Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gəncənin bombalanmasından sonra nə kimi işlər görülüb?

RegionTV.info
İkinci Qarabağ müharibəsi dövründə raket hücumuna məruz qalan Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin 3800 ziyan görmüş obyektindən 3 minə yaxını bərpa edilib, 700 yaxın yaşayış və qeyri yaşayış obyektində isə tikinti işləri davam edir, bu barədə Anews.z-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib. 
 

Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Gəncə şəhəri üzrə mülki əhaliyə dəymiş ziyanla bağlı maddi yardımların verilməsi üçün Gəncə ŞİH-nə indiyədək ümumilikdə 5 milyon 16 min 500 manat vəsait ayrılıb. Maliyyə Nazirliyindən bildirilib ki, ayrılan 5 milyon 16 min 500 manatın 4 milyon 949 min manat vəsaiti ziyan dəymiş vətəndaşların plastik kart hesablarına köçürülüb və hazırda bu istiqamətdə işlər davam edir. 

İkinci Qarabağ savaşı zamanı Ermənistan silahlı qüvvələri 2020-ci ilin 4-17 oktyabrında Gəncəni raket hücumuna məruz qoyub. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən 3800 obyektə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Ən çox  dağıntılara isə şəhər oktyabrın 11 və 17-də məruz qalıb.
 
ANAMA-nın məlumatına görə, hazırda şəhərin mərmilərdən təmizləmə prosesi başa çatıb. Ermənistan silahlı qüvvələri şəhərə  9К72 «Elburus» Əməliyyat Taktiki təyinatlı Raket kompleksindən atılan 8К14 raketi ilə zərbələr endirib.
 
Oktyabrın 11-də gecə saat 2 radələrində əhalinin ən  sıx yaşadığı əraziyə 1 ədəd Skad ballistik raketi atılıb. Nəticədə 31 mənzil dağılıb, 95 mənzilə ziyan dəyib. Hücum nəticəsində 10 nəfər həlak olub, 40 nəfər yaralanıb. Oktyabrın 17-də baş verən ikinci hucum  zaman isə  15 nəfər həlak olub, 55 nəfər yaralanıb.
 
OMBUDSMAN aparatı Gəncə terroru zamanı ümümilikdə 4 hesabat, 4 bəyanat, 3 video müraciət yayıb. 
 
"Human Rights Watch” və "Amnesty International”  təşkilatları tərəfindən Gəncə hadisələri ilə bağlı hesabatlar hazırlanıb.

44 günlük müharibədə 980 nəfərin kənd təsərrüfatı təsərrüfatına  ziyan dəyib. 

Kənd təsərrüfatı NAzirliyindən aldığımız məlumata görə, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində kənd təsərrüfatına (kənd təsərrüfatı məhsulları, texnika, əkin sahələri, mal-qara və s.) dəymiş ziyanın aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə ayrılan 1 400 000 (bir milyon dörd yüz min) manat vəsait zərər çəkmiş vətəndaşların hesabına köçürülüb. 

Ermənistanın hərbi təcavüzü nəticəsində kənd təsərrüfatı fəaliyyətinə zərər dəymiş 980 nəfərin siyahısı müəyyənləşib. 

Hərbi təcavüz nəticəsində Bərdə rayonunda 9, Ağcabədidə 55, Füzulidə 23, Goranboy/Naftalanda 22, Ağdamda 268, Cəbrayılda 1, Gəncədə 1, Tərtərdə 601 fermerin əkin sahələrinə, kənd təsərrüfatı texnikasına, kənd təsərrüfatı məhsullarına, heyvanlarına zərər dəydiyi təsdiqlənib.

Zərərçəkmiş fermerlərin adlarına bank kartları açılıb, ayrılmış vəsait kartlara köçürülüb", deyə nazirliyin mətbuat xidmətindən bildirilib. 
 
Ailə,Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi bu müddət ərzində hər ay uşaqlarla görüşlər keçirib.

Belələrdən biri olan Gəncə terrorunda hər iki valideynini itirmiş Sevil Əliyeva o günü həyatının ən pis anı kimi xatırladığını deyir. 

"Evdə hamı yatmışdı. Partlayışın səsi qulağımdadır. Ata və anamı itirdim həmin gün. Ən çox qardaşım Hüseynə dəstək lazım idi. Dövlət qurumları tərəfindən həmin vaxt psixoliji dəstək göstərilsə də o dəstəkdən nəticə çıxara bilmirdi. Mən yayda onu öz hesabıma psixoloqa yazdırmışam. Düşünürəm ki, artıq yavaş-yavaş özünə gəlir",  -  deyə Sevil Əliyeva bildirir.

Onun sözlərinə görə, hadisələr zamanı Azərbaycan xalqının nə qədər qayğıkeş olduğunun şahidi olub. 

"Bir neçə ailə var ki, indiyə qədər bizimlə maraqlanır. Dövlət tərəfindən şəhid ailəsi olduğumuz üçün 500 manat yardım alırıq. Bununla yanaşı YAP tərəfindən də 500 manat yardım gööstərilir. Bu yardımlar əslində 18 yaşın tamamında kəsilməli idi. Sadəcə universitetə qəbul olunduğum üçün 22 yaşına qədər veriləcək".

Sevil Əliyeva Gəncə Aqrar dövlət universitetinə ödənişli əsaslarla qəbul olunub. Təhsil pulu dövlət tərəfindən ödənilir. 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də