“Beynəlxalq ictimaiyyət açıq mətnlə bizi təhlükədən xəbərdar edir ki, siz Türkiyənin müttəfiqi olan Azərbaycanın ərazi bütövlüyünü tanımayan yeganə ölkəsiniz”.
Bunu aprelin 13-də Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin iclasında hökumətin 2021-ci il üçün proqramının icrası ilə bağlı hesabatı təqdim edərkən deyib.
Onun sözlərinə görə, beynəlxalq tərəfdaşlar diplomatiya dilindən istifadə etməklə gah birbaşa, gah da dolayısı ilə deyirlər ki, rəsmi İrəvanın mövqeyi təkcə Qarabağ üçün deyil, elə Ermənistan üçün də böyük təhlükədir.
"Beynəlxalq ictimaiyyət bizə deyir: “Dağlıq Qarabağ məsələsində gözləntilərinizi bir az aşağı salın. Belə olsa, əhəmiyyətli beynəlxalq konsolidasiya qazanarsınız. Əks halda bizdən heç bir kömək gözləməyin.
Bu, yardım göstərmək istəyinin olmaması ilə deyil, sadəcə olaraq, kömək göstərə bilməmələri ilə bağlıdır”.
Hökumət başçısının sözlərinə görə, bu gün dünyada çox az ölkə var ki, öz sərhədləri ilə kifayətlənir və onları ədalətli hesab edir. Məhz bu səbəbdəndir ki, baş nazirin sözlərinə görə, o, hər dəfə tezisini təkrarlamağa məcbur olur ki, Ermənistan üçün sülh gündəminin alternativi yoxdur.
Paşinyan xatırıladıb ki, beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır və gözləyir ki, Qarabağın azərbaycanlı əhalisi tam məskunlaşdıqdan sonra bölgənin statusu və taleyi məsələsinin müəyyənləşdirilməsində azərbaycanlılar da iştirak etsin.
Baş nazir deyib: "Ermənistan heç vaxt Azərabaycana qarşı torpaq iddiasında olmayıb. Qarbağ məsələsi - ərazi (torpaq) məsələsi deyil, hüquq məsələsidir. Ermənistan üçün Dağlıq Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi, onların hüquq və azadlıqları və Qarabağın yekun statusu prinsipial əhəmiyyət kəsb edir".