Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Bu yuxu deyil, reallıqdır!" - Azərbaycan və Ermənistan vətəndaşlarının diqqətinə!

RegionTV.info                                                                                                     
15 iyun 2021-ci il Şuşa şəhərində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan müttəfiqlik müqaviləsi imzaladılar. Bundan sonra bu iki dövlətdən birinin ərazisinə təhlükə digərinin müdaxilə etməsinə imkan verəcək. Ona görə də 1988-ci ildən bu günə kim qazandı, kim itirdi sualını qısa da olsa cavabladırıram.Hadisələrin canlı şahidi olduğumdan və daim diqqətlə izlədiyimdən bu dövr ərzində azərbaycanlıların və ermənilərin nə qazandıqlarını və nələri itirdiklərini faktlarla diqqətinizə çatdıracam. 1988-ci ilin başlanğıcına Azərbaycanda təxminən 500 min erməni, Ermənistanda isə 200 min azərbaycanlı yaşayırdı. Azərbaycanda yaşayan ermənilər əsasən Bakıda, Gəncədə və digər şəhər mərkəzlərində yaşayıb əsasən ticarət, ictimai iaşə sahələrində, o vaxtlar kölgə iqtisadiyyatının əsasını təşkil edən xırda istehsalatla məşğul olurdular. Onu da qeyd edim ki, ermənilər Bakıda və digər şəhərlərdə ən yaxşı, bahalı evlərdə yaşayırdılar. SSRİ dönəmində isə real pul və qazanc ancaq bu sahələrdə idi. Azərbaycanda rəhbər vəzifələrdə əsasən azərbaycanlılar olsa da çox kiçik vəzifələrdə olan müavin, köməkçi, müşavir ermənilər həmin sahələrdə bütün məsələləri həll edirdilər. Vəzifədə olan azərbaycanlıların həyat yoldaşları isə əsasən erməni xanımlar idi. Bu vəziyyəti yaradan əsas səbəblər isə Moskvanın Azərbaycanda bilərəkdən yürütdüyü siyasət və bizim heç vaxt millətpərəst olmayıb ermənilərdən fərqli olaraq Azərbaycanda yaşayan bütün xalqlara səmimi yanaşmamız olub.Ermənistanda yaşayan azərbaycanlıların isə mütləq əksəriyyəti kənd rayonlarında yaşayıb əkinçilik və heyvandarlıqla məşğul olurdular. Ticarətdə, kölgə istehsaltında, yəni pul, gəlir olan yerdə yox idilər. Vəzifələrdə demək olar ki, azərbaycanlılar yox idi, olanlar isə vəzifələrini itirməmək üçün hər şeydən qorxub çəkinirdilər. Nəinki vəzifədə, heç sıravi ermənilərin də bir nəfər də olsun azərbaycanlı həyat yoldaşı olduğunu eşitməmişəm.
İndi sizə çatdırım ki, Dağlıq Qarabağ hadisələri münaqişə tərəflərinə nə verdi?! Birincisi və ən əsası, hər iki tərəf on minlərlə gənc, ölkəsinə fayda verəcək balalarını itirdi və yüz minlərlə insan qaçqın, köçkün faciəsi yaşadı. Burada nəzərə alın ki, hər iki tərəf təxminən eyni itki ilə üzləşib. Fərq ondadır ki, azərbaycanlılar təxminən 7 milyona, onlar isə 3 milyona eyni itki veriblər. Burada hər iki ölkəni məhz münaqişəyə görə tərk edənləri nəzərə alın. Bizim üçün də bu çox böyük itkidir. Ermənilər üçün isə bu demoqrafik faciədir. Bunu da rəqəmlərlə göstərim. Dağlıq Qarabağ münaqişəsinə qədər Azərbaycanda təxminən 7 milyon, Ermənistanda isə təxminən 3 milyon insan yaşayırdı. Bu gün Azərbaycanda 10 milyon, Ermənistanda isə özlərinin etirafına görə ən yaxşı halda 2 milyona yaxın insan yaşayır. Bu son 30 ilin statistikasıdır. Əgər bu tendensiya davam edərsə yaxın gələcəkdə Ermənistanda əhali qalmayacaq və bu isə Ermənistan adlı dövlətin yox olması deməkdir.İndi isə əgər Dağlıq Qarabağ münaqişəsi olmasa nələrin baş verəcəyini diqqətinizə çatdırım. Təxminən 1991-ci ildən Azərbaycanda tədricən özəlləşdirmə başladı. Özü də özəlləşdirmə ticarət, xırda ictimai iaşə və istehsalat obyektlərindən başladı. Bu obyektlərin hamısının da faktiki sahibləri ermənilər idi. Nəzərə alsaq ki, real pul kütləsi də məhz bu obyekt sahiblərində idi, onda bu sahədə olan bütün obyektlər ermənilərin sahibliyinə keçəcəkdi. Bundan sonra tədricən keçiriləcək özəlləşdirilmiş obyektlərin də sahibləri ermənilər olacaqdı. Münaqişənin üstündən 30 il keçməsinə baxmayaraq bu gün də bir çox imkanlı şəxslərin xanımlarının hələ də erməni milliyətindən olmalarını nəzərə alıb indi ölkəmizin kimlərin idarəçiliyində olacağını təsəvvür edin. Yəni ölkəmizin adının Azərbaycan olmasına baxmayaraq faktiki var-dövlət sahiblərinin erməni olacağı şübhəsiz idi. Bu gün gördüyünüz gözəl tikililərin hamısının ermənilərə məxsus olacağına heç bir şübhəm yoxdur. 1995-96-cı illərdə Ermənistana Dağlıq Qarabağın Azərbaycanın tərkibində olmaqla faktiki müstəqillik təklif edildi. Bu təklif qəbul edilsə Bakı-Tbilisi-Ceyhan, neft, qaz və bütün digər qlobal layihələr də Ermənistandan keçiriləcəkdi. Bu isə Ermənistanın dünyada diaspora gücünü də nəzərə alsaq onların tək regionun yox, dünyanın güc mərkəzlərindən birinin olması demək idi. Ancaq onlar bu təklifi qəbul etmədilər və daha çox torpaqlar qopartmaq həvəsinə düşdülər.
44 günlük Vətən müharibəsindəki Şanlı Qələbəmizin nəticələri və dünən Şuşa şəhərində Azərbaycan Türkiyə dövlətləri arasında imzalanmış müqavilələr bu 30 illik münaqişədən, on minlərlə gənc balalarımızın şəhid olmasına, yüz minlərlə insanlarımızın faciələrinə baxmayaraq yekunda Azərbaycanın Xalqının xeyirlə çıxdığının göstəricisidir. Bu yazını yazmaqda məqsədim Azərbaycan Xalqına bir xatırlatmadır ki, olub keçənləri yaddan çıxartmasın, qonşularımızın hansı niyyətə sahib olduqlarını daim diqqətdə saxlasın. Bu yazı həm də bir daha erməni xalqına “artıq tamah baş yarar” məsəlini xatırlatmaqdır ki, heç olmasa bu qədər faciələrdən sonra ağıllarını başlarına yığsınlar və bir daha torpaq iddiasına düşməsinlər. Qonşularına yeni problemlər, özlərinə isə faciə yaratmasınlar. Bu gün onlara revanş söz verənlər öz murdar məqsədlərinə görə onları olub qalanlarından da məhrum etmək istəyənlərdirlər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də