Prezident İlham Əliyev 25 noyabrda xalqa müraciətində Qarabağdakı alban kilsələri barədə bunları demişdi:
"Kəlbəcərin tarixi abidələri bizim böyük sərvətimizdir. Həm məscidlər, həm kilsələr bizim tarixi sərvətimizdir. Azərbaycan xalqı onu yaxşı bilir və bütün dünya bilməlidir ki, Kəlbəcərdə mövcud olan kilsələr qədim Qafqaz Albaniyası dövlətinə məxsusdur. Bunu təsdiqləyən bir çox tarixi sənədlər var. Bu, heç kəsə sirr deyil. Sadəcə olaraq, erməni “tarixçiləri” və saxtakarlar qədim alban kilsələrini saxtakarlıqla erməniləşdiriblər, öz yazılarını oraya əlavə ediblər və bu kilsələri özününküləşdiriblər. Tarixə baxmaq kifayətdir, hər kəs görsün ki, 1830-cu illərdə çar Rusiyası alban kilsəsini ləğv etdi, alban kilsəsinin bütün mülkiyyətini erməni Qriqorian kilsəsinə verdi və erməni keşişləri, onların havadarları bu kilsələri mənimsəməyə başladılar. Qafqaz Albaniyasının tarixini silmək, unutdurmaq onların başlıca vəzifəsi idi. Amma biz imkan vermədik. Azərbaycanda bu məsələ ilə bağlı kifayət qədər böyük elmi baza var, əsərlər var. Bu əsərlər nəinki elm ictimaiyyətinə, bütövlükdə dünya ictimaiyyətinə çatdırılır və çatdırılmalıdır. Qafqaz Albaniyası böyük dövlət olub. Onun paytaxtı Qəbələ şəhəri olub. Qafqaz Albaniyasına aid olan tarixi abidələr, kilsələr bizim tarixi-mədəni sərvətimizdir. Biz bu kilsələri qoruyuruq. Mən bu kilsələrdə dəfələrlə olmuşam, Şəki şəhərində, Qəbələ rayonunda, Udi kilsəsində. Bildiyiniz kimi, müharibə dövründə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Nic qəsəbəsində qədim Udi Qafqaz Albaniyası kilsəsinin təmir işləri yekunlaşdı və bu kilsənin açılışı oldu. Biz bu kilsələri mədəni sərvətimiz kimi qoruyuruq. Ona görə, heç kim narahat olmasın. Bu kilsələr bundan sonra da dövlət tərəfindən qorunacaq. Azərbaycanın multikulturalizmlə, dinlərarası münasibətlə bağlı apardığı siyasət bütün dünya tərəfindən, dünya liderləri tərəfindən təqdirlə qarşılanır."
Bəli, Qarabağdakı alban kilsələri erməni mirası deyil. Dünya ictimaiyyəti, o cümlədən YUNESKO kimi mötəbər beynəlxalq təşkilatlar saxta erməni propoqandasına aldanmamalıdır. Yaxşı olardı ki, Azərbaycan QHT-ləri tarixi faktların təhrif edilməsinin yolverilməzliyi ilə bağlı beynəlxalq təşkilatlara müraciətlər ünvanlasınlar.
Erməni keşişləri Qarabağdakı alban xristian mirasına sahib çıxmaq üçün əsrlərlə mübarizə aparıb. Nəhayət, 10 aprel 1836-cı ildə I Nikolayın fərmanı ilə Qarabağdakı bütün alban kilsələri Eçmiədzindəki Qriqoryan kilsəsinin tabeliyinə verilib. Belə ki, rus çarı Qacarlar ilə Türkmənçay müqaviləsi imzaladıqdan sonra Cənubi Qafqazda nəzarəti təmin etmək üçün iyerarxiya sistemi yaratmağa qərar vermişdi. Erməni keşişləri çarın etibarını qazandığı üçün alban kilsələrinə nəzarətə dair xahişləri yerinə yetirildi. Beləliklə, Alban apostol kilsəsi ləğv edildi.
Pravoslav ensiklopediyasında da Kəlbəcər ərazisindəki Gəncəsər (Qandzasar) monastrı alban katalikosluğunun mərkəzi kimi qeyd olunub. Halbuki ermənilər hər yerdə bu monastrı tarixi erməni kilsəsi kimi təqdim edir.
https://www.pravenc.ru/text/76124.html
Qarabağdakı Gəncəsər, Xudavəng, Müqədəs Yelisey, Ürəkvəng, Üç körpə, Amaras, Ağoğlan və s. alban monastrlarına dair faktlar ermənilər tərəfindən ingilis dilli wikipediada da təhrif edilmişdir.
Erməni tarixçiləri Qarabağ xanlığı ərazisində mövcud olmuş 5 xristian alban məlikliyini (Xaçın, Çiləbörd, Gülüstan, Vərəndə və Dizaq) də erməniləşdirmək üçün böyük səylər göstərirlər. Tarixi faktlar, o cümlədən daş kitabələr və rəsmi sənədlər isə əksini deyir. Məsələn, Gülüstan məliyi II Abov rus çarı I Pyotra yazdığı məktubda özünü "biz-udin millətindən olan albanlar" kimi təqdim etmişdir.
https://az.wikipedia.org/wiki/G%C3%BCl%C3%BCstan_m%C9%99likliyi
Xatırladaq ki, Alban hökümdarı III Vaçaqan Tərtərin Suqovuşan kəndi ilə Talış kəndi arasında yerləşən Müqəddəs Yelisey kilsəsində dəfn edilmişdir. III Vaçaqanın məzarı ermənilər tərəfindən dağıdılmışdır. Mömin Vaçaqan hakimiyyəti dövründə Müqəddəs Yelisey kilsəsi yaxınlığında Dəstəgird adlı kəndin də əsasını qoymuşdur.
Alban hökümdarı III Vaçaqan 488-ci ildə Aquendə (indiki Ağdam rayonu ərazisində) Qafqaz Albaniyasının xristian ruhanilərinin ali kilsə məclisini çağırmışdır. Aquen kilsə məclisində qəbul olunan qanunlar bugünümüzə qədər gəlib çıxmışdır.
https://az.wikipedia.org/wiki/Aquen_kils%C9%99_m%C9%99clisi
https://cyberleninka.ru/article/n/pravo-kavkazskoy-albanii-aguenskie-kanony-tsarya-vachagana/viewer
Erməni tarixçiləri Alban hökümdarı III Vaçaqanı dünyaya erməni kralı kimi təqdim edirlər. 2011-ci ildə qondarma "Dağlıq Qarabağ Respublikası"nın rəhbəri Bako Saakyan III Vaçaqana Şuşada heykəl ucaldılmasına dair "sərəncam" vermişdir.
https://regnum.ru/news/cultura/1408739.html
Həmçinin qondarma respublikada mədəniyyət sahəsindəki nailiyyətlərə görə 2009-cu ildə "Vaçaqan Barepaşt medalı" təsis edilmişdir.
https://nashasreda.ru/nagrada-karabaxskomu-rusistu/
Alban mədəni irsinin ermənilər tərəfindən özününküləşdirilməsi mövzusunda keçən ay yazdığım yazı üçün keçid:
https://moderator.az/news/349356.html
Qafqaz Albaniyası haqqında sənədli film üçün keçid:
https://youtu.be/3M7AKknTZtg
Tarixçi Hieromonk Aleksey Nikonorovun "Qafqaz Albaniyasında xristianlığın tarixi" adlı kitabı üçün keçid:
https://baku.eparhia.ru/history/albania/
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədovanın "Qafqaz Albaniyasının memarlığı" adlı kitabı üçün keçid:
http://web2.anl.az:81/read/page.php?bibid=vtls000017267
Tarix elmləri doktoru Fəridə Məmmədovanın "Qafqaz Albaniyası və albanlar" adlı kitabı üçün keçid:
https://erevangala500.com/upload/kitab2/Kavkazskaya%2520Albaniya2.pdf
Qafqaz Albaniyasının xəritəsi:
https://1905.az/wp-content/uploads/2014/07/albaniya-2.jpg
Alban-Udi Xristian İcmasının vebsaytı:
https://udi.az
Fazil Qasımov
İstanbul Universitetinin doktorantı