Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda pensiya artımından sonra ərzaq bahalaşacaq?

Azərbaycanda pensiya artımından sonra ərzaq bahalaşacaq?


Bir neçə həftə əvvəl Azərbaycanda əmək pensiyasının indeksləşdirilməsi barədə qərar verilib. Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq pensiyalar 11.2% artırılıb. Artım yanvarın 1-dən verilən pensiyalara şamil edilib. 2024-cü il üzrə pensiyaların maliyyələşdirilməsi üçün 6,5 milyard manat vəsait nəzərdə tutulub.

 Pensiyaların artırılmasından sonra bəzi ekspertlər ərzaq qiymətlərində artımların olacağını iddia edib. Ümumilikdə, Azərbaycanda son aylarda ərzaqların bahalaşması müşahidə edilir. Rəsmi məlumata görə, ötən ay ayrı-ayrı qida məhsullarından düyünün, qoyun və toyuq ətinin, təzə balığın, südün, yumurtanın, zeytun yağının, naringinin, limonun, bananın, almanın, narın, xiyarın, pomidorun, balqabağın, sarımsağın, soğanın, kartofun, yerkökünün, şəkərin, konfetlərin, meyvə şirəsinin, spirtli içkilərin, tütün məmulatlarının qiymətində artım olub.

 Dövlət Statistika Komitəsi bildirir ki, azalma əsasən manna və qarabaşaq yarmasının, unun, çörəyin, mal ətinin, süfrə marqarininin, günəbaxan və qarğıdalı yağlarının, portağalın, çuğundurun, şəkər tozunun qiymətlərində müşahidə olunub.

 Novruz bayramı öncəsi də bahalaşamaların davam edəcəyi bildirilir. 

Mövzu ilə bağlı Milli Məclisin deputatı Tahir Rzayev  açıqlamasında ərzaq qiymətlərinin artmasının dünyada gedən proseslərlə bağlı olduğunu bildirib:

 “Əhalinin sosial rifah halının yaxşılaşması bu gün dövlətin qarşısında duran başlıca məsələlərdəndir. Müharibənin törətdiyi bəlalara, 1 milyondan çox qaçqın-köçkünə baxmayaraq, Azərbaycanda sosial rifah gündən-günə yaxşılaşdırılıb.

Dövlət tərəfindən bir çox müavinətlərin artırılması təmin edilib. Son 5 ildə 4 milyon əhaliyə dörd sosial islahat paketi həyata keçirilib. Bu məqsədlə 7 milyarda yaxın vəsait ayrılıb ki, bu da müsbət haldır. Minimum  pensiya məbləği 2.5, orta pensiya məbləği 2.1 dəfə, sosial müavinət və təqaüd məbləği 5 dəfəyə artıb.

 

Müharibə Azərbyacan iqtisadiyyatının inkişafına özünün mənfi təsirlərini göstərib. Milli məhlükəsizliyə, müdafiə xərclərinə  milyardlarla vəsait ayrılır. Eyni zamanda qaçqınların təminatı üçün xərclərən milyardlarla vəsait olmasa idi, bu gün aylıq pensiyalar nəinki, 430-480 manat, 800 manat olardı.

 

Çünki qeyd etdiyim sahələrə dövlət 10 milyardlardlarla vəsait sərf edir. Bu vəsaitlər əgər sosial məsələlərə ayrılsaydı, bizim sosial rifah halımız yaxşı olardı. Sözsüz ki, qiymətlərin artırması  dünyada gedən proseslərlə bağlıdır. 


Bu gün bütün ölkələrdə belə bahalaşma halı müşahidə olunur. Bu bir çox problemlər, ərzaq təhlükəsizliyinin təmin olunmaması, iqlim dəyişikliyi, müharibələr, iqtisadi əlaqələrin kəskinləşməsi, əməkdaşlığın zəifləməsi ilə əlaqdədardır”. 

 

Tahir Rzayev hesab edir ki, Azərbaycanın əməkdaşlıq etdiyi ölkələrdə müharibə gedirsə, bu Azərbaycan iqtisadiyatına da mənfi təsir göstərir:


“Ukrayna-Rusiya müharibəsi bizə təsirsiz ötüşmür. Çünki biz hər iki ölkə  ilə iqtisadi əlaqələrə malikik. Orada taxılın, digər məhsulların qiymətinin artması bizə də təsir göstərəcək. 


Düşünürəm ki, yeni dövr, yeni reallıqlar yaradacaq. Seçkidən sonra ölkədə islahatların həyata keçirilməsi daha da sürətlənəncək. İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, orada aqrar sektorun inkişafına verilən diqqət, qayğı ölkədə kənd təsərrüfatı məhsullarına olan tələbatı təmin edəcək. Bu ölkədə ərzağın ucuzlaşmasına gətirib çıxaracaq”. 


İqtisadçı ekspert Natiq Cəfərli mövzuya münasibət bildirərkən söyləyib ki, Azərbaycanda ərzaq məhsullarının bahalaşması bu ildə davam edəcək:


“Pensiya artsa da, artmasa da ərzağın qiyməti yenə də artacaq. Pensiyanın artması əlavə, psixoloji fon yaradır. Bazara əlavə vəsait çıxacaqsa, pul kütləsi artacaqsa, bu qiymətin artımına daha çox təsir göstərəcək.  Amma qeyd etdiyim kimi ərazağın qiymətləri pensiya və maaş artmasa da, bahalaşacaq.  Çünki idxaldan çox asılıyıq. İdxal inflyasiyası  Azərbaycana təsir gösətirir. Biz cəmi 24-25% özümüzü təmin edirik. Yerdə qalan ərzaq məhsulları xaricdən alınır”. 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də