“Müharibənin sonuna qədər neft qiymətlərinin proqnozlaşdırılması çox çətindir”.
Bunu açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.
Onun sözlərinə görə, bunun ilkin səbəbi müharibənin nə vaxt bitəcəyinin bəlli olmamasıdır: “İkincisi, müharibə bitsə də, sanksiyalar aradan qalxmayacaq. Bir anda verilən qərarın aradan qaldırılması üçün illər lazımdır. Ona görə də, qiymət məsələsi çoxlu faktorlardan asılıdır”.
Ekspertin sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi dünya iqtisadiyyatına pandemiyanın vurduğu ziyanla müqayisədə daha baha başa gələcək:
“Çünki məsələlər hələ birtərəfli qaydada işıqlandırılır. Rusiyadan gedən şirkətlər ölkəyə kapital qazandırır, əlavə dəyər yaradırdılar. “BP” şirkətindən əlavə onlarla neft sənayesinə xidmət göstərən servis şirkətlər bunlara aiddir. Təkcə “Apple” şirkəti Rusiyada 4.1 milyon ayfon satmışdı. “Apple pay” vasitəsilə köçürmələr dünya üzrə ikinci yerdə idi. Yəni bütün şirkətlərin, bütün dövlətlərin təbii balansında bunlar öz əksini tapacaq. Yenidən onun qurulması üçün zaman gərəklidir. Əgər sən çıxırsansa, enerjiyə tələbat azalır. Çünki yenisini qurmaq üçün hələ heç bir şey etmirsən. Mən baxıram Rusiyada nə qədər ofislər, mağazalar, restoranlar sadəcə fəaliyyətini dayandırır. Nə enerji istifadə edir, nə də bir şey. Yəni qlobal səviyyədə ikinci bir tərəfdən Çindən Avropaya tranzit üzərindən neftdaşımalar yoxdur. Bütün bunlar bazara, xüsusən də enerji bazarına təsir edən ciddi amillərdir”.
“Düzdür, müharibəyə görə, Qərblə Rusiyanın siyasi qarşıdurmasının nəticəsidir ki, neftin qiyməti 110 dollardan çoxdur, hətta 140 dollara qədər çatmışdı. Bazar iştirakçıları düşünürdülər ki, sanksiyalara əks addım kimi öz enerji ixraclarını tam dayandırsınlar. Belə risk var idi, ancaq həyata keçmədi. Ukrayna üzərindən qaz daşıması davam edir. Baxmayaraq ki, Avropa 2030-cu ilə qədər Rusiyadan qaz ixracından tam imtina ilə bağlı qərar qəbul edib. Ancaq tam imtina olmasa da, Rusiya Avropa bazarında kifayət qədər öz gəlir və nüfuzunu itirib. O cümlədən, Rusiyaya ildə orta hesabla 200 milyard dollardan çox kapital gəlirdi ki, bunun da yarısından çoxu Qərbin payına düşürdü. Ancaq indi bu şirkətlərin böyük hissəsinin işini dayandırması öz təsirlərini bütün dünya iqtisadiyyatında göstərir. Dünya iqtisadiyyatı isə buna düz mütənasibdir. Əgər hasil edirsənsə, bir şey satırsansa, hərəkət varsa, onda tələbat da var”, - deyə İlham Şaban qeyd edib.
Onun sözlərinə görə, bir ay ərzində on illiklər ərzində qurulan xətt qırılırsa, demək yeni bazarlar, piştaxtalar tapmaq lazımdır:
“Ola bilər ki, ilin sonunda neft qiymətləri 50 dollar olsun, ola bilər ki, elə bu səviyyədə qalsın. Bu bir çox faktordan asılıdır. Beynəlxalq enerji agentliyi orta qiymətin 105 dollar olacağını bəyan edib. Təbii ki, adətən fevralın sonu martın əvvəlində ötən ilin sonunda verilmiş proqnozlara korrektə edilirdi. Həmin korrektələrlə cari il üçün qiymətləri 77-78 dollar olaraq proqnozlaşdırırdılar. Ötən il brend 71 dollarla bağlanmışdı. Nəzərdə tuturdular ki, dünya iqtisadiyyatı artacaq. Dünya iqtisdiyyatının enerjiyə olan tələbatı məhz bu il 2019-cu ildəki səviyyəyə çatacaq. Ona görə də, 6-7 dollar orta qiymətdə artım olacağını proqnozlaşdırırdılar. Ancaq müharibə çox şeyi dəyişdi. Hələ ki enerji bazarlarında yüksək qiymətlər mövcuddur. İyul ayının qiymətləri indikindən 5-6 dollar ucuza satılıb. Buna görə də, bu il enerji bazarında qiymətlərin baha olacağını düşünürəm”.
Mərkəz rəhbəri neft qiymətlərinin yüksəlməsinin ixracatçı ölkə Azərbaycana olan təsiri ilə bağlı bunları deyib:
“Azərbaycanda hazırkı neftin 75 faizi xam neftdir. Azərbaycanda gündəlik olaraq bazara 600 min bareldən çox neft çıxarılır. Bu gün nefti dünənkindən 1 dollar bahasına satsaq, bu, 600 min əlavə qazanc gətirir. Neftdən gələn gəlirlər bizim ölkə iqtisadiyyatı üçün kifayət qədər vacibdir. Çünki bizim Dövlət Neft Fondunun təkcə “Azəriçıraq”, “Günəşli”dən gələn qazancı 90 faizi aşır. Bizim iqtisadiyyatımız üçün neftin qiymətinin qalxmasının vacibliyi budur”.