Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ermənilər Azərbaycanın yardımını qəbul etməsə... - Yeni antiterror əməliyyatı

Ermənilər Azərbaycanın yardımını qəbul etməsə... - Yeni antiterror əməliyyatı


Ötən gündən Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un göndərilib. Humanitar yardımı daşıyan iki avtomobil dünəndən Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir.

 

Humanitar yardımın Xankəndiyə çadırılması ilə bağlı AzQAC əməkdaşları Azərbaycan ərazisində müvəqqəti məskunlaşan Rusiya sülhmərmalıları ilə danışıqlar aparıblar və onlardan müvafiq cavab gözləyirlər.

 

Bəs, yardım qəbul edilməsə Azərbaycan hansı addımı atacaq?

 

Məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, ermənilər dezinformasiyalarla Azərbaycana qarşı təzyiqləri artımaq istəyirlər:

 

“Uzun müddətdir ki, ermənilərin "humanitar yardım" adı altında “TIR şousu” davam edir. Onlar dezinformasiya yaymaqla Azərbaycana təzyiqləri artırmaq istəyirlər. Təəssüflər olsun ki, ermənilərin havadarları, erməni diasporunun təsiri altında bu dezinformasiyaları tirajlayırlar. Ermənilərə açıq formada dəstək olurlar. Xüsusilə Fransanın Ermənistana məlum əlavə 10 TIR-dan ibarət humanitar yardım adı altında yükləri göndərməsi bu şounu hələ də davam etdirmək niyyətlərində olduqlarını ortaya qoyur. Ancaq bunun şoudan başqa bir şey olmadığı artıq hər kəsə məlumdur. Burada əsas hədəf Ermənistanla Azərbaycan arasında gedən sülh danışıqlarını uzatmaq və prosesləri yubadaraq vəziyyəti ermənilərin xeyrinə dəyişməkdir. Azərbaycan Qırmızı Aypara Cəmiyyəti tərəfindən Xankəndidə yaşayan erməni əsilli əhaliyə 40 tonluq humanitar yardım, məncə alqışlanmalıdır. Bu yardımın göndərilməsi ermənilərin həqiqətən humanitar böhranla qarşılaşıb-qarşılaşmadığını ortaya çıxaracaq. Ermənilərin həqiqətən ərzaq qıtlığı çəkib-çəkmədiyi sualına cavab verəcək. Düşünürəm ki, erməni tərəfi bu humanitar yardımları qəbul etməsələr, beynəlxalq ictimaiyyətə Ermənistanın, xüsusilə də Fransanın hansısa faktlar və tələblər irəli sürməsi artıq real olmayacaq”.

Deputat vurğulayıb ki, separatçılar erməni əsilli əhalinin etirazları ilə üzləşə bilərlər:

 

“Orada qalan və həyatlarını davam etdirən erməni əsilli əhali mövcud vəziyyətdən narazıdırlar. Onlar da Azərbaycanla birgə normal şəraitdə yaşamaq istəyirlər. Erməni blogerlərin çıxışlarına baxdıqda da biz görürük ki, həm separatçıları, həm də Ermənistanda revanşist fikirlərlə yaşayan qüvvələri tənqid edirlər. Belə qənaətə gəlmək olar ki, artıq Xankəndidə yaşayan əhalinin böyük bir qismi Azərbaycanla reinteqrasiyaya müsbət yanaşır. Sadəcə revanşistlər və separatçılar bu prosesi yubadırlar. Azərbaycan növbəti dəfə öz humanist addımını atıb. Humanitar yardım göndərib. Ağdam-Xankəndi yolunun aktiv işə düşməsini istəyirik. Bu yolun açılması halında proseslərin daha sürətlə inkişaf edəcəyinə inanırıq. Ermənistan tərəfinin də bu addıma real yanaşacağına və regiondakı vəziyyəti düzgün qiymətləndirəcəyinə ümid edirik. Ermənistan bu yardımı qəbul etməyəcəyi təqdirdə onların və havadarlarının deməyə sözləri qalmayacaq. Onlar yüzlərlə TIR-ı Azərbaycan sərhədinə gətirib yığa bilərlər. Azərbaycanın iradəsi olmadan heç kəsin onun sərhədlərinə daxil olmağa haqqı yoxdur. Azərbaycanla razılaşdırılmamış hansısa bir hərəkət edilə bilməz. Bizim əlimizdə kifayət qədər faktlar var ki, Ermənistan tərəfi dəfələrlə yollar vasitəsilə teroristlərə hərbi yüklər daşıyıblar. Xankəndidə heç bir humanitar böhran yoxdur. Oradakı əhali heç bir aclıq çəkmir. Kifayət qədər bizdə bununla bağlı faktlar var. Buna baxmayaraq, Ermənistanın qaldırdığı bu məsələnin rahat və daha real həll yolunu təklif etmişik. Biz inanırıq ki, separatçılar nəhayət bu yardımı qəbul edəcək. Bu ilkin yardım kampaniyasıdır. Düşünürəm ki, Qırmızı Aypara Cəmiyyəti bu yardımları davam etdirə bilər”.

 

Politoloq Natiq Miri ermənilərin yardımdan imtinasının sözün bitdiyi an olacağını düşünür:

“Bu, ermənilərin Fransa Prezidenti Emanuel Makronun rəhbərlik etdiyi hökumətin vasitəsilə yaratdığı siyasi şousunun faydasız olduğunu növbəti dəfə ortaya qoyacaq. Məlumdur ki, ac qılınca tapır. "Çörək tapılmır", "çörək üçün sabah 4-dən növbəyə dayanmaq lazımdır" kimi fikirləri bildirən toplum, bir etnos ən azından gələcəkdə yaşamaq istədiyi ölkənin göndərdiyi ərzağı qəbul etməlidir. Onların bunu qəbul etməməsi göstərəcək ki, ortada aclıq filan yoxdur. Aclıq, humanitar böhran adından siyasi manipulyasiya üçün istifadə edilir. Bu manipulyasiyanı müdafiə edən erməni havadarları var. Fransanın timsalında geosiyasi maraqlarını Cənubi Qafqazda təmin etmək istəyən güclər var. Burada ermənilər fransızlar onları sevdiyi üçün gündəmdə deyillər. Fransadan daşınan humanitar konvoy gözdən pərdə asmaq üçündür. Çünki konvoy yola düşməmişdən qabaq Fransa rəhbərliyi bu yüklərin Azərbaycan tərəfindən qəbul edilməyəcəyini bilirdi. Ən azından bu Azərbaycanın haqqıdır. Çünki konvoyun Azərbaycanın sərhəd keçid məntəqəsindən keçməsi lazımdır. Azərbaycanla razılaşdırılmadığı halda hansısa yüklərin sərhəd-buraxılış məntəqəsindən keçməsi mümkün deyil. Belə olduğu təqdirdə məqsədin ac qalan ermənilərə təcili yardım olmadığı aydın görünür”.

 

Politoloq sürətlə Afrikada mövqeylərini itirən Fransanın məqsədinin Cənubi Qafqazda yeni müstəmləkə obyektlərini ələ keçirmək istədiyini vurğulayıb.

 

“Bu xüsusda öncəlik Ermənistana verilib. Çünki Cənubi Qafqazda ən zəif bənd Ermənistandır. Bu gün Afrikada uran və digər faydalı qazıntılardan məhrum olan Fransa misi, molibdeni və uranın özünü Ermənistanda axtarır. Afrikada getdikcə Rusiyaya uduzan Fransa Cənubi Qafqazda bunu kompensasiya etmək istəyir. Bu bir geosiyasətdir. Yoxsa nə Makronun, nə də guya vicdan və əxlaqdan dəm vuran Fransa xarici işlər nazirinin ermənilərin ac qalıb-qalmaması vecindədir. Hər bir dövlətin geosiyasi məqsədləri var. Burada əsas məqsəd Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqdır. Ermənistana yerləşməklə gələcəkdə də Azərbaycana ciddi təzyiq göstərməklə bütövlükdə bu prosesi Cənubi Qafqaza sirayət etdirmək istəyirlər. Düşünürəm ki, heç nə olmayacaq. Əgər Fransa BMT TŞ-yə qətnamə layihəsi ilə çıxış edəcəksə, bu növbəti dəfə həm Ermənistanın, həm də Fransanın ifşası olacaq. Çünki sərhəddə 40 ton un durur. Qərbin ən məşhur televiziya kanalları, media maqnatları Ağdam-Xankəndi yolundadılar. Bütün hər şey işıqlandırılır. Bunu necə gizləyəcəklər? Söhbət humanitar fəlakətdən, aclıqdan gedirsə, göndərilən yardım qəbul edilməli və bundan bir gün sonra Laçın sərhəd-keçid məntəqəsinin açılmasından söhbət gedə bilər”.

 

N.Miri Laçın yolunun açılması ilə bağlı yalnış fikirlərin olduğunu bildirib:

 

“Azərbaycanın əvvəlki statusda Laçın yolunu açacağı ilə bağlı yalnış fikirlər var. Belə bir məsələ yoxdur. Bunu hər kəs bilməlidir. Söhbət Laçın yolunun əvvəlki kimi buranın su yoluna döndərilməsi anlamına gəlməyəcək. Sadəcə olaraq xəstələrin, eyni zamanda tibbi ləvazıımatların keçirilməsindən söhbət gedir. Hərdən humanitar yük gələcəksə də, bu Azərbaycanla əvvəlcədən razılaşdırılmalıdır. Sərhəd məntəqəsində nəzarətdən keçirildikdən sonra Qarabağa bu yüklər buraxıla bilərlər. Bütün sərhəd məntəqələrində aparılan prosedurlar tətbiq olunmaqla keçid təmin oluna bilər. Ticarət və ərzaq təminatı məsələsi intensiv şəkildə yalnız Ağdam-Xankəndi yolu vasitəsilə olacaq”.

 

Politoloq vurğulayıb ki, Fransa və Ermənistanın yartdığı manipulyasiyaları ifşa edildikdən sonra Azərbaycanın mövqeləri daha da güclənəcək:

 

“ Artıq Azərbaycnın qarşısında hər hansı əngəl qalmayacaq. Azərbaycan beynəlxalq təşkilatlara, geosiyasi maraqları olan ölkələrə, eyni zamanda danışıqlar apardığı platformalara müraciət edəcək ki, konkret zaman çərçivəsində Qarabağdakı terrorçu ünsürlrə tərk etəlidir. Əks təqdirdə Azərbaycan beynəlxalq hüquqdan irəli gələn öz hüququnu özünü qoruma hüququnu özündə saxlayır. Bu da antiterror əməliyyatının keçirilməsinə zəmin yaradır. Bundan gözəl xəbərdarlıq ola bilməz. Əgər ermənilər ağ bayraq qaldırmasa onları buna məcbur edəcək nöqtə əməliyyatlarıla ləğv olunmalıdır. Bundan sonra artıq bütün proseslər öz-özünə həll olacaq. Separatçılar gedəcək, ardınca Rusiya sülhməramlıların qalmasına ehtiyac qalmayacaq. Azərbaycanın qoyduğu şərtlər daxilində inteqrasiya prosesi başlayacaq”.









Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də