Ölkəmizə yaz fəsli gəlsə də, hələ də qışın soyuğu torpaqdan çəkilmir. Hətta o dərəcədə ki, rayonlarda 1 metrə qədər qar müşahidə edilir, ölkə üzrə yağıntılı hava ara vermir.
Bəs yağıntılı hava şəraiti meyvə-tərəvəz istehsalına, qiymətlərə necə təsir edəcək? Ağacların çiçəklədiyi bir dövrdə bol yağıntı zərərli deyilmi?
Bu haqda danışan Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Surxay Novruzov bildirib ki, yağıntının meyvəçilik və tərəvəzçiliyə xeyri olacaq:
“Tərəvəzlərin yaz əkini hələ ki, başlamayıb. Yazlıq tərəvəzlərdə ciddi bir problem olmadı. Meyvəçilikdə isə ən tez çiçək açan meyvələr belə hava soyuq keçdiyi üçün çiçək açmayıb. Çiçək açılmadığı üçün də ciddi bir problem yaranmadı. Əkinə ziyan verən xırda nüanslar oldu. Məsələn, Cəlilabad kartof əkilən əsas rayonlardan biridir və yağıntının miqdarı orada nisbətən çox oldu. Ümumillikdə isə yağıntının olması ölkə üçün yaxşı bir hal idi. Çünki dünyada və ölkədə su problemi var. Yeraltı sulara müəyyən qədər depolanma oldu”.
Şöbə müdiri qeyd edib ki, gələcəkdə çayların formalaşmasında depolonmış sular 30-40 faiz müsbət rol oynayacaq:
“Azotun ən böyük mənbəyi elə yağıntıdır. Əgər havanın temperaturu qalxıb, 10 gün müddətində period etsəydi və daha sonra yağıntılar olsaydı, ağaclara xeyli ziyan dəyərdi. Ancaq hazırda proses əksinə olduğu üçün ağaclara heç bir ziyan dəymədi. Yağıntı çox olanda rütubət artır və temperatur çox olanda isə fundal bakterial xəstəliklər inkişaf edir. Bu il bu proseslər baş vermir çünki yağıntı olan zaman hava soyuq idi. Keçən il mart ayında artıq bir neçə meyvə ağacında fundal bakterial xəstəliklər müşahidə olunurdu”.