Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Hərbi İnformasiya Təhlükəsizliyi və VPN Nədir?-Şahin Aliyev



Ön cəbhədə əsgərlərimiz şanlı tarix yazarkən arxa çəbhədə gedən informasiya müharibəsində biz nələr etməliyik? Bu mövzu üzərində daha ətraflı İctimai Nəzarət Koalisiyasının İnformasiya və Kommunikasiya Texnologiyaları Depatamentinin sədri Şahin Alıyevlə müzakirə edəcəyik.
-Hörmətli Şahin Bəy, bildiyiniz kimi cəbhədə şanlı Azərbaycan ordusu uğurla döyüş əməliyyatlarını davam etdirir. Bununla bağlı vətəndaşlarımız sosial şəbəkələrdə çox saylı qələbə paylaşımları edirlər. Təbii ki bu paylaşımları düşmən görərək bəzi təxribatlara əl atır. Düşmənin internet ortamında təxribatlarının qarşısını necə almaq olar? Vətəndaşlarımız nələrə diqqət etməlidirlər?
-Vurğuladığınız kimi cəbhədə döyüşlər şiddətli şəkildə davam edir və bununla birlikdə birliyimiz, bərabərliyimiz və sarsılmaz əzmimizlə yeni ərazilərimiz işğaldan azad olunur. Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ öz azadlığı uğrunda apardığı ədalət müharibəsini uğurla davam etdirir. İndi isə gələk sosial şəbəkələrdə baş verən informasiya müharibəsinə. Unutmamaq lazimdir ki, muharibənin informasiya cəbhəsi çox vacib və əsas strateji obyektdir. Çunki informasiya daima muharibənin içində ən öndə olan bir təsirli hədəf nöqtəsi olub. Bununla bağlı sosial şəbəkələrdə çox paylaşımlar görurəm və izləyirəm. Hər birimizə məlumdur ki, Rabitə və Yuksək Texnologiyalar Nazirliyinin müharibənin başladığı gün- yəni 27.10.2020 ci il tarixli qərarına əsasən internetin ölkə ərazisində verilməsi məhdudiyyətli şəkildə dayandırıldı. Bunun səbəbi də çox aydındır və düşünürəm vətəndaşlarımız da bilməlidir ki, bu müharibədir və bu müddət içində strateji obyektlər vurulur, ərazilər düşməndən təmizlənir. Bu əməliyyatlar zamanı hərbi ərazilərin və texnikaların paylaşılması hərbi qanunlara ziddir. Çünki ordumuzun sizlərin xeyirxah əməl sayaraq etdiyiniz bu hərəkətlərlə taktiki planları məhv ola bilər və ordumuz üçün qarşısı alınmaz təhlükələr yaranar. Unutmamaq lazımdır ki, bir vətəndaş olaraq bizim əsas hədəfimiz əsgərlərimizin təhlükəsizliyini hər zaman qabaqcıl tutmaqdır. Qarabağda gedən döyüşlər zamanı yüksək rəşadət göstərən əsgərlərimizin fotolarını paylaşmaq doğru addım deyil. Sizin paylaşdığınız fotolar və videolar sahəsində saxta (fake) hesablarla düşmənin kiber kəşfiyyat qrupları tərəfindən məlumat əldə edilərək və koordinatları verilərək vurula bilər. Unutmamaq lazımdır ki, düşmənin ordumuz tərəfindən məhv edilən leşlərini bizim tərəfimizdən paylaşılması tərəflərindən stimulyasiya edilərək beynəlxalq aləmdə bizə qarşı istifadə ediləcək. Bu bizim üçün sonradan əleyhimizə işləyəcək siyasi obyekt olacaqdır.İnşallah Qarabağ alındığında bu qəhramanların uğurlarına boğazımız quruyuna qədər sevinəcəyik!
– Şahin bəy. İnternetin ölkə ərazisində məhdudiyyətlə verilməsi ilə vətəndaşlarımız VPN adlanan xarici programlardan istifadə edirlər. Bu düzgündürmü? Ümumiyyətlə VPN Nədir?
– Doğrudur – hər birimiz VPN (Virtual Private Network)-dən istifadə edirik. Sizə VPN haqqında qısaca məlumat vermək istəyirəm. VPN bizə fərqli ölkələrə aid serverlər üzərindən internet xidməti verən istədiyiniz hədəf ünvana gedə bilmənizi və qısaca internete çıxışımızı təmin edir. VPN məlumatlarımızın təhlükəsiz formada ötürülməsini təmin etmək üçün qurulmuş gizli internet tunel xəttidir. VPN-nin dünyada əsas istifadə səbəbi internet ortamında gizliliyinizin (ayaq izlərinizi) və informasiya məlumatlarınızın qorunmasını təmin etməkdiir. VPN-in əsas məqsədi dövlət tərəfindən və ya məhkəmə qərarı ilə çıxışına icazə verilməyən və məhdudlaşdırılmış saytlara daxil olmaq üçün deyil. Daha açıqlayıcı olaraq ifadə etsəm iki nəfər arasında söhbət gedərkən onun yanında olan üçüncü şəxs onu görür, eşidir və bu halda qeyri ixtiyari üçlü dialoq həyata keçmiş olur. Burdan yola çıxaraq desəm, VPN-in məqsədi məlumatlarımızı gizli formada heç bir ixtiyari internet şəbəkəsinə və ya serverlərə ilişmədən sizin istədiyiniz (A. B.) hədəf nöqtəsinə birbaşa ötürməsini təmin etmək üçündür. Unutmayaq ki, VPN-in ayrıca istifadə qaydaları var. VPN təhlükəziliyimizi qorumaq məqsədi daşısada onu doğru istifadə etmədiyimiz təqdirdə kiber cinayət və ya məlumat oğurluğu kimi ağır hadisələri qarşımıza gətirib çıxara bilər. Ödənişsiz VPN istifadə etdiyimizdə biz əsasən xəbərimiz olmadan reklam bazarına daxil olmuş oluruq. Bizim gedəcəyimiz bütün internet gizliliyini təmin edən serverlər reklam məqsədlidir və ümumən desək, məqsədləri bizim istifadəmiz üzərindən qanorar əldə etməkdir. Əgər ödənişsiz VPN istifadə ediriksə o tünelin dəqiqlikə kimə və hansı ölkəyə aid olduğunu bilmirik. Yəni bu halda serverlər avtomatik olaraq ölkə seçimi edir. Ola bilər ki, bizim bütün məlumatlarımız düşmən və ya ikinci şəxslər tərəfindən hansısa bir yazılım sayəsində giriş-çıxışlarımız oxunur və log yazısı tutulur. Daha təhlükəlisi sosial şəbəkə mesajlarımız tamam ilə oxuna, internet ortamında sürətli şəkildə yayıla bilər. Bunların qarşısını düşünülmüş şəkildə dərhal almaq lazımdır. Düşmənin hal- hazırda istifadə etdiyi ən önəmli kiber hücum strategiyası budur. Əsas bunu da deyim ki, bacardığınız qədər VPN-dən istifadə etməyin. Əgər artıq istifadə edirsinizsə ödənişli, müəyyən müddətli, sınaq məqsədli, ölkə dəyişikliyinə icazə verən VPN programlarından istifadə edin. Bilmədiyiniz VPN programlarını əsla istifadə etməyin. Mütləq təhlükəsiziliyinə inandığınız, əsasən də ödənişli olan VPN-lərdən istifadə olunması tövsiyə olunur. Bunlardan misal olaraq Express VPN, Hotspot Shield kimi programları tövsiyə edirəm. Ümumiyyətlə hər hansı VPN istifadə etdikdə mütləq antiviruslarını aktiv edin. Antiviruslar bütün giriş çıxışlarınızı qeydə alır və fasiləsiz şəkildə görür.
– Şahin bəy, bir mütəxəssis olaraq, vətəndaşlarımıza bu çətin zamanda doğru internet istifadəçisi olmaq məqsədi ilə nələri tövsiyə edərsiniz?
-Əslində ən çox narahat olduğum məsələ var ki, əlbəttə heç birimiz şəhidlərimizin sayının artmasını istəmirik. Çünkü cənab Prezidentimizin də dediyi kimi çalışmaq lazımdır ki, bu müharibəni az itki, ama çox böyük uğurlarla bitirək. Bunun üçün də informasiya müharibəsində gərək biz də birliyimizi, bərabərliyimizi gostərək. Çalışaq ki, belə hallarla qarşılaşdığımızda qarşısını birlikdə alaq. Çox yaxşı anlayıram, xalq olaraq qürürluyuq. 30 ildir gözləmişik, ama bu o demək deyil ki, biz bu amilləri göz ardı edərək əsgərlərimizi təhlükəyə ata bilərik. Hər hansi bir ərazimiz işğaldan azad olunduğunda, hər hansı bir starateji obyekt ələ keçiriləndə Müdafiə Nazirliyinin icazəsi olan rəsmi video- materiallar paylaşmaq və çəkilişlər aparmaq daha doğru olar. Düşmən müşahidə PUA-larını hər daima kəşfiyyat xarakterli aparmaqdadır. Hətta FlyRadar deyə bir proqram var ki, düşmən bu proqramdan Azərbaycanın üzərindən uçan mülkü təyyarələri belə izləyir. Son olaraq demək istəyirəm ki, bu informasiya muharibəsidir. Burada bizim uduzmağa şansımız yoxdur. Əgər bunu uduzsaq biz artıq muharibəni uduzmuş hesab olunuruq. Vətəndaşlarımızdan israrlı bir şəkildə xahiş edirəm: şəkilləri, məlumatları əsla paylaşmayın. Xoş məramlı missiya ilə çəkdiyimiz hər hansı bir rəsmlə biz vətənə sevgimizi göstərmək əvəzinə, bilmədən vətənimizi və ordumuzu təhlükə altına atmış oluruq!
Gəlin dövlətimizə , xalıqmıza və ordumuza birlikdə sahib çıxaq!
– Şahin bəy, verdiyiniz dəyərli məlumatlara görə sizə minnətdarıq.
Xatırlatmaq istəyirik ki, müsahibəmizin qonağı İT və Kiber Təhlükəsizlik mütəxəssisi və İctimai Nəzarət Koalisiyasının İnformasiya və Kommunikasiya Texnologiyaları Departamentinin sədri Şahin Alıyev idi.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də