Bu gün Qars müqaviləsinin bağlanmasından 100 il ötür. Qars müqaviləsi 16 mart 1921-ci il tarixdə Rusiya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə Böyük Millət Məclisi (1923-cü ildə qurulacaq Türkiyə Cümhuriyyətinin sələfi) arasında bağlanmış Moskva sülh müqaviləsinin tələblərinin yerinə yetirilməsi çərçivəsində həmin il 13 oktyabr 1921-ci il tarixdə Azərbaycan, Ermənistan və Gürcüstan SSR-nin daxil olduğu Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında Qars şəhərində imzalanan sülh müqaviləsidir. Müqavilə 11 sentyabr 1922-ci il qüvvəyə minmiş və müddətsizdir.
Qars müqaviləsinin tarixi hüquqi əhəmiyyətinə qiymət verərkən xüsusi ilə Naxçıvan Muxtar Respublikasının məhz Azərbaycanın tərkibində qalmasına hüquqi zəmin yaratdı. Heç kimə sirr deyil ki, zaman-zaman işğalçı Ermənistan Naxçıvan Muxtar Respublikasına qarşı ərazi iddiaları ilə çıxış etmişdir. Əsrin əvvələrində bu cəhdlər intensiv şəkildə irəli sürülmüş lakin Naxçıvan əhalisinin ciddi müqaviməti və Türkiyə ilə bağlanmış Qars müqaviləsi nəticəsində Azərbaycanın tərkibində qalmışıdr.
Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev Naxçıvanın ərazi bütövlüyünü və muxtariyyət statusunun qorunub saxlanılmasında Qars müqaviləsinin əhəmiyyətini daim yüksək qiymətləndirərək demişdir: "Naxçıvanın statusunu qoruyub saxlamaq üçün Moskva müqaviləsinin və xüsusən Qars müqaviləsinin böyük əhəmiyyəti olub. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir".
Türkiyəli diplomat, sabiq səfir Şükrü Ələkdağın Qars müqaviləsi ilə bağlı Ümummilli Lider Heydər Əliyevin Ermənistan tərəfindən Naxçıvana planlaşdırılan irimiqyaslı hücumun qarşısının alınmasında Qars müqaviləsinin rolundan danışarkən söylədiyi aşağıdakı fikirlər çox maraqlıdır. Ş.Ələkdağ: ” Ermənistan 1992-ci il mayın 8-də Şuşanı işğal edən zaman Ermənistan paralel olaraq Naxçıvanın Sədərək bölgəsinə də hücum etmiş, erməni silahlı birləşmələri sərhədlərimizin 10 kilometrliyində hərbi əməliyyata başlamışdılar. O zaman rəhmətlik Heydər Əliyev Türkiyədən yardım istədi və prezident Süleyman Dəmirəl bu tələblə bağlı hökumətin toplantısını çağırıb. Hökumət Qars və Moskva müqavilələrini nəzərə alaraq Ermənistan hökumətinə xəbərdarlıq etmək qərarına gəldi və baş nazirin müavini Erdal İnönü Ermənistanın xarici işlər naziri ilə əlaqə yaradaraq bildirdi ki, bu hərəkətin cavabı çox ağır olacaq. O dövrün quru qoşunları komandanı da türk qoşunlarının hazır vəziyyətə gətirildiyini elan etdi və Ermənistan Naxçıvana qarşı hücumları dayandırmağa məcbur oldu. Bununla da Qars müqaviləsi Naxçıvanın Ermənistanın hücumlarından qorunmasında son dərəcəli mühüm rol oynamışdır”.
Qars müqaviləsi bağlandığı vaxtdan Ermənistanda birmənalı qarşılanmadı. Ermənilərin bir qrupu bu müqavilənin erməni xalqının iradəsini ifadə etmədiyini bildirdi. Onlar daha çox isə Sever müqaviləsinə üstünlük verirdilər. Təsadüfi deyil ki, o dövrlərdə bəzi "Sovet Ermənistanı" qəzeti kimi nəşrlərdə "Qars sülh konfransı" adlı yazısında bu danışıqları Ermənistanın müstəqilliyini möhkəmləndirə biləcək bir akt kimi qiymətləndirilsədə əks mövqedə olan qüvəllər də az deyildi.
Həmin dövrlərdə Təbrizdə çap olunan erməni qəzeti olan "Hayk" qəzetinin "Pərdə götürülmüşdür" adlı baş məqaləsində şanlı Qızıl ordunun komandanları Sovet federasiyasının tərkibinə daxil olan Ermənistanın mübahisəsiz hissəsini təşkil edən 1914-cü il sərhədlərində belə dayana və hətta balaca Naxçıvanı kamalçıların caynaqlarından qopara bilmədilər deyə Qars müqaviləsinə mənfi münasibət bəsləmişdir. Belə nümüunələr həddindən artıq çoxdur.
Beynəlxalq hüququn prinsiplərinə görə Qars müqaviləsinin ləğvinə yönəlik cəhdlərin əsası varmı? Əlbbətdə birmənlaı şəkildə demək olar ki yox. Qars müqaviləsi müddətsiz bağlanmış, çox tərəfli müqavilədir. Beynəlxalq hüququn prinsiplərinə əsasən müqaviləni imzalayan şəxlər dövlətləri tərəfindən mandat almışdır.
Müqavilə radifikasiya edilmişdir.
Müqavilələrin mübadiləsi həyata keçirilmişdir.
Lakin Ermənistanın daha çox istinad etdiyi Sever müqaviləsi Qars müqaviləsindən fərqli olaraq Türkiyə Böyük Millət Məclisi tərəfindən radifikasiya edilməmişdir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş Şuşa şəhərinin adı ilə tarixə türk dünyasının iki böyük şəxsiyyəti tərəfindən imzalanmış Şuşa Bəyannaməsində bir daha Qars müqaviləsinə sadiqliyi öz təsdiqini tapmışdır.
ŞUŞA BƏYANNAMƏSİNDƏ QARS MÜQAVİLƏSİ
15 iyun 2021-ci il tarixdə Şuşa şəhərində Azərbaycan və Türkiyə dövlət başçılarının imzaladığı Şuşa bəyannaməsinin preambula hissəsində qeyd edilir ki, iki dost və qardaş ölkə arasında imzalanmış bütün beynəlxalq sənədlərə, bununla əlaqədar 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq edirik.
Tarixi Qars müqaviləsini imzalayan Behbud ağa Şaxtaxtinskini rəhmətlə anırıq!
Sadiq Qurbanov
Milli Məclisin deputatı