Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Tələbələr hansı evlərə üstünlük verir? - Kirayə bazarında kəskin bahalaşma

Növbəti tədris ilinin başlamasına sayılı günlər qalmış paytaxt Bakıda sıxlıq artmağa başlayıb. Hələ bir ay əvvəldən şəhərə tələbə axını müşahidə edilir. Bu isə kirayə mənzil bazarındakı qiymətlərə hiss ediləcək dərəcədə təsir edir. Belə ki, 1 ay əvvəl 300 manata təklif olunan 2 otaqlı mənzillər indi 400 manatadır.
 
“MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov aktual mövzu ilə bağlı  danışıb.
 

 
N.İbrahimovanın sözlərinə görə tələbələr kirayə mənzil bazarına müraciət edərkən ilk növbədə mənzilin universitetə yaxın olmasını istəyirlər:
 
“Universitetə yaxın bir ərazi tapmadıqda isə avtobus dayanacaqlarına, metrostansiyalara yaxın bir ərazidə kirayə mənzil axtarırlar. Üçüncü əsas faktor isə mənzillərin ucuz olmasıdır. İkinci dərəcəli faktor isə otaq sayı, məişət avadanlıqları və .s dir. Qismən imkanı olan oğlan tələbələr bina evlərinə üstünlük verirlər. Ödəmə qabiliyyəti aşağı olanlar isə gecəqondulara girirlər. Qızlar daha çox üç otaqlı kirayə mənzillərə üstünlük verirlər. Daha çox 4 qız üç otaqlı mənzildə qalır. Onun iki otağını yataq otağı, qalan birini isə digər tələblər üçün istifadə edirlər. Oğlanlar 1 otağa üstünlük verirlər, imkanı olanlar isə 2 otaqlı mənzil seçirlər”. 
 


Ekspert bildirib ki, tələbələr Yasamal və Nəsimi rayonlarındakı kirayə mənzil bazarına daha çox üstünlük verirlər:
 
“Üçüncü yerdə isə Nərimanov rayonu durur. Təhsil ocaqları Yasamal rayonuna yaxın olduğu üçün tələbələrin üstünlüyü o rayonadır".
 
N.İbrahimov deyib ki, tələbə axınını nəzərə alaraq, universitetlərin paytaxtdan kənara köçürülməsi həyata keçirilməlidir: "Böyük şəhərlərdən tələbələrin paytaxta axınını müşahidə edirik. Təklif edərdim ki, hansı şəhərdən Bakıya daha çox tələbə axını olursa, universitetlərdən biri o şəhərə köçürülsün”.
 
Ekspert qeyd edib ki, ümumi bahalaşma kirayə mənzil bazarına da çox təsir edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də