Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

""Azərbaycan tarixi" kitabındakı yanlışlıqların mənası çox qaranlıq və məsuliyyətsizlikdir..."






Bu günlərdə sosial şəbəkələrdə orta məktəblərdə tədris olunan 7-ci və 10-cu siniflərin tarix kitablarında erməni izinin aşkar edilməsi ictimaiyyət tərəfindən haqlı və çox narazılığa səbəb olmuşdur.

Sovet dövründə uzun illər Cənubi Qafqaz tarixi erməni və ermənipərəst Sovet tarixçilərinin bir növ monopoliyasında olduğundan vətənimizin gerçək tarixinin yazılmasında bəzən çox ciddi problemlər yaradırdı.

Artıq otuz ilə yaxındır ki, yenidən müstəqilliyə qovuşmuşuq. Çox təəssüf ki, hələ də bəzi tədqiqatçılar və tarixçilər Sovet dövrünün sərhədlərindən kənara çıxa bilmir.

Dünyanın demək olar ki, nüfuzlu elm mərkəzlərində, eləcə də, qədim və orta əsr dünya tarixinin görkəmli tarixçi alimlərinin mütləq əksəriyyəti guya qədim və orta əsr tarixçisi olmuş Movses Xorenin mövcudluğuna və yazdığı əsərə şübhə ilə yanaşdıqları halda, bir qrup sovet və azərbaycanlı tarixçiləri ondan tarixi dəlillər kimi istifadə edirlər.

Mən bu yazıda geniş müzakirə açmaq istəmirəm. Qeyd etmək istərdim ki, tarixin atası sayılan Herodotda, Strabonda, Ptolemeydə və onların tələbələrində, Harvard, Kembriç, Starfod, Kaliforniya, Oksford, Corc Taun kimi dünyanın nüfuzlu universitetlərinin alimlərinin əsərlərində, yunan mənbələrində Artsax və ya Arsax keçmədiyi halda ermənilər tərəfindən uydurulmuş və müxtəlif xalqların tarixini oğurlayaraq, erməni mifologiyası yazmış Movses Xorenasınin Tarix kitabında Artsax toponiminə rast gəlinir.

Xorenasi Tarixinin uydurma olduğunun şahidi olmaq üçün, Oksford Universitetinin ermənişünas alimi, professor Robert Tomsonun, tarixçi alim Kiril Tumanovun, görkəmli rus alimi akademik Piyatrovskinin, Çar Rusiyası dönəmində 1904-08-ci illərdə diplomat və 1915-17-ci illərdə onun İranda diplomatik missiyanın rəhbəri (səfirin yoxluğunda) olmuş Vladimir Maynorskinin fundamental araşdırmalardan ibarət kitabını və XXI-XX əsrin Cənubi Qafqaz tarixinin canlı ensiklopediyasını yazmış Veliçkonun əsərini oxumaq kifayətdir. Bugün bütün dünya ölkələri arxivlərini istifadə üçün açıq və əlçatan etdiyi dövrdə gerçək tariximizin yazılması üçün çox əlverişli şərait yaranmışdır.

Bu yazımla kiməsə məsləhət və ya tövsiyə vermək fikrində deyiləm. Sadəcə, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bütün hər bir çıxışında tariximizlə bağlı göndərdiyi strateji əhəmiyyətli mesajların icra edilməsində alimlərin, cavabdeh vəzifəli şəxslərin və bütövlükdə ziyalılar cox ciddi məsuliyyət daşıyır. Möhtərəm Prezidentimizin mötəbər beynəlxalq tədbirlərdə Ermənistan rəhbərliyinə vaxtaşırı olaraq verdiyi tarix bə hüquq dərsi hər birimizə örnək olmaqla, tariximizlə bağlı görməli olduğumuz işlərin yol xəritəsidir.

Bu səbəbdən hesab edirəm ki, vətənimizin, ölkəmizin və dövlətimizin tarixi ilə bağlı hazırlanan dərs kitabları və dərs vəsaitləri nəşr olunanadək milli ideologiyamıza sızdırıla biləcək erməni və ermənipərəst qüvvələrin təxribatının qarşısını almaq məqsədilə bu kitablar Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən tərəfindən ciddi senzuradan keçirilməlidir.

Yeni nəslə Azərbaycan tarixi ilə bağlı təqdim olunan kitablardakı hər bir işarənin bəzən çox ciddi mənfi rezonansı ola bilər. Məsələn 10-cu sinif tarix kitabının üz qabığının dizaynında işlədilmiş rənglər bugünkü Ermənistan bayrağı üzərində olan əsas üç rəngdən ibarətdir.

Yəni, müəllif sanki başqa rənglər görmür.

Əslində Azərbaycan tarixi kitabında dövlətimizin rəsmi bayrağı üzərindəki rənglərdən istifadə etmək əvəzinə təcavüzkar Ermənistan bayrağının rənglərindən istifadə edilməsinin mənası çox qaranlıq olmaqla, yumşaq halda məsuliyyətsizlikdir.

Azərbaycan tarixi nə demokratiya, nə siyasi plüralizm, nə də söz azadlığı dərsidir.

Azərbaycan tarixi bizim millətimizin, ölkəmizin və dövlətimizin varolma və mövcudiyyət tarixidir.

Bu tarix isə hər birimiz üçün müqəddəs kitabımız kimi əziz və qiymətli olmalıdır.

Məlahət İbrahimqızı,
Millət vəkili

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də