Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Putinin şeytanı” – London 13 dəqiqəyə “YOX” ola bilər

Rusiya yeni qitələrarası “Sarmat II” raketini təqdim edib. Prezident Vladimir Putin raketin buraxılma prosesini videobağlantı vasitəsilə izləyib. Raketin təqdimatı barədə danışan Putin Rusiya Federasiyasını təhdid etməyə çalışan ölkələri növbəti dəfə hədələyib. NATO isə Rusiyanın ölümcül silahına “şeytan” ləqəbini verib.
 
“Sarmat II” raketinin texniki xüsusiyyətləri nədən ibarətdir? 
 
Donbas müharibəsinin başlaması ilə Rusiyanın yeni raketini dünyaya göstərməsi daha da tezləşib. Bundan əlavəl, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi "soyuq müharibə"dən sonrakı dövrdə Qərbdə ən qaynar münaqişə anı kimi yadda qalıb. Eyni zamanda Ukraynada humanitar böhranın şiddətləndiyi bir vaxtda Rusiya ordusunun Buça, Brodonskaya və İrpində törətdiyi qətliamlar dünyada şok effekti yaradıb.
 

Ukrayna böhranında danışıqlar yolu hazırda perspektivli görünməsə də, Rusiya prezidenti Vladimir Putin iki gün əvvəl “Sarmat RS-28” adlı yeni qitələrarası ballistik raketi sınaqdan keçirdiklərini açıqlayıb. Kremldəki mənbələrə görə, “Sarmat” raketi NATO-ya qarşı atılıb. Raketin çəkisi 200 ton olaraq qiymətləndirilir.
 
Yeni raketin müharibənin davam etdiyi bir vaxtda nümayiş etdirilməsi müxtəlif versiyaların ortaya atılmasına səbəb olub. Bu addım Putinin güc nümayişi kimi qiymətləndirilir. Bildirilir ki, Ukraynadan geri çəkilmək niyyətində olmayan Rusiya Qərb ölkələrini “Sarmat”la təhdid edir. 
 

 
Məlumat üçün bildirək ki, Rusiyanın Plesetsk vilayətindən buraxılan raket 6 min kilometr uzaqlıqdakı Kamçatka yarımadasına göndərilib. Putin bildirib ki, “Sarmat”ı dayandıra biləcək raketdən müdafiə sistemi yoxdur. Kreml raketin həm də Rusiyanı təhdid edən insanlara mesaj verəcəyini düşünür.
 
Rusiya Müdafiə Nazirliyi isə “Sarmat”ı dünyanın ən güclü qitələrarası raketi kimi təqdim edib. 10-15 nüvə başlığına sahib olan raket 18 min kilometr mənzilə malikdir, eyni vaxtda hipersəs sürətlə döyüş başlıqları daşıya bilir.

 
Hərbi analitiklər hesab edirlər ki, raket Rusiyanın uzaq qərbindən buraxılarsa, onun Londonu 13 dəqiqəyə vura bilməsi mümkündür. 
 
Raket tamamilə Rusiya istehsalı olan hissələrdən ibarət olduğundan, Qərbin sanksiyaları onun aktivləşməsinə mane olmur. Rusiya ordusu “Sarmat”ı ilin sonuna kimi hazır vəziyyətə gətirəcək.
 
Təhdidlərə cavab olaraq, Britaniya müdafiə nazirinin keçmiş müavini Cim Taunsend vurğulayıb ki, Rusiyanın öz raketlərini nümayiş etdirməsi Ukraynadakı çarəsizliyin təzahürüdür. Qərb ekspertlərindən fərqli olaraq, ABŞ Müdafiə Nazirliyi raket sınağını təhdid kimi görmədiyini, bunu rutin prosedur kimi qəbul etdiyini bildirib.
 
Maraqlıdır ki, raket sınağı elan edilməzdən əvvəl Putin bir qrup tələbə qarşısında çıxış edərək, Donbasa sülh gətirmək arzusunda olduğunu bildirib. 
 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də