Çin sədri Si Cinpin ilə ABŞ Prezidenti Co Bayden arasında baş tutan telefon danışığı zamanı tərəflər arasında fikir ayrılığı yaranıb. Belə ki, Çin lideri Tayvanın işlərinə xarici müdaxilənin qəti əleyhinə olduğunu deyib. Onun sözlərinə görə, Tayvan məsələsində Çin hakimiyyəti və xalqı eyni mövqe nümayiş etdirir.
“1,4 milyarddan çox çinli Çinin milli suverenliyini və ərazi bütövlüyünü müdafiə etməkdə qərarlıdır. İctimai rəyə laqeyd yanaşmaq olmaz, odla oynasan özünü yandırarsan. Ümid edirəm ki, Amerika tərəfi bunu aydın başa düşür”, - deyə Çin lideri bildirib.
ABŞ və Çin arasında yaranan polemika dünya üçün yeni açıq müharibə və ya “soyuq savaş” təhlükəsi haqqında iddilara səbəb olub. İki supergücün qarşıdurmasının dünya üçün ciddi fəlakətlər vəd edəcəyi proqnozlaşdırılır.
Bununla bağlı danışan politoloq İlqar Vəlizadə isə fərqli düşüncədədir. Politoloq Çin və ABŞ arasında müharibənin baş verəcəyini ehtimal etmir:
“İndi nə Çin, nə də ABŞ açıq müharibəni istəyir. Düzdür, ziddiyyətlər artıb, onların münasibətləri heç də konstruktiv münasibətlər deyil. Çünki bir çox prinsipial və qlobal məsələlərdə fikir ayrılığı var və bu, əməkdaşlığa mane olur. Hər iki ölkə dünya üzərində müəyyən dərəcədə hegemonluğu saxlamaq niyyətindədir. Amerika Birləşmiş Ştatları və Çin bir sıra regionlarda açıq rəqabət aparırlar. Burada iqtisadi, geosiyasi, hərbi rəqabətdən söhbət gedir.
Son duruma görə, təəssüf ki, onların münasibətlərinin daha konstruktiv formaya yönəldilməsi imkanları azalır. Lakin hər iki tərəf anlayır ki, açıq müharibə baş versə, hər iki tərəfin maraqları zərbə altına düşə bilər. İlk öncə iqtisadi maraqlar kəskin zərbə altında qalacaq. Çünki Çinlə ABŞ arasında çoxlu iqtisadi əlaqələr var və inkişaf edir. Çinin bir çox nəhəng şirkətləri Amerikaya külli miqdarda investisiya yatırımları edirlər. Amerikanın bir çox şirkətlərinin iri istehsal müəssisələri isə Çində yerləşir. Qərb aləmi ilə Avropa İttifaqının, həmçinin Amerikanın digər müttəfiqlərinin Çinlə əlaqələri sıxdır. Bu ölkələr arasında soyuq müharibə olsa belə, Rusiya və Qərb arasındakı kimi münasibətlər formalaşsa, Amerikanın, onun müttəfiqlərinin iqtisadiyyatı pis hala düşəcək. Rusiya ilə olan müharibə nəticəsində yaranmış problemlər nəinki çözülmür, daha da dərinləşir. Çinlə olan problemlər də artsa, bu ölkələrin iqtisadiyyatını çıxılmaz vəziyyətə sala bilər. Çinin özü də burada zərər çəkən tərəf olacaq”.
Heç bir tərəfin yeni müharibəni istəmədiyini qeyd edən İlqar Vəlizadə buna baxmayaraq, səsli ritorikanın gərgin, dözülməz olduğunu vurğulayıb:
“Amma bu, o demək deyil ki, tərəflər müharibəyə açıqdır. Çin yeni qaydaları ABŞ-la müəyyənləşdirmək istəyir və öz mövqelərindən çəkinməyərək, Amerikanın da maraqlarını nəzərə alaraq yeni oyun qaydalarını öz aralarında həll etməyə can atır. Nə baş verəcəyini indidən demək çətindir. Tərəflərin müharibəyə başlamamaq istəyi isə artıq ümidvericidir. Telefon danışığında yaşanan gərginlik xaotik durum deyil, region üçün proqnozlaşdırılan gələcək vəd edir”.