Əvəllər də, rəqəmsal maliyyə və rəqəmsal ödənişlar haqqında eşitmişdim. Amma bu haqda ümumi bir məlumatım yox idi . Prof. Saleh Məmmədovun seminarından sonra bu haqda xeyli məlumat topladım və ölkəmizdə və dünyada rəqəmsal maliyyə mühitində nələr baş verir , necə qurulur, gələcək hara gedir və s. haqqında məlumatlandım. Bu bilgilərin və sistemin gələcəyi haqqında məlumatları sizinlə bölüşməyə çalışdım.
Müasir, inkişaf edən dünyamızda demək olar ki, hər şey rəqəmsallaşmaq üzərədir.Və bu da təbiidir ki, maliyyənin də rəqəmsallaşması mütləqdir və bu baş verməkdədir. Artıq bildiyimiz kimi, dünyanın bir çox qabaqcıl ölkələri elektron hökümət sistemindən istifadə edirlər . Prof.Saleh Məmmədovun seminarında ölkə miqyasında ilk dəfə rəqəmsal maliyyəni və bu sahədəki problemləri müzakirə etdik. Azərbaycan Elektron Hökümət sisteminin qurulmasına 2003-cü ildə strat verilmişdir. Və bizə bəllidir ki, maliyyə hər bir ölkənin əsasını təşkil edir,bunula isə onu demək olar ki, Azərbaycanın Elektron hökümətə keçməsi üçün ən əsas addımlardan biri və mən deyərdim birincisi Elektron maliyyənin tətbiqidir. Elektron maliyyənin tətbiqi isə özü-özlüyündə şəffaflığın təmin olunması deməkdir. Azərbaycanda Elektron maliyyəyə keçid üçün ikinci addım 2018-ci ildə atılmış və 2003-cü ildə qəbul olunmuş proqram yenilənmişdir. 2019 cu ildə isə bu sahədə bir addım da irəli gedilmiş və ASAN FİNANC yaradılmışdır. ASAN FİNANC-ın yaradılması vətəndaşların asan şəkildə rəqəmsal , virtual əməliyyatları icra edə bilməsi üçün yaradılmışdır. Elektron maliyyənin gətirəcəyi rahatlığı düşündükdə, insan indiyə qədər ( rəqəmsal maliyyəyə qədər) nə qədər vaxt itirdiyinin fərqində olur. Axı bu danışdığımız Elektron maliyyə bizə nə verir? Elektron (rəqəmsal) maliyyənin tətbiqi ,demokratik idarəçilik və şəffaflıq gətirir. Demokratik dünya ölkələrinə baxsaq bir çoxunda artıq elektron maliyyə tam tətbiq olunub. Bura İsveç, Almaniya, Lüksenburg və s ,kimi avropa ölkələrini misal gətirə bilərik.Elektron maliyyənin ikinci bəxş etdiyi üstünlük ekoloji faydalılıqdır ki, bu da qlobal dünyanın ən vacib problemlərindəndir. Bildiyimiz kimi ozon təbəqəsinin deşilməsi məhz ağacların kəsilməsi ilə bağlıdır. Kağız əskinasların aradan çıxarılması, əməliyyatlar və uçot zamanı kağızdan istifadənin dayandırılması insanlığın biraz daha çox sağlam yaşayacağına təminatdır. Elektron maliyyənin digər üstünlüklrərinə səmərəlilik, sürətlilik , rahatlıq və vaxta qənati əlavə etməyə heç ehtiyac da qalmır. Çünki bu amillərlə biz elektron maliyyənin tətbiqi ilə tanış ola bilərik. Bildiyimiz kimi, rəqəmsal ödənişlər üçün , sərhəd amili aradan qalxır və elə bu da elektron maliyyənin insanlığa bəxş etdiyi digər bir faydadır. Elektron maliyyənin həll etdiyi digər bir problem isə, hansı ki, bu həll ilə biz digər sadaladığımız faydaları göz ardında qoymuş oluruq. Bu korrupsiya problemidir ki, bir çox İEOÖ-lərdə və elə bir çox İEÖ –lərdə də bu problemlə qarşılaşırıq. Bildiyimiz kimi , elektron köçürmələr zamanı şəxslər bir –birini görmədikləri üçün korrupsiya halı da azalmış olur və hər bir əməliyyat qeydiyyatdan keçir, iz hər zaman qalır. Eletron əməliyyatlar zamanı səmərəlilik , 99.8% -ə qədər artır.Elektron tranzaksiyalar 78 % məsrəfləri azaldır. Vaxt sərfi 80% azalır , təhlillərin ümumi səviyyəsi isə 78 % artır.Bildiyimiz kimi böyük baş bəlası olan korrupsiya halı nəğd ödənişlər zamanı mümkündür , biz rəqəmsal maliyyə ilə korrupsiya halını 90% -ə qədər azaldıb, korrupsionerlərin sonuna çıxa bilərik.
Bəs sual yarana bilər ki, elektron maliyyə vasitələri hansılardır? Bu suala biz belə cavab verə bilərik; bank kartları, e-pul kisələri, şəbəkə pul,mobil və elektron bank, bankomatlar , atmlər, kriptovalyutalar, SWIFT, üz tanıma sistemi və sairə . Təbii ki, bu vasitələrədən istifadə üçün , insanlar arasında həm maliyyə savadlılığı artırılmalı və ən əsası bu vasitələrə etibar yaradılmalıdır. Azərbaycandakı elektron maliyyə ilə bağlı əsas problemlərdən biri soft elektron maliyyə proqram təminatlarının və texnologiyalarının heç birinin ölkə daxilində istehsal oluna bilməməsidir. İkinci ən əsas problem kimi isə korrupsiya halının və qeyri-şəffaflıq halının hələ də bir sıra sahələrdə qaldığını deyə bilərik. Azərbaycanda Elektron maliyyə üçün zəruri olan data science, maliyyə mühəndisliyi, maliyyə texnologiyaları üzrə təlimlərinin, universitetlərədə bu sahənin tədrisinin, kadr hazırlığının olmaması bu sahədə inkişaf etməmizin qarşısını alan amillərdəndir. Nəzərə almaq lazımdır ki, data science özü artıq tarixə qovuşmaq üzrədir, ama Azərbacanda hələ biz bunu öyrənə bilmirik. Maliyyə mühəndisliyi kimi , vacib elm sahəsindən də hələ də demək olar ki, xəbərdar olmamağımz bizim elektron maliyyəyə keçiddə qarşılaşacağımız baryerlərdəndir.NFC( yaxın ətrafdakı əlaqə ) vasitəsi ilə şübhəsiz ki, yaxın gələcəkdə döymələr , qolbağları , maşın açarları və s ilə maliyyə əməliyyatlarını icra etmək olacaqdır. İVR sistemlərinin köməkliyi ilə isə rahat bir şəkildə,maliyyə əməliyatlarını icra etmək mümkün olacaqdır.Kriptovalyuta 2008 ci ilə tədavülə buraxıldıqdan sonra, buraxıldığı vaxtla indiki dövr arasında qiyməti min dollarlarla ölçüləcək dərəcədə dəyişmişdir. Azərbaycanda Kriptovalyutanın analoqu olan AZCOİN yaradılmşdır. AZCOİN-in var olmasına rəğmən Azərbaycanda hələ də istifadəsinə icazə yoxdur. Bildirmək istərdim ki, elektron maliyyə üçün önəmli problemlərdən biri də, nəğd vəsaitlərin hələ də tədavüldə olmasıdır. Azərbaycanda rəqəmsal maliyyə üçün zəruri zəmin var ama söyləninən yuxarıdakı problemlər hələ də rəqəmsal maliyyənin ölkəmizdə tam tətbiqinin qarşısını alır. Digər problem isə internetin sürətinin zəyifliyi halıdır ki, bu da elektron tranzaksiyaların icrasına real maneədir. Amma Azərbaycanda rəqəmsal hökumət üçün real zəmin var , bunun üçün isə yalnız yuxarıda söylənən problemlərin həllini reallaşdırmaq lazımdır.Statistik analitiklərin araşdırmalarına görə Azərbaycanda yaxın 5 il ərzində nəğdi hesablaşmaların aradan qaldırılması gözlənilmir. Amma bunlara rəğmən rəqəmsallaşma müasir dünyanın tələbidir və qaçılmazdır. Əlavə olaraq bildirmək istərdim ki , rəqəmsal maliyyə ilə bağlı ilk addımlar Azərbaycanda 90-cı illərədə atılmışdır. 1992-ci ildə Azərbaycan Maliyyə Nazirliyinin ilk kollegiyalarından biri Elektron maliyyənin qurulmasına həsr olunmuşdur. İlk mərhələdə Maliyyə nazirliyinin, Vergi Müfəttişliyinin və Kömrük Komitəsinin bütün təşkilatlarının lokal netvörk şəbəkəsində birləşdirilməsi, ikinci mərhələdə bu şəbəkəyə bütün bankların birləşdirilməsi qərarı verilmişdir. Hələ o vaxtlar əlaqələrin qurulması üçün elektron rabitə xidmətlərinin olmaması işi bir qədər ləngitdiyinə görə Respublikanın Rabitə nazirliyi ilə ciddi hazırlıq işi aparıldı və bütün ATS-lərin elektron sistemə keçilməsi qərarlaşdırıldı. Məsələ burasındadır ki, o zaman internet yox idi, Maliyyənin elektronlaşdırılması yalnız ABŞ müdafiə nazirliyinin daxili netvork sistemi əsasında planlaşdırılırdı. Məsələ yenidən aktuallığını 2000-ci illərdə yenidən əldə etdi.Bu yolda müxtəlif layihələr hazırlandı və tətbiqi yolunda addımlar atılmaqdadır. Son dövrlərdə COVİD-19 virusunun yayılması rəqəmsal maliyyəyə nə dərəcədə ehtiyac olduğunu sübut etdi. Nə qədər də COVİD-19 virusu böyük fəsatlara səbəb olsa da , rəqəmsallaşma prosesi üzərində müstbət təsir yaratdı. Bununla bir çox ölkələrdə , o cümlədən Azərbaycanda da bu proses (yəni, rəqəmsallaşma ) sürətləndi.Prof. Saleh Məmmədovun bu istiqamətdə bizimlə təşkil etdiyi seminarda yuxarıda qeyd olunan məsələlərə toxunulmuş və ifadə olunan təkliflər verilmişdir. Bu təkliflərə nəğd hesablaşmalara son qoyulması, internetin sürətinin artırılması, insanlar arasında rəqəmsal və maliyyə savadlılığının artırılması, soft proqramların və texnoloji avadanlıqların ixtirası və istehsalı və şəffaflığın təmin olunması olmuşdur. Biz hər birimiz ,yəni bu mövzunu müzakirə edənlər , güman edirik ki,qısa zamanda Azərbaycanda yuxarıda sadalanan problemlər həll olunacaq və rəqəmsal maliyyə Azərbaycanda da tam tətbiq olunacaq .
Rəşid Bayramlı,
Bakı Mühəndislik Universiteti 3 kurs tələbəsi