Hazırda mövsümü olmasa da, bazarda istənilən meyvə-tərəvəzə rast gəlmək mümkündür. Əvvəllər bu cür məhsullar yalnız xaricdən idxal edilirdisə, artıq bir neçə ildir ki, Azərbaycanda istixana şəraitində də yetişdirilir. Mövsümü olmadığından qəribə görünsə də, bazarda qarpız, gilas, ərik, şaftalı, çiyələk, alça kimi yay meyvələri satışdadır. Özü də kifayət qədər yüksək qiymətə. Maraqlısı isə bu meyvələrin yalnız qiymət olaraq bir-birindən fərqlənməsidir. Çünki aşağı-yuxarı hamısı balqabaq dadı verir.
Mütəxəssislər hesab edirlər ki, bütün nemətlər öz mövsümünə uyğun olaraq istehlak edilməlidir.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynova bildirib ki, hazırda kapitalizm cəmiyyətində yaşayırıq və hər şey bazar üçündür.
Hüquq müdafiəçisi xatırladıb ki, ilin bütün fəsillərində mövsümü olmayan meyvə-tərəvəzi tapmaq olar:
"Azərbaycan bazarı nəzəri cəhətdə dünya bazarına inteqrasiya olunmuş bir bazardır. Dünya ölkələrindən Azərbaycana hər cür mal gətirilir. Şübhəsiz ki, mövsümü olan və olmayan mallar bazara çıxarılanda gübrələnmiş olur. Çiyələk plantasiyasında çiyələyin yetişdirilməsi, böyüməsi, ziyanvericilərdən qorunması üçün 30 dərman verilir. Digər meyvələr də bu cür yetişdirilir. Mövsüm zamanı da ölkədə yetişdirilən meyvə-tərəvəzlərdə də bu problem yaşanır. Çünki ziyanvericilərlə mübarizə aparmaq, məhsuldarlığı artırmaq üçün gübrələr verilir. Bunlar da bostan bitkilərinin tərkibində öz izlərini qoyurlar. Azad İstehlakçılar Birliyində sadə bir cihaz var, hər il qarpızın, yemişin, soğanın və s. meyvə-tərəvəzin yoxlanmasını aparırıq. Nitratlar həddən artıq çox olur. Müəyyən standartlarda bu nitratların miqdarının nə qədər olması ilə bağlı məlumat var".
AİB sədri qeyd edib ki, insanın uzun və sağlam yaşaması özünə lazımdır: "Çünki insanlarımız uzunömürlü olması heç bir səhiyyə orqanına, dərman biznesinə, Ümumdünya Səhiyyə Təşkilatına sərf etmir. Ona görə də insanlar diqqətli olmalıdır. Diqqət isə odur ki, bu cür məhsulları az istehlak etsinlər".
E.Hüseynov Azərbaycana xaricdən gətirilən çiyələklərdə GMO olduğu qənaətindədir:
"Soğan toxumları becəriləndə cücərmir. Əkin sahələrində oldum, soruşdum ki, bunu alaq otlarından necə təmizləyirlər. Dedilər ki, herbisit tökürlər, soğana heç nə olmasa da, alaq otları ölür. GMO müxtəlif vəziyyətlərdə özünü göstərir. Düşünürəm ki, ölkədə yetişdirilən kartofun bir hissəsi, qarpız, bibərlər də GMO-dur. Səbəb isə odur ki, onların toxumundan toxum götürüb məhsul becərmək olmur. Çünki təbiətin qanunu budur ki, torpağa toxum düşdükdə, özü cücərir".