Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Separatçılar Qarabağdan çıxmasa, sülh olmayacaq - ŞƏRH

Ermənistan tərəfi Azərbaycanın irəli sürdüyü 5 şərti qəbul edib. Ancaq unutmamalıyıq ki, Qarabağ ərazilərində 11 mindən çox erməni silahlı qüvvələri qalır. Separatçılar Qarabağdan çıxarılmayınca, hər hansı sülhdən danışmaq mümkün olmayacaq.
 
Bu sözləri  politoloq Qabil Hüseynli Azərbaycan və Ermənistan arasında sülh sazişinin bağlanması barədə gözləntiləri şərh edərkən deyib.
 
Onun sözlərinə görə, separatçılar Azərbaycan ərazilərindən çıxarılsa, oradakı erməni əhali də çıxıb gedəcək: 
 
“Azərbaycan tərəfi zəmanət verir ki, mülki əhali təhlükəsiz şəraitdə yaşayacaq. Hazırda əsas məsələ Qarabağın dağlıq hissəsində yerləşən və sayı 11 mindən çox olan erməni silahlı birləşməsinin ərazilərdən çıxarılmasıdır, hadisələr ona doğru gedir”.
 

 
Q.Hüseynli xatırladıb ki, Qarabağdakı erməni silahlı qüvvələrinin çıxarılması 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda açıq şəkildə qeyd olunub:
 
“Həmin müqavilənin dördüncü bəndində deyilir ki, bütövlükdə erməni silahlıları ərazidən çıxarılmalıdır. Bu məsələnin həlli çox vacibdir. Onsuz da separatçılar Qarabağdan çıxarılmadan, digər məsələlərin həll edilməsi mümkün deyil”.
 
Politoloq hesab edir ki, artıq ermənilər də sülhə can atırlar: “Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, növbəti danışıqlarda əsas müzakirə məsələsi ermənilərlə bağlı olacaq. Sülh məsələlərinin ermənilərlə razılaşdırılması üçün hazırda olduqca ciddi səylər göstərilir”.
 
Xatırladaq ki, Azərbaycan rəsmi şəkildə Ermənistana 5 maddəlik təklif irəli sürüb. Prezident İlham Əliyev Rusiyanın dövlət başçısı Vladimir Putinlə telefon danışığında Ermənistanın Azərbaycanın təkliflərini qəbul etdiyini diqqətə çatdırıb.
 
Rəsmi Bakının İrəvana göndərdiyi təkliflər aşağıdakılardan ibarətdir:
 
- Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
 
- Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
 
- Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
 
- Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
 
- Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də