Ötən gün Rusiya Xarici İşlər Nazirliyi Sergey Lavrovun İrəvanda Xocalının Fərrux kəndi ətrafındakı vəziyyətlə bağlı səsləndirdiyi bəyanata düzəliş edib. Rusiya XİN bununla bağlı mətbuat konfransının stenoqramını yayımlayıb.
Lavrovun mətbuat konfransında səsləndirdiyi "vəziyyətin nizamlanması Qarabağdakı Rusiya sülhməramlı hərbçilərinin prioritetlərindən biridir. Erməni dostlarımız da bu barədə yaxşı məlumatlıdır. Artıq vəziyyətin deeskalasiyası nöqteyi-nəzərindən “yerdə” müəyyən nəticələr var. Bizdə anlayış var ki, delimitasiya ilə bağlı başlayan predmetli iş çərçivəsində bu məsələlərə baxılacaq və mütləq həll olunacaq” fikirləri "vəziyyətə gəlincə, Rusiya hərbçiləri (bizim erməni dostlarımız bundan yaxşı məlumatlıdır) bunu öz prioritetlərindən biri kimi “saxlayır”. Artıq vəziyyətin deeskalasiyası baxımından “yerdə” müəyyən nəticələr var. Ümid edirik ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin başlanması Bakı ilə İrəvan arasında etimadın artmasına və Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında Fərrux kimi insidentlərin qarşısını almağa kömək edəcək" kimi dəyişdirilib.
Rusiya XİN Lavrovun İrəvanda dediklərini niyə dandı? Düzəlişləri necə dəyərləndirmək olar?
Bu barədə danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun fikrincə, Lavrovun fikirlərini dəyişməsi onu göstərir ki, rusiyalı nazir səhvə yol verdiyini anlayıb. Məncə, bu, təəccüblü deyil. Bütün məsələləri incəliyinə qədər bilmək bəlkə də mümkün deyil.
“Mən düzəlişdəki “Fərrux kəndi kimi insident” sözünü anlamadım. Bu bir az qəribə səslənir. Əslində sülhməramlıların vəzifəsi odur ki, qeyri-qanuni hərbi fəallığa son qoyulsun. Erməni hərbi birləşmələri bizim əraziləri tərk etsinlər. Bu baxımdan düzəliş dünənki səhvdən də pis məna verir”.
Politoloq İlqar Vəlizadə hesab edir ki, Lavrovun Fərrux kəndinin harada olması ilə bağlı məlumatı yoxdur. Həm də Rusiyanın başı digər məsələlərə daha çox qarışıb: “Sergey Lavrov İrəvana Türkiyədən gəlib. Burada Suriya, Ukrayna, Ukraynadan buğdanın çıxarılması ilə bağlı məsələlər müzakirə olunub. Fərruxla bağlı deyilənlər bütün bunların fonunda mənəvi cəhətdən vəlvələ içində olan nazirin çıxışı kimi qiymətləndirilə bilər.
Rusiyanın xarici siyasəti həyacanlı vəziyyətdədir. Onlar bilmirlər ki, hansı məsələyə daha çox diqqət yetirsinlər. Ukraynaya, Ukraynadan irəli gələn məsələlərə, yoxsa digər problemlərə diqqət yetirsinlər. Dünənki bəyanat onu göstərir ki, Rusiya XİN, eləcə də mütəxəssislər məsələyə daha ciddi yanaşaraq gördülər ki, Fərrux mövzusunu sərhəd məsələləri ilə eyniləşdirmək olmaz. Ona görə də, Lavrovun fikirlərinə düzəliş edildi”.
“Fərrux kəndi kimi insident” ifadəsinə gəlincə, İ.Vəlizadə bunları qeyd edib:
“Fərrux kəndi kimi insdent ifadəsinin işlədilməsi onu göstərir ki, Rusiya tərəfi bu məsələyə ermənilərin gözü ilə baxır. Fərrux kəndi Azərbaycan ərazisidir. Azərbaycan tərəfi öz ərazilərində məqsədəuyğun işlər görür. Yeri gəlmişkən, rus sülhməramlıları bundan xəbərdardır. Biz bunu açıq görürük. Hesab edirəm ki, bu cür fikirlər daha çox ermənilərin xoşuna gəlmək üçün səsləndirilir, nəinki real vəziyyəti əks etdirmək üçün”.
Qeyd edək ki, Rusiya XİN başçısı Sergey Lavrovun İrəvanda səsləndirdiyi fikirlərə rəsmi Bakı dərhal cavab verib. Bildirilib ki, Azərbaycan və Ermənistan tərəfindən təsis edilmiş delimitasiya komissiyalarının fəaliyyəti əvvəlcədən nəzərdə tutulduğu kimi məhz iki ölkənin dövlət sərhədinin delimitasiyası məqsədini güdür.
"Bu proses çərçivəsində Azərbaycan-Ermənistan dövlət sərhədindən kənar hər hansı bir məsələyə, o cümlədən Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərlə bağlı məsələyə baxılması nəzərdə tutulmur", - XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayev Lavrova cavabında deyib.