Rusiyanın işğalından sonra Ukraynada minlərlə dinc sakin əsgərlərə dəstək olmaq və ölkələrini qorumaq üçün küçələrə axışıb. Kiyev administrasiyası xalqı silaha sarılmağa çağırıb. Hakimiyyət nümayəndələri şəhərləri Rusiya ordusundan müdafiə etmək istəyənlərə silah verir və "Molotov kokteyli" hazırlamağı öyrədir.
"Molotov kokteyli" Ukraynada xalqın rus əsgərlərinə qarşı müqaviməti ilə yenidən dünyanın gündəminə gəlib. Ukraynalıların üstünlük verdiyi bu "silah" nədir?
"Molotov kokteyli" kustar üsulla hazırlanan partlayıcıdır. Butulkaya kaustik maddə doldurub ağzına parça taxmaqla çox qısa zamanda ərsəyə gəlir. Hazırlıq prosesindən sonra parça yandırılır və hədəfə doğru atılır.
Ukrayna Müdafiə Nazirliyi sosial şəbəkələrdə Rusiya hərbi maşınlarına qarşı "Molotov kokteyli"indən necə istifadə olunacağına dair təlimat paylaşıb.
"Molotov kokteyli"nin yaradılmasının maraqlı tarixçəsi var.
Partlayıcının adı 1939-1949 və 1953-1956-cı illərdə Sovet İttifaqının xarici işlər naziri olmuş Vyaçeslav Mixayloviç Molotovdan götürülüb.
1939-cu ildə Sovet İttifaqı Finlandiyaya hücum edəndə Molotov xarici işlər naziri olub və onun adı birbaşa bu münaqişə ilə hallanıb.
Molotov-Ribbentrop paktı
Molotov daha çox 1939-cu ildə nasist Almaniyası ilə Sovet İttifaqı arasında imzalanmış və Molotov-Ribbentrop Paktı kimi tanınan "Hücum etməmək Paktı" ilə tanınır. İki tərəf arasında imzalanan sənəddə 1945-ci ildə nasist administrasiyasının məğlubiyyətinə qədər gizli qalan bir protokol var idi. Həmin protokol Almaniyanın Polşaya hücumundan sonra iki tərəfin Şərqi Avropanı, Baltikyanı ölkələri və Finlandiyanı öz təsir dairələrinə almasını nəzərdə tuturdu.
1939-cu ilin sentyabrın 1-də Almaniya Sovet İttifaqı ilə razılaşdığını bilərək Polşanı işğal etdi. İngiltərə və Fransa Almaniyaya müharibə elan etdi və İkinci Dünya Müharibəsi başladı. Bir neçə gün sonra Sovet İttifaqı Polşaya qarşı hərbi əməliyyata başladı. Noyabrda Sovetlər Finlandiyanı ələ keçirdi və "Qış müharibəsi" adlanan əməliyyatlar başladı. Molotov kokteyli bu müharibə zamanı ortaya çıxdı.
"Qış müharibəsi" və evdə hazırlanmış bombalar
Müharibə zamanı xarici işlər naziri olan Molotov sovet radiosunda İttifaqın Finlandiyanı bombalamadığını, əksinə, aclıqdan əziyyət çəkən finlərə təyyarə ilə yemək göndərdiyini iddia edirdi.
Daha sonra finlər SSRİ-nin öz ölkələrinə qarşı istifadə etdiyi kasetli sursatlara “Molotovun çörək səbəti” adı qoydular. Finlər də eyni münasibətlə sovetlərə qarşı xalq silahı hazırladılar. Sovet ordusunun zirehli maşınlarına qarşı istifadə etdikləri əldəqayırma bombanı “çörək”in yanındakı “içki” olduğu üçün “molotov kokteyli” adlandırırdılar. Bundan sonra "Molotov kokteyli" dünyada geniş yayılmağa başlandı. Həmin hadisələrdən illər ötsə də, "Molotov kokteyli" xalqın silahı kimi öz aktuallığını qoruyub saxlayır.
"Molotov kokteyli"nin içərisinə tökülən maddəni azərbaycanlı alim kəşf edib
Modern.az-ın araşdırmasına görə, şüşə butulkaların içərisindəki tez alışan "Molotov kokteyli" adını rus siyasətçi və diplomat Vyaçeslav Molotovdan alsa da, onun kəşfi azərbaycanlı alimin əməyinin nəticəsidir.
"Molotov kokteyli"nin içərisinə tökülən qarşışıq toluol maddəsini azərbaycanlı alim kəşf edib. Söhbət dünya şöhrətli alim, kimya elmləri doktoru, mərhum akademik Yusif Məmmədəliyevdən gedir.
Ötən əsrin ortalarında Yusif Məmmədəliyevin ilk sırada olduğu kimyaçı alimlərin əzmkar əməyi sayəsində yüksək oktanlı təhlükəsiz yanacaqların bütün növlərinin sintezi üzrə yarımsənaye və onların aviamotorlarda sınaqdan çıxarılması üzrə eksperimentlər aparılıb. Bunun nəticəsində sovet təyyarəçiləri 1941-45-ci illərdə davam edən Böyük Vətən Müharibəsi cəbhələrində uğurla döyüşürdülər.
Faşist orduları üzərində Sovet İttifaqının qələbəsində tank əleyhinə qarışığın - "Molotov kokteyli"nin yaradılmasının da böyük əhəmiyyəti oldu. Onun tərkibi Y.Məmmədəliyev tərəfindən toluolun – partlayıcı maddələr üçün xammalın – əldə edilməsi əsasında işlənib-hazırlanmışdı. O zaman, müharibə vaxtı və elə indi də az adam bilir ki, sonralar “Molotov kokteyli” kimi məşhurlaşacaq qarışığın müəllifi Azərbaycan alimidir.
Bu partlayıcı-yandırıcı qarışığa “Molotov kokteyli" adını isə İngiltərə baş naziri U.Çörçill verib. Belə ki, 1941-ci ildə keçirilən görüşdə bu kəşf barədə SSRİ xarici işlər naziri Vyaçeslav Molotov Çörçillə məlumat verib. Bildirib ki, partlayıcı-yandırıcı vasitə əl bombası kimi yaxşı silah növüdür. Elə həmin görüşdəcə Çörçill SSRİ xarici işlər nazirinə deyib ki, “bu partlayıcı vasitənin adını sənin şərəfinə "Molotov kokteyli” qoyuram”.
Qeyd edək ki, bu, Y.Məmmədəliyevlə bağlı çoxlarına məlum olmayan tarixi sənədlərdə də öz əksini tapıb.