Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda heyvanların sayı niyə azalır? - Ekspert səbəbini AÇIQLADI

Azərbaycanda heyvanların sayı niyə azalır? - Ekspert səbəbini AÇIQLADI

Azərbaycanda iri və xırdabuynuzlu heyvanların sayında azalma müşahidə olunur. 2024-cü il yanvar-iyun aylarında Azərbaycanda 2.5 milyon iribuynuzlu mal-qara, 7.1 milyon qyun və keçi, 3905 ədəd donuz olub. Ötən ilin eyni dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 1.6 faiz, onlardan inək və camışların sayı 1.1 faiz, qoyun və keçilərin sayı 2.6 faiz, donuzların sayı isə 23.6 faiz azalıb.

 

İribuynuzlu heyvanların ən çox olduğu iqtisadi rayonlar Mil-Muğan, Mərkəzi Aran, Lənkəran-Astara və Qarabağ olub. Keçi və qoyunların sayına görə Qazax-Tovuz, donuzların sayına görə isə Şəki-Zaqatala regionların üstünlük təşkil edir.

 Azalma tendensiyası yalnız bu il deyil, əvvəlki illərdə də qeydə alınıb.

 Mövzu ilə bağlı danışan kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli bildirib ki, ölkədə mal-qaranın baş sayının azalmasının əsas səbəbi yem bazasının zəif olmasıdır:

 “Həm xırda, həm də iribuynuzlu heyvanların sayında 2020-ci ildən sonra kəskin azalma baş verir. Bu onunla bağlıdır ki, bizdə ot və yem istehsalı, xüsusilə də qüvvəli yem istehsalı get-gedə azalır. 2018-ci ildə ölkədə 2 milyon ton qüvvəli yem istehsalı nəzərdə tutulmuşdu. Amma istehsal həcmi 200 min tonu keçməyib. Hətta son illərdə qüvvəli yem istehsalı 180 min tona düşüb. Azərbaycanda şirəli yem istehsalı da kəskin şəkildə azalıb. Sovet hökumətinin dövründəki istehsalla indiki arasında kəskin fərq var.Azərbaycanlılar hər zaman bu sahə ilə məşğul olub. Bu sahə hər zaman ən sərfəli sahə olub. Ona görə ki, heyvanın ətindən, südündən həm özləri istifadə edir, həm də satışa çıxarırlar”.

 Ekspert bildirib ki, Dövlət Statistika Komitəsi örüş ərazilərini 2 milyon hektardan çox göstərsə də, əslində bu yarıya bərabərdir.

 "Bildiyimiz kimi, işğaldan azad edilmiş ərazilərdə də heyvandarlıqla məşğul olurlar. Amma heyvanların baş sayı azalır. Bu da mövcud olan örüş sahələrindən səmərəli istifadə edilməməsi ilə bağlıdır. 10 il bundan qabaq demişdik ki, qlobal istiləşmə baş verir və Azərbaycana da təsiri olacaq. Örüş sahələri suvarılmalı, növbəli otarma həyata keçirilməli, növbəli ot toxumu səpini edilməlidir. Bunlar olmadığı halda qlobal istiləşmə nəticəsində örü sahələri ot örtüyündən məhrum olacaqlar. Əgər qeyd etdiklərimiz həyata keçirilməsə məhsuldarlıq aşağı düşəcək və heyvanların sayı azalacaq”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də