Zəfər Günü yaxınlaşır, təbii olaraq hamı 1 il öncəki əhval-ruhiyyədədir. Səbirsizliklə cəbhədən qələbə xəbərləri gözləyirdik. Sağ olsun, Azərbaycan əsgəri – müharibənin ilk günündən sonuna kimi bizə bu sevinci yaşatdı.
Şuşanın azad olunması ilə mənzərə, ümumi nəticə aydınlaşsa da, 44 günə 10 noyabr - Üçtərəfli Bəyanat möhür vurdu. Diqqətinizi Bəyanatın 6-cı maddəsinə çəkmək istəyirəm:
Hesab edirəm ki, 2023-2025-ci ildə Azərbaycan xarici siyasət doktrinasında Xankəndi məsələsi qabardılacaq və böyük ehtimalla orada yaşayan erməni əsilli əhalinin SSRİ dövründə olduğu kimi, Ermənistanla sıx inteqrasiyalı, lakin idarəetmə və iqtisadi cəhətdən Azərbaycandan asılılığı təmin olunacaq.
Daha bir məsələ isə bölgədə yerləşdirilən Rusiya sülhməramlıları ilə bağlıdır. Bəyanata görə Rusiya sülhməramlılarının bögədəki fəaliyyət müddəti 10 noyabr 2025-ci ildə bitir. Bəyanatda müddətin uzadılması və ya sülhməramlıların fəaliyyətinə xitam verilməsi ilə bağlı mexanizm göstərilir. Bununla belə, mövcud təcrübələri, eləcə də Rusiyanın bölgədəki maraqlarını nəzərə alaraq deyə bilərəm ki, rəsmi Moskva 2023-2025-ci illər üçün Azərbaycana qarşı təsir mexanizmləri axtaracaq və müddətin uzadılmasına çalışacaq.
Yeri gəlmişkən qeyd edim ki, Prezident İlham Əliyevin Rusiya sülhməramlıları ilə bağlı narahatlığı 10 noyabr Üçtərəfli Bəyanatın ilk şərhində aydın şəkildə hiss olunur. Maraqlı olanlar üçün prezident İlham Əliyevin həmin videoşərhini aşağıda əlavə edirəm. 3:15-3-21-ci zaman aralığında qeyd etdiyim nüansı sezə bilərsiniz.

- 6. Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 kilometr enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır. Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir.