kamil olarlar və həyatı dərk edərək, günahlarına görə tövbə edib, Allaha sısığınarlar.
Sual yaranır: niyə məhz 21 ay?
Elmi-lədun hesablamalarımız göstərir ki, bu tövsiyə 21 ədədindəki hikmətlə bağlıdır. Odur ki, bu hikmətə birlikdə nəzər salaq.
Bildiyimiz kimi, həm Yerin, həm də Göyün yeddi qatdan ibarət olması “Quran”da təsbit olunmuş və bunu elm sübut etmişdir.
Həmçinin, Allah qarşısında səcdə edən hər bir insana fikir versək, onun yeddi üzvünün – 2 ayaq, 2 diz, 2 əl və 1 alın – yerə toxunduğunu görərik.
Beləliklə, Yer, Göy və Allaha baş əyən kamil insanın qatlarını toplasaq 21 ədədinin alındığını görərik:
7 + 7 + 7 = 21
21 ədədi “Quran”ın “Peyğəmbərlər” surəsinin sıra nömrəsi olduğundan, bu ədəd müqəddəs kitabda elm, kamillik və Peyğəmbərlik rəmzi sayılır.
Araşdırmalarımız göstərir ki, insanda elm və digər insani keyfiyyətlərin (kamilliyin) təməli ana südü ilə qoyulur. Bu təməlqoyma prosesi 21 ay çəkir.
Ona görə də hər şeyi qabaqcadan hesablayan və bilən ALLAH yeni doğulmuş körpənin məhz 21 ay ana südü ilə qidalandırmağı bir çox ayələrdə tapşırmışdır. Bildiyimiz kimi, “Quran” insanın “texniki pasport”u olaraq göndərilmişdir – necə ki, hər bir alim ixtira etdiyi cihazın işlənmə qaydasını göstərən teniki pasport yazar.
Təəssüflər olsun ki, məişətdə işlətdiyimiz cihazlarda problem yaranmasın deyə onun texniki pasportunu tez-tez oxuyub əməl etdiyimiz halda, özümüzün, yaxud övladlarımızın həyatında problem yaranmaması üçün, Yaradanımızın bizə göndərdiyi “texniki pasport”u bir dəfə də olsun oxumuruq (yaxud, əməl etmirik).
Araşdırmalar göstərir ki, yeni doğulan körpələrin 80 faizi ana südü ilə deyil, sünü qidalarla yemlənirlər. Bunun nə demək olduğunu dərk etmək üçün başqa bir statistikaya nəzər salaq.
Aparılan araşdırmalar zamanı məlum olur ki, ağır cinayət törədən məhkumların 92 faizi belə süni qida ilə bəslənələr olub!
Buradan belə nəticə çıxır ki, analar öz övladlarına 21 ay süd verməməklə onlarda tərbiyənin, əxlaqın, insan və Vətən sevgisinin, bir sözlə, kamilliyin təməli qoyulmur. Məhz təməlin olmaması səbəbindən gələcəkdə övlad bu keyfiyyətləri əxz edə bilmir və beləliklə, bütün bu insani hisslərdən məhrum olur. Nəticədə belə insanların 92 faizi ağır cinayətlər törədirlər.
Buradan belə nəticə də hasil olur ki, analar körpələrin südünü kəsməklə, əslində cinayətkarlığın və gələcək cinayətlərin təməlini qoymuş olurlar!
İndi bildinizmi bu gün cəmiyyətimizdə insani hisslər niyə qəhətə çıxıb?! Valideyn övlada (və yaxud əksinə), qardaş-qardaşa, qohum-qohuma qonşu-qonşuya qənim kəsilib! İnsanlar əqrəb kimi bir-birlərini sancmağa məqam gəzirlər. Çünkü, körpəlikdə yedikləri qidaların tərkibi əqrəb, siçan, və s. vəhşi heyvanların geni ilə zəngindir. Bütün bunlar insanlarda genetik dəyişməyə, genetik mutasiyaya səbəb olmuşdur. Bu səbəbdən bu gün insanlarda aqressiya, cinayətə, pisliyə meyllilik çox güclüdür, nəinki insani hisslər.
Bu gün qadınlar arasında sürətlə yayılan süd vəzlərində şişlərin (kista, mastopatiya və s) yaranması da 21 ay südlə qidalandırma barədə “Quran”dakı tapşırığa əməl etməməyin nəticəsidir! Beləliklə, Allahın tövsiyyəsinə əməl etməyən analar övladlarının fiziki və mənəvi sağlamlıqları ilə yanaşı, öz sağlamlıqlarını da risk altında qoyurlar.
Əgər uşaq 21 ay ana südü ilə qidalanarsa, böyüyəndə kamilliyin ən yüksək mərtəbəsinə - Peyğəmbərlik məqamına yüksələ bilər. Bu səbəbdən də “Quran”ın “Peyğəmbərlər” surəisi 21 ədədi ilə nömrəlnmişdir.
“Quran”ı elmi-lədunla tədqiq edərkən onun surələrinin və ayələrinin nömrələnməsində xüsusi bir qanunauyğunluğun olduğu üzə çıxır. Burada hər bir rəqəmin rəmzi mənası vardır və həmin rəqəm altında deyilən sözlər (ayələr) də bir qayda olaraq rəqəmdəki mənanı tamamlayır. Məsələn, götürək kamilliyin ən yüksək məqamına yüksəlmiş Rəsulullahın adına olan "Məhəmməd" (47) surəsini.
Surənin nömrəsi (rəmzi) olan 47 ədədinin sirri elə Yaradanın Öz adına olan "Rəhimli Allah" (55) surəsində açılır. Yəni, Peyğəmbərin adına olan surə riyazi yolla Allahın adına olan surəyə bağlanır.
Belə ki, "Rəhimli Allah" surəsi 78 ayədən ibarətdir və bu ayələrin 31-də eyni sual təkrar olunur:
"Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!"
Bunu nəzərə alıb, ayələrin ümümi sayından (78), təkrar olunan sualların sayını (31) çıxsaq “Məhəmməd” surəsinin sıra nömrəsi olan 47 ədədinin alındığını görərik:
78 – 31 = 47
Bu fakt ALLAHLA Onun Peyğəmbəri arasında olan əlaqənin riyazi sübutu olmaqla yanaşı, həm də “Quran”ın düzülüşünün birbaşa Allah-təalanın nəzarətində olmasının riyazi sübutudur. Yəni, surə və ayələrin düzülüşü insan beyninin məhsulu olmayıb, şüurdankənar, fövqəladə bir elmlə baş tutmuşdur.
“And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. “Quran”, “Məryəm” surəsi, 94.
O ki, qaldı “Rəhimli Allah” (55) surəsində eyni sualın niyə məhz 31 dəfə təkrarlanmasına, bu 31-ci surəyə, yəni, həkimlik elmi verilmiş Loğman Peyğəmbərə işarədir (“Loğman” surəsinin rəmzi 31-dir).
Ana südü ilə qidalanmadan məhz 31-ci surədə bəhs olunması onu göstərir ki, bu tapşırığa əməl olunarsa, insan kamilliyin ən yüksək zirvəsinə çatar və ALLAH ona Öz elmindən (Elmi-lədun) bəxş edər.
Yeri gəlmişkən, yuxarıda kamillik rəmzi olan 47 ədədinin sirrini açan düstur barədə qısa bir açıqlama vermək istəyirəm.
Ağlım kəsəndən belə bir düsturu axtarırdım ki, “Quran”ın riyazi sirlərini açsın... Bu axtarışdaykən, 21-ci əsr başlayanda (təxminən 20 il qabaq) Bakıda bir insanla tanış oldum. Adam məni qonaq dəvət etdi və ünvan verdi: Neftçala rayonu, Aşağı Qaraimanlı kəndi, Fərəcov Xalid Saday oğlu.
Söz verdim ki. sizə qonaq gələcəm (hələ bu düstur barədə söhbətimiz olmamışdı).
Aradan aylar keçdi və yaz açılanda yadıma düşdü ki, mən adama söz verdim, gərək onlara qonaq gedəm. Bir sabah durub, Neftçalaya yola düşdüm. Soraqlaşıb, Hacı Xalidin evini tapdım. Böyük ehtiramla qarşıladıqdan sonra, söhbət əsnasında mənə yuxarıdakı və digər iki düsturu verdi. Dedi bu düsturları bu gecə Həzrət Cəbrail Əleyhissəlam mənə vəhy etdi və tapşırdı ki, sabah səinin Paşa Yaqub adlı bir qonağın gəlcək, bu düsturları ona ver.
Mən düsturlara baxdım ki, həqiqətən Quranın riyazi sirlərini açan bu düsturlar insan beyninin məhsulu deyildir. Bunu ancaq ALLAH vəhy edə bilər Öz etibarlı mələyi vasitəsi ilə...
Həmin gündən etibarən, bu düsturlarıın köməyi ilə dünyada baş verən bütün sirli hadisəlrin, təyyarə qəzalarının və s üzərindən sirr pərdəsini qaldırmağa başladım. Bu mövzuda bugünədək otuzdan çox kitab, minlərlə məqalə yazdım...
Soruşa bilərsiniz ki, bu düsturları sən illərdir axtardığın halda, niyə birbaşa özünə deyil, Hacı Xalidə vəhy olundu?
Qeyd edim ki, Həzrət Cəbrail Əeyhissəlam hər adama nazil olmur. Bu Mötəbər Mələk o adama nazil olur ki, adam kamilliyin ən yüksək həddində - Peyğəmbərlik məqamında olsun. Həmin vaxt mən bu məqama yüksəlmədiyimə görə Mələk düsturu mənə birbaşa deyil, Hacı Xalid vasitəsi ilə çatdırdı. Çünki, dəyərli dostum Hacı Xalid artıq bu məqama yetişmişdi və vəhy qəbul etməyə layiq idi.
Bütün bunları bildikdən sonra, bir daha qayıdaq astanasında olduğumuz 21-ci ildən gözləntilrə.
Elmi-lədun bilgilərimizə görə elm əsrinin bu ilində insanlar öz içərilərində olan kamil insanları tanıyıb, onların qəbul etdikləri vəhylərdən və onlara verilmiş elmdən (Elmi-lədundan) daha çox bəhrələnəcəklər və onların göstrdikləri yolla gedərək, düşdükləri böhranlı vəziyyətdən (yolxucu xəstəliklərdən, aclıq və səfalətdən, təbii fəlakətlərdən) xilas olacaqlar...
Dr. Paşa Yaqub,
Psixoterapevt, elmi-lədun bilicisi